Icma.az
close
up
RU
Müəllimlərə “hədiyyə” gəlir Hansı güzəştlər olacaq?

Müəllimlərə “hədiyyə” gəlir Hansı güzəştlər olacaq?

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Son dövrlərdə təhsil işçilərinin rifahının yaxşılaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılır. Bu yeniliklərdən biri də Təhsilin İnkişafı Fondu tərəfindən növbəti tədris ilindən etibarən müəllimlərə güzəştli kartların təqdim olunmasıdır.

Təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a açıqlamasında bildirib ki, bu təşəbbüs ilk olaraq tam orta təhsil müəssisələrini, daha sonra isə orta ixtisas və ali təhsil müəssisələrini əhatə etməlidir:

“Nəzərə alsaq ki, hazırda təxminən 200 min nəfərə yaxın şəxs bu təhsil müəssisələrində çalışır, o cümlədən peşə təhsili müəssisələri də bu siyahıya daxildir. Kartların əsasən iaşə obyektlərində, alış-veriş mərkəzlərində, restoran və digər xidmət sahələrində tətbiqi nəzərdə tutulur. Lakin arzuolunan odur ki, bu güzəştlər mədəniyyət sahəsini, xüsusilə teatrları, kinoteatrları və muzeyləri də əhatə etsin. Məsələn, bir müəllim tarixi bir muzeyi ziyarət etmək istədikdə və ya ölkə xaricində arxeoloji və ya elmi-tədqiqat xarakterli bir tədbirdə iştirak etdikdə, bu kartlar vasitəsilə müəyyən endirimlərdən faydalana bilsə, bu, həm peşəkar, həm də şəxsi inkişaf baxımından mühüm dəstək olar”.

E.Əfəndi qeyd edib ki, ən başlıca məsələ nəqliyyat və mənzil sahələrində güzəştlərin tətbiqidir. Onun sözlərinə görə, müəllimlərin bu sahələrdə ciddi problemləri var:

“Arzuolunandır ki, bu kartlar vasitəsilə, məsələn, mənzil almaq istəyən müəllimlər üçün tikinti şirkətləri müəyyən endirimlər tətbiq etsin və ya ictimai nəqliyyatdan istər yerüstü, istərsə də metrodan istifadə zamanı güzəştli tariflər tətbiq olunsun. Düşünürəm ki, bu cür təşəbbüslər müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə töhfə verə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 May 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri