Icma.az
close
up
RU
Məktəblər müəllim üçün 8 saatlıq peşəkar iş mühitinə çevrilməlidir” Ekspert TƏKLİF VERDİ

Məktəblər müəllim üçün 8 saatlıq peşəkar iş mühitinə çevrilməlidir” Ekspert TƏKLİF VERDİ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məktəblərdə müəllimlərin iş şəraitinin yaxşılaşdırılması və pedaqoji prosesin effektivliyinin artırılması məqsədilə təhsil eksperti bir sıra təkliflər irəli sürüb.

Redaktor.az xəbər verir ki, təhsil eksperti Qoşqar Məhərrəmov bu haqda özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, ölkədə təhsilin inkişafı üçün məktəblərin müəllimlər üçün tam 8 saatlıq iş mühiti kimi formalaşdırılması vacibdir.

Ekspert ilk növbədə qeyd edir ki, hər bir müəllimin ya ayrıca ofisi, ya da özünə aid sinifi olmalıdır. Həmin otaqlarda kompüter, internet və mərkəzi printerə çıxışın təmin edilməsi müəllimin dərsə hazırlıq, qiymətləndirmə və sənədləşmə işlərini daha səmərəli şəkildə aparmasına imkan yaradacaq.

O, həmçinin müəllimlər üçün minimum 30–60 dəqiqəlik günorta fasiləsinin zəruri olduğunu vurğulayır. Müəllimlər otağında çay-kofe üçün şəraitin, oturmaq üçün kifayət qədər məkan və mebelin olması da peşəkar mühitin ayrılmaz hissəsi hesab edilir.

Ekspertin digər təklifi məktəb yeməkxanalarında və bufetlərində müəllimlər üçün arakəsmə ilə ayrılmış nahar zonalarının yaradılmasıdır. Bu, müəllimlərin evdən gətirdikləri yeməyi rahat şəkildə qəbul etmələrinə imkan verəcək.

Yeni modelə görə, müəllimlərin həftəlik dərs yükünün 18–25 saat arası müəyyən edilməsi, qalan saatların isə məktəbdə digər pedaqoji fəaliyyətlərə – metodik hazırlıq, qiymətləndirmə, valideynlərlə iş və təlimlərə sərf olunması təklif olunur.

Ekspert bildirib ki, müəllimin maaşı ay ərzində məktəbdə keçirdiyi bütün saatlar nəzərə alınaraq hesablanmalıdır. 8 saatlıq iş rejimi üzrə bu, ayda təqribən 160 saat təşkil edir.

Onun fikrincə, bu dəyişikliklərin tətbiqi məktəblərdə peşəkar mühit yaradar, tədris keyfiyyətini artırar və müəllimlərin peşəkar statusunu daha da gücləndirər.

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Noyabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri