Icma.az
close
up
RU
Bu qaydalar olsa, müəllimlər də işdən çıxarılmaz TƏHLİL

Bu qaydalar olsa, müəllimlər də işdən çıxarılmaz TƏHLİL

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ümumiyyətlə, bir məktəb daxilində yaşanan ən arzuolunmaz, ən nifrətamiz, ən yolverilməz məsələ-bullinq hadisələridir. Fiziki baxımdan, psixoloji hazırlıqsızlığa görə kimlərdənsə geri qalan şagirdin ciddi tərbiyə problemi olan, çətin idarə olunan “şagird”lər tərəfindən bullinqə məruz qalması bir məktəbin ən böyük problemi hesab edilməlidir!

Bu kimi hadisələr məktəb rəhbərliyi ilə yanaşı, müəllimlərin də işini psixoloji və metodiki baxımdan xeyli çətinləşdirir. Təsəvvür edin ki, deviant qrupa aid olan bir uşaq bütün sinifdə dərs prosesini poza, müəllimə pedaqoji işin düzgün təşkil etməsində  ciddi əngəl yarada bilər. Bu isə öz növbəsində tədris keyfiyyətini getdikcə aşağı salan, hətta bir tədris ili üzrə nəticəyə əsaslı dərəcədə təsir göstərən səbəbdir. Bəzən, məktəb daxilində bir çox məsələlər kölgədə qalır, görünməyən səbəblər arzuolunmaz nəticəni meydana çıxarmasına baxmayaraq özü heç vaxt “ortalıqda olmur”... Deviant qrup şagirdləri də məhz bu tipli səbəblər kateqoriyasına aiddirlər. Onların “sayəsində” hər hansı fənn üzrə bir yox,  iki yox, bəzən onlarla mövzunun şagirdlərə çatdırılması çox da effektiv olmur. Çünki davranış  tərzləri, sinif yoldaşlarının diqqətlərini müxtəlif formalarda yayındırmaları təbii ki, sinif otağında tədris mühitinin də keyfiyyətsizliyinə, mövzunun qeyri-effektivliyinə səbəb olur. Amma ən sonda tədris göstəricilərinin zəifliyi, metodiki uğursuzluq müzakirə olunanda bu detalı kimsə yada salmır. Tənqid olunan müəllimin, danlanan təhsil işçisinin bu cür şagirdlərlə il boyu psixoloji və metodiki aspektdən hansı əngəlləri yaşaması isə təbii ki, müzakirə predmetinə belə çevrilmir. Bəlkə də elə ən birinci bu cür şagirdlərin valideynləri həmin müəllimin tədris göstəricilərindən narazılıqlarını dilə gətirirlər.

Göründüyü kimi, təhsil prosesində pərdə arxasında qalan bir çox məqamlar var ki, onları ancaq bu sferaya aid şəxslər görə, yaxud, hiss edə bilərlər. 

Qısa bir haşiyə

Bir neçə gün bundan əvvəl Gəncədə yaşanan olay-Cavid Rzayev adlı müəllimin işinə xitam verilməsi ölkənin təhsil gündəmində əsas hadisəyə çevrildi. Doğduru, bu bəlkə də kimsənin diqqətini çəkməyən bir hadisəyə də çevrilə bilərdi. Amma şagirdlərin müəllimlərinin işdən çıxarılmasına etiraz etmələri, ona sahib çıxmaq istəklərini əks etdirən video olmasa idi... Həqiqətən də bu reaksiyanı hər müəllim qazana bilmir. Belə olan halda müəllimlə bağlı qərarın sərtliyi də müzakirə mövzusuna çevrildi. Doğrudur, ortada fiziki müdaxilə, zərrə qədər də olsa bullinq hadisəsi varsa, biz yenə də müəllimə haqq qazandıra və detalları tam bilmədən şagirdi deviant qrupa aid uşaq adlandıra bilmərik.  Amma müəllim də insandır, o müəyyən məsələdə özünüidarəni itiribsə, o zaman bunun səbəbləri də aydınlaşdırılmalıdır. 

Yenidən qayıdaq deviant qrup məsələsinə... Bugün məktəb daxilində çətin idarə olunan və dərs prosesinə mane olanlar da bizim şagirdlərimizdir. Onları silib atmaq yox, düzgün istiqamətə yönəltmək və cəmiyyətə, təhsilə qazandırmaq lazımdır. Məktəbin, təhsil prosesinin əsas işi də məhz bu olmalıdır. Bu məsələ ilə bağlı xüsusi proqram hazırlanmalı və hər məktəb daxilində onun təşkilinə nəzarət edilməlidir. 

Deviant qrupa aid uşaqlar müəyyənləşdirilməli və onlar aid olduqları siniflərdən bir müddət kənarlaşdırılaraq xüsusi intizam və tədris proqramı ilə tədrisə davam etməlidirlər. 

Həmçinin, bu müddətdə bu cür uşaqlarla psixoloqların işləməsinə, onlarla mütəmadi təmasın saxlanılmasına ciddi ehtiyac vardır. Psixoloq şagirdin durumu, onunla bağlı irəliləyiş və geriləmələri məktəb rəhbərliyi və valideynə mütəmadi bildirməlidir. 

Yalnız müəyyən etapdan sonra onlar ənənəvi tədrisə bərpa oluna bilərlər.

Bütün bu qeydlər, müəllimin əmək fəaliyyəti və psixoloji qərarvermə bacarığına, tolerantlığına neqativ təsir göstərən amillərin aradan qaldırılması üçün isə Şagird davranış qaydalarının bütün ölkə üzrə tətbiqi zəruridir. Belə olan halda şagirdlərin məktəb daxilindəki hər hansı intizam pozuntusu, deviant qrupa aid olanların dərsləri pozma cəhdləri, yoldaşlarına qarşı  haqsızlığı müəllim  yox, məhz həmin qaydalar tərəfindən qiymətləndiriləcək. Özü də həmin qaydalarda öz əksini tapan müxtəlif dərəcəli qayda pozuntularının hər birində müəllimləri özündən çıxaran şagird nadinclikləri var. Bugün qaydaları pozan şagirdinə qarşı emosional davranan müəllimlərin (burada söhbət konkret bir müəllimdən getmir) işdən çıxarılmasındansa, qaydaları pozan şagirdləri rəsmi şəkildə tənbeh olunması daha doğrudur. Amma bir şərtlə ki, burada da obyektivlik və tərəfsizlik tam təmin oluna...

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri