Icma.az
close
up
RU
Sentyabrda bu kartlar müəllimlərə veriləcək Hansı güzəştlər olacaq?

Sentyabrda bu kartlar müəllimlərə veriləcək Hansı güzəştlər olacaq?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bir çox ölkələrdə müəllimlərə müxtəlif sahələrdə güzəştlər təklif edən xüsusi kartlar və proqramlar mövcuddur. Bu kartlar müəllimlərin sosial statusunu yüksəltmək və onları stimullaşdırmaq məqsədi daşıyır.

Onu da qeyd edək ki, bu cür kartlar müəllimlərin rifahını artırmaqla yanaşı, həm də cəmiyyətdə onların əməyinə verilən dəyərin göstəricisidir. Sevindirici haldır ki, artıq Azərbaycanda da oxşar təşəbbüslərin həyata keçirilməsi istiqamətində layihə başlayıb. Məlumata görə, artıq yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi “Təhsil kartlar”nın təqdim olunması nəzərdə tutulur.

Maraqlıdır, bu kartlara hansı xidmətlər, nə kimi güzəştlər daxil ediləcək?

Globalinfo.az bildirir ki, mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov Publika.az-ın suallarını cavablandırdı.

O bildirdi ki, müəllimlər üçün xüsusi güzəşt paketlərini özündə birləşdirən kartın istifadəyə verilməsi onların peşəkar fəaliyyətinə önəm verməklə yanaşı, həm də sosial rifahını yüksəltmək üçün nəzərdə tutulub:

“Bu həm də müəllim nüfuzuna verilən önəmin göstəricisi kimi dəyərləndirilməlidir. Bunu Təhsil İnkişaf Fondunun bu istiqamətdə reallaşdırmaq istədiyi çox mühüm layihələrdən biri kimi xarakterizə edirəm. Bildiyim qədər 300-ə qədər şirkət artıq Təhsilin İnkişaf Fondu ilə əməkdaşlığa başlayıb. Ümid edirəm ki, bu əməkdaşlığa maraqlı olan şirkətlərimiz daha çox olacaq. Bunu həmçinin təhsilə milli burjuaziyanın dəstəyi kimi də dəyərləndirə bilərik. Çünki təhsil verənlər bütövlükdə təhsilin çox mühüm subyektlərindən biridir. Müəllimlər üçün bu cür güzəştlərin, endirimlərin tətbiqi ilə bağlı yenilik inkişaf etmiş, təhsil tutumlu ölkələrin təcrübəsindən ölkəmizə gətirilib. Çox istərdim ki, bizim fərqli xidmət sahələri bütövlükdə bu aksiyaya, bu təşəbbüsə qoşulsunlar”.

İlqar Orucov

Ekspert güzəştlərin hansı istiqamətdə olacağı barədə də danışdı:

“Bu güzəştlərə əsasən ictimai nəqliyyat, metro, ərzaq, kitab mağazaları daxildir. Bundan əlavə, müəllimlər üçün müxtəlif iaşə obyektlərində, mədəniyyət ocaqlarında, muzeylər və s. endirimlər nəzərdə tutulması yer alır. Eyni zamanda müxtəlif alış veriş məkanında və xüsusilə kitab, məktəb ləvazimatları satışı ilə məşğul olan böyük şəbəkələrdə bu cür endirimlərdən yararlana biləcəklər. Günlük istifadə olunan əşyaların alınmasında olan endirimlər də güzəştə daxil ola bilər. Bu baxımdan çox təqdirəlayiq olar. Ümumiyyətlə, Azərbaycan müəllimi mükafata, güzəştə layiqdir. Bu baxımdan güzəşt kartlarının müəllimlərə şamil olunmasını müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu, müəllimlərin maddi durumuna müəyyən qədər kömək etmiş olar. Təbii ki, sözügedən 300 şirkət əməkdaşlığa öz razılığını bildiribsə, böyük bir əhatə dairəsi olacaq. Amma qeyd etdiyimiz kimi, mütləq şəkildə müəllimlər üçün güzəştlərdə yer ala biləcək xidmətlər daha çox ola bilər. Müxtəlif restoran və kafeləri əhatə edən şəbəkələr var, hansı ki, o şəbəkələrdə müəllimlər üçün endirim nəzərdə tutulur. Ancaq bütövlükdə xidmətlərin keyfiyyətli olması şirkətlərin nə dərəcədə işə məsuliyyətli yanaşmasından asılı olacaq. Əsas odur ki, Təhsilin İnkişaf Fondu bu istiqamətdə işlərə başlayıb və hesab edirəm ki, bu yeniliklərdən biri kimi dəyərləndirilməlidir. Müəllim əməyinə və peşəsinə cəmiyyətin yanaşmasının ona öz ehtiramını, hörmətini ifadə edən çox mühüm bir aksiyadır. Əlbəttə ki, bir elm, təhsil adamı olaraq mən də bu layihəni dəstəkləyir və gələcəkdə daha çox xidmətlərin burada yer alacağına ümid edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see434

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see171

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see162

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see139

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri