Icma.az
close
up
RU
Müəllimlər üçün 8 saatlıq iş günü: Təklif həyata keçəcəkmi?

Müəllimlər üçün 8 saatlıq iş günü: Təklif həyata keçəcəkmi?

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bu günlərdə geniş müzakirə edilən məsələlərdən biri də müəllimlərin digər peşə sahibləri kimi məktəbdə müəyyən olunmuş iş rejimi – yəni ölkəmizdə qəbul edilmiş 8 saatlıq iş günü prinsipi ilə çalışması fikridir. Qeyd edək ki, bu təklifi Milli Məclisin son iclasında "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklə bağlı elm və təhsil nazirinin müavini İdris İsayev irəli sürüb.

Hazırda ölkəmizdəki ümumtəhsil müəssisələrində müəllimlər iki əsas statusla – ştat və saathesabı fəaliyyət göstərirlər. Bəs, məktəblərdə 8 saatlıq iş rejiminə keçidin hansı müsbət və mənfi nəticələri ola bilər?

“Təhsilin keyfiyyəti artacaq”



Tanınmış pedaqoq Şəmil Sadiqin fikrincə, bu gün müəllim əməyi çox zaman sinifdə keçilən 45 dəqiqəlik dərs vahidi ilə ölçülür:

"Halbuki bir 45 dəqiqəlik dərs üçün ən azından iki 45 dəqiqə də o dərsin hazırlanması, qiymətləndirilməsi ayrılmalıdır. Maraqlıdır, bu, baş tutarsa, təhsilimizə nə verə bilər? Bu zərurət haradan yaranır?

İlk və əsas təsir sözsüz ki, təhsilin keyfiyyətində olacaq. Əgər sistem düzgün tətbiq olunarsa, bu, təhsilin keyfiyyətinin yüksəlməsi, şagird davranışlarının pozitiv dəyişməsi və müəllim peşəkarlığının artması baxımından çox mühüm bir addım ola bilər.

Bu sistemin ən mühüm nəticələrindən biri də müəllimin paralel məşğulluq (repetitorluq) zərurətindən xilas olması ola bilər. Əgər əməkhaqqı optimallaşdırılsa, müəllim dərsini bitirib dərhal “başqa qazanc dalınca” getmək məcburiyyətində qalmaz.

Hazırda bəzi müəllimlər sadəcə formal olaraq məktəbdə “ad saxlamaqla” paralel hazırlıqla məşğul olur, isə bütün yükü digərləri daşıyır. Yeni yanaşma əmək bölgüsündə ədalət prinsipini də bərpa edə bilər”.

“Müəllimlər 1,5 ştatdan artıq işləyə bilməyəcək”

Tanınmış təhsil Elşən Qafarlının sözlərinə görə, keçmiş postsovet məkanından başqa, dünyanın əksər ölkələrində müəllimlərin əməkhaqqı onların iş saatına görə müəyyən edilir:

“Bizdə sovet dövründən qalma haldır: müəllimin əməkhaqqı dərs saatına görə tərtib olunur. Buna görə müəllimlər də gəlib dərsini keçməklə işini bitmiş hesab edir. Məsələn, müəllimlərin həftəlik iş saatı dünyanın bir nömrəli təhsil sistemi olan Böyük Britaniyada 46, ikinci sıradakı Yaponiyada isə 54 saatdır”.

Ekspert bildirdi ki, Azərbaycanda Əmək Məcəlləsinin 93-cü maddəsində müəllimlərin həftəlik iş saatı 36 saat göstərilib:

“Biz bir çox hallarda təqvim saatı ilə akademik saatı səhv salırıq. Məcəllədə göstərilən 36 təqvim saatıdır. Bir də var müəllimin əmək norması. Bu, həftəlik 18 saatdır və həftə ərzində (iki növbəli məktəblərdə) müəllim bunun 2 misli qədər (36 saat) dərs deyə bilər. Bu akademik saatdır – 50 dəqiqəlik (45 dəqiqə dərs, 5 dəqiqə tənəffüs). Nə qədər ki, müəllimlərin əməkhaqqı iş saatına görə deyil, dərs saatına görə müəyyən olunur, bununla ümumtəhsil müəssisələrində nizam-intizam qaydalarını qura bilməyəcəyik”.

Elşən Qafarlı təhsil müəssisələrində cavabdeh şəxsin təkcə məktəb direktoru və müavinləri olmasını qəbulolunmaz hesab edir:

“Məktəb təkcə həmin şəxslərdən ibarət deyil. Digər tərəfdən, Azərbaycanda məktəblərdə ştat faizi normaları var. Bu normalar Nazirlər Kabinetinin ümumtəhsil məktəbləri üçün 26.05.1996-cı tarixli 59 saylı, internat məktəbləri üçünsə 23.06.2006-cı il tarixli 157 saylı qərarı ilə müəyyən olunur. Bu normalarda müəllim ştatı yoxdur. Müəllimlərin işə qəbulu və yerləşməsi qaydaları isə Təhsil Nazirliyi tərəfindən verilsə də, ştat yoxdur. Buna görə də müəllimlərin ştata keçməsi, onların özləri üçün də yaxşı haldır. İndi gözlənilir ki, həftədə 18 saat dərs 1 ştat sayılacaq. Beləliklə, əgər müəllimin 18 saat dərsi varsa, həftədə 36 saat (5 günlük məktəblərdə gündə 7 saat, 6 günlük məktəblərdə isə 6 saat) məktəbdə olmalıdır".

Ekspertin sözlərinə görə, müəllimlik pedaqoji fəaliyyət olduğu üçün dünya üzrə iş saatı 2 – audit olunan və olunmayan hissəyə ayrılır:

“Audit hissəyə onun dərs saatı, digərinə isə tədqiqatçılıq, sənədləşmə, növbəti dərslərə hazırlıq, metodiki fəaliyyət və s. daxildir. Yəni 36 saatın birinci hissəsi dərs, ikinci hissəsi isə müəllim öz üzərində işləməsi üçün verilir”.

Təhsil eksperti bu qaydalarla müəllimlərin 1,5 ştatdan artıq işləyə bilməməsini məsələnin problemli tərəfi kimi görür.

“8 saatlıq iş qaydası Azərbaycan məktəbinə yaddır”


“Ümumiyyətlə dünya və Avropa ümumtəhsil sistemində çoxdan başlanılan pedaqoji mühitin iş saatına görə hesablanma qaydası bizdə indi müzakirə olunmağa başlayıb”. Bu sözlər isə təhsil üzrə eksperti Elmin Nuri deyib.

Ekspert bildirdi ki, biz hələlik bu qanun nə zaman qəbul və tətbiq ediləcəyini bilmirik:

“Təhsil sistemində o qədər məsələlər var ki... Məsələn, şagirdlərin davranış qaydaları 3-4 ildir müzakirəyə çıxarılıb, amma heç bir qərar qəbul olunmayıb”.

Ekspert vurğuladı ki, Azərbaycan təhsil müəssisələrində müəllimlərin iş fəaliyyəti iki əsasla – saat hesabı və ştat vahidi ilə hesablanır:

"Amma iş elə gətirib ki, hər ikisində prosedur demək olar ki, mahiyyət etibarı ilə eynidir. Çünki ştatda işləyən də, saat hesabı olan da dərs saatına görə maaş alır. Bu qayda ona görə idi ki, ştat vahidi əsasında çalışan müəllim əməkhaqqını rəsmi qaydada bir ştat vahidi qədər ala bilsin. Bu hüquqi parametrlər baxımından doğrudur”.

E.Nuri onu da qeyd edib ki, məsələnin digər tərəfi bu gün Azərbaycan məktəbini repetitorluq institutunun idarə etməsi ilə bağlıdır:

“Çünki bir müəllimə repetitor olmaq daha çox sərf edir, nəinki məktəbdə dərs demək. Nəzərə alsaq ki, müəllimlərin 95 faizi repetitorluq edir, bu qayda onlara qətiyyən sərf etməyəcək. Çünki hazırkı vəziyyətdə müəllimlər dərsin bitməsini səbirsizliklə gözləyir ki, məktəbdən tələsik gedib onları gözləyən abituriyentlərinə dərs keçsinlər. Amma bu 8 saatlıq iş rejimi ilə artıq mümkün olmayacaq”.

Ekspert bildirdi ki, indidən bəzi müəllimlərin bu müzakirələrlə bağlı narahatlığını görürük:

“Onları da başa düşmək olar. Çünki müəllimlər məktəbdən aldığı maaşdan daha çox abituriyent biznesi ilə öz həyatlarını qurular. Amma 18:00-da işdən çıxan müəllim evə çatıb hazırlaşana qədər 2 saat vaxt itirəcək. Bu da axşam saat 8 edir. Bu vaxt heç bir valideyn öz övladını repetitor yanına göndərməyəcək. Bu qaydaları təklif edənlər repetitorluğun qarşısını almaq istəyirlər. İndidən demək olar ki, təklif qəbul olunsa, məktəbin nüfuzu qalxacaq. Həm də müəllimlərin sosial rifahına ciddi təsir göstərəcək. Amma bugünkü perspektivdə bu qaydaların qəbulu yaxın 4-5 ildə mümkün görünmür. 8 saatlıq iş qaydası Azərbaycan təhsili və məktəbi üçün yaddır”.

Cavid, BakuPost

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda hazırlanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri