Icma.az
close
up
RU
“Müəllimlər öz istəklərinə görə bölgələrə getməkdə maraqlı olmurlar” DEPUTAT

“Müəllimlər öz istəklərinə görə bölgələrə getməkdə maraqlı olmurlar” DEPUTAT

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bugün təhsildə əsas problemlərdən biri bölgələrdə vakansiyalarla bağlıdır. Bu yalnız təhsil sahəsində özünü göstərmir.  Tibb sahəsində də bu problem mövcuddur və orada daha qabarıq şəkildə nəzərə çarpır. Təhsildə isə müəllimlərin bölgələrə getmək istəməməsi ciddi tendensiyadır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib:

“Bu, ümumilikdə Azərbaycanda müşahidə olunan problemdir. Təəssüf ki, əksər insanlar şəhərlərə can atır və bu, Bakının yüklənməsi məsələsini yaradır. Müəllimlər də öz istəklərinə görə bölgələrə getməkdə maraqlı olmurlar. Sovet dövründə müəllimlərin təyinat məsələsi mövcud idi və təyinat əsasında göndərilirdi. İndiki vəziyyət bir qədər fərqlidir və burada stimullaşdırıcı addımların atılması vacibdir ki, müəllimlər bölgələrə getsinlər.

Sosial amil burada mühüm rol oynayır. Müəllim düşünür ki, bölgəyə gedəndə ev kirayəsi, gündəlik çətinliklər və mühitlə uzlaşmaq kimi problemlərlə qarşılaşacaq. Bu səbəbdən artıq müəyyən fikir mübadiləsi aparılır və müxtəlif təşviq mexanizmləri nəzərdən keçirilir. Məsələn, ildə bir dəfə əlavə vəsait verilməsi, H1 və H2 göstəricilərinin artırılması və digər təşviqedici addımlar planlaşdırılır”.

Deputat qeyd edib ki, maaşların artırılması, şəhər və bölgə arasındakı fərqin nəzərə alınması, ev kirayəsi və qida xərclərinin dəstəklənməsi kimi məsələlərin həlli vacibdir.

“Bu məqsədlə 20 milyon manat məbləğində yeni mexanizmlərin işlənməsi nəzərdə tutulur. ETN hazırda bu layihə üzərində işləyir və yaxın zamanda ictimaiyyətə daha geniş məlumat veriləcək.

Son illər sertifikasiyadan keçən müəllimlərin maaşlarında fərqliliklər yaranıb və cəmiyyət inkişaf etdikcə, müəllimlərin təhsilə marağının davamlı olması üçün bu məsələlər mütləq həll edilməlidir. Büdcədə bu vəsait artıq nəzərdə tutulub, qalan məsələ isə yerlərdə onun tətbiqidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri