Icma.az
close
up
RU
Müəllimlər dərs ili ərzində məzuniyyəti bu şərtlərlə alacaqlar QAYDALAR

Müəllimlər dərs ili ərzində məzuniyyəti bu şərtlərlə alacaqlar QAYDALAR

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilib. Ötən ilin dekabrında Əmək Məcəlləsinə edilən son dəyişikliklər müəllimlərin illik məzuniyyət hüququndan istifadə imkanlarını daha çevik hala gətirib. Yeni qaydaya əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilər əmək məzuniyyətlərini yalnız yay tətili dövründə deyil, müəyyən hallarda tədris ili ərzində də götürə biləcəklər.

Redaktor.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “Azərbaycan müəllimi”nə verilən açıqlamaya görə, Əmək Məcəlləsinin 131-ci maddəsinin 5-ci hissəsində edilən düzəliş nəticəsində “bir qayda olaraq, məktəblərdə yay tətili dövründə” ifadəsi “məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində” sözləri ilə əvəz olunub. Beləliklə, qanun artıq açıq şəkildə müəyyən edir ki, pedaqoji işçilərə əmək məzuniyyəti həm yay tətilində, həm də işəgötürənin razılığı olduqda tədris ili ərzində verilə bilər.

Nazirlik bildirir ki, əvvəlki redaksiyada norma qeyri-dəqiq olduğundan təcrübədə bəzi hallarda müəllimlər tədris ili ərzində məzuniyyət götürmək istəsələr də, işəgötürənin razılığı olsa belə, onlara məzuniyyət verilmirdi. Məhz bu hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə dəyişiklik edilib və əsas məqsəd müəllimlərin məzuniyyət hüququndan daha rahat istifadə edə bilməsi üçün mexanizmin dəqiqləşdirilməsidir.

Qanunvericiliyə əsasən, məzuniyyət yalnız işçinin yazılı ərizəsi əsasında rəsmiləşdirilir. Əmək Məcəlləsinin 138-ci maddəsinə görə, bütün növ məzuniyyətlərin verilməsi işçinin kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə təqdim etdiyi ərizə və işəgötürənin müvafiq əmri ilə həyata keçirilir. Nazirlik qeyd edir ki, pedaqoji işçilər üçün əmək məzuniyyətinin əsas dövrü yay tətili hesab olunur və bu, tədris prosesinin normal tənzimlənməsi ilə bağlıdır.

Müəllim hansı “xüsusi” hallarda tədris ili ərzində məzuniyyət götürə bilər?

Tədris ili ərzində məzuniyyətdən istifadə etmək üçün qanunvericilikdə konkret “xüsusi hallar” ayrıca göstərilməyib. Nazirliyin açıqlamasına görə, belə zərurət ailə, məişət və digər sosial səbəblərdən yarana bilər. Bu halda müəllim məzuniyyətin müddətini və başlanma tarixini göstərməklə işəgötürənə yazılı müraciət etməli, ərizəsində məzuniyyətin tədris ili ərzində götürülməsi zərurətini qeyd etməli və mümkün olduqda bunu təsdiqləyən sənədləri əlavə etməlidir.

Məktəb rəhbərliyi müəllimin məzuniyyət istəyini dərs bölgüsündə çətinlik yaranacağı əsasını gətirərək rədd edə bilərmi?

İşəgötürən isə qərar verərkən müəssisənin normal fəaliyyətinin təmin olunmasını, dərs prosesinin fasiləsizliyini, kadr təminatını, əvəzləmə imkanlarını və dərs yükünün tənzimlənməsini nəzərə almalıdır. ƏƏSMN bildirir ki, bu şərtlər mümkün olduqda təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərin tədris ili ərzində məzuniyyətinə razılıq verilə bilər. Əgər razılıq olmazsa, müəllim əmək məzuniyyətindən yalnız yay tətili dövründə istifadə edə bilər.

Eyni zamanda, imtina zamanı Əmək Məcəlləsinin 16-cı maddəsində təsbit edilən ayrı-seçkiliyin yolverilməzliyi prinsipinə əməl olunmalıdır. Tədris ili ərzində məzuniyyətin verilməsinə imtina edildikdə və bu hal əmək mübahisəsi doğurarsa, işçinin tələbi ilə imtinanın səbəbi barədə yazılı məlumat təqdim oluna bilər.

Nazirlik onu da vurğulayır ki, müəllim məzuniyyətdə olduğu müddətdə dərs saatlarının əvəzlənməsi məsələsi Əmək Məcəlləsinin 58-ci və 61-ci maddələrinə uyğun olaraq əvəzçilik və ya əvəzetmə qaydasında işəgötürənin səlahiyyətləri çərçivəsində tənzimlənir.
Müəllim əmək hüquqlarının pozulduğunu hesab etdiyi hallarda isə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya birbaşa məhkəməyə müraciət edə bilər.

Beləliklə, yeni dəyişiklik müəllimlərə əlavə məzuniyyət hüququ yaratmasa da, illik məzuniyyətin istifadə imkanlarını daha çevikləşdirir və tədris ili ərzində yaranan sosial zərurətlər zamanı müəllimlərin bu hüquqdan real şəkildə yararlanmasını təmin edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Fevral 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri