Icma.az
close
up
RU
Müəllimlərə iş saatına görə əməkhaqqı verilməsi nə vəd edir?

Müəllimlərə iş saatına görə əməkhaqqı verilməsi nə vəd edir?

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin son iclasında "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev müəllimlərin əməkhaqlarının artması üçün yeni təkliflər təqdim ediləcəyini bildirib. Nazir müavininin sözlərinə görə, bəzi təhsil müəssisələrində müəllimlik ixtisası üzrə planlar kəskin surətdə azalıb, ali təhsil müəssisələri keyfiyyətli təhsili təmin etməlidirlər. İdris İsayev əlavə edib ki, müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli deyib ki, ənənəvi sistemdə müəllimlərin əməkhaqqısı onların həftəlik dərs yükünə, yəni sinifdə keçirdiyi saatların sayına görə hesablanırdı. "Bu model müəllimin məktəbdə sərf etdiyi əlavə vaxtı şagirdlə fərdi işi, qiymətləndirmə, valideynlərlə ünsiyyət, metodik hazırlıq, tədris resurslarının hazırlanması və məktəbin ictimai həyatında iştirakı kimi fəaliyyətləri nəzərə almırdı. İş saatına əsaslanan sistem isə müəllimlik peşəsini kompleks fəaliyyət kimi qəbul edir. Bu modeldə müəllimin sinifdə keçirdiyi dərs yalnız ümumi iş vaxtının bir hissəsini təşkil edir. Digər hissə isə məktəb həyatına, planlaşdırmaya və sosial-psixoloji işə yönəlir".

Onun sözlərinə görə, yeni sistem əməyin real yükünə və keyfiyyətinə uyğun dəyərləndirməni təmin etməyə yönəlir: "Müəllimlik fəaliyyəti çoxşaxəli və məsuliyyətli bir peşədir. Dərsdə keçilən 45 dəqiqəlik prosesin arxasında bəzən bir neçə saatlıq hazırlıq dayanır. Mövcud sistemdə bu hazırlıq prosesi əməkhaqqı ilə ölçülmədiyindən müəllimlərin motivasiyası azalır, iş yükü ilə gəlir arasında müəyyən disbalans yaranır. Əməkhaqqının iş saatına görə müəyyən edilməsi bu disbalansı aradan qaldıra, müəllimə ədalətli qiymət verə bilər. Bu, həmçinin, müəllim peşəsinə marağın artmasına, kadr axınının azalmasına, tədris keyfiyyətinin yüksəlməsinə və ən əsası, müəllim nüfuzunun güclənməsinə səbəb ola bilər".

Yeni sistemin tətbiqi bir sıra inzibati və struktur islahatları da tələb edəcək: "Əvvəla, müəllimlərin iş vaxtı və fəaliyyət dairəsi dəqiq normativləşdirilməlidir. İkinci mühüm məsələ əməkhaqqı sisteminin diferensiasiyasıdır. Yəni iş saatına əsaslanan maaş sistemi müəllimlərin ixtisas səviyyəsi, tədris nəticələri və sosial fəallığı ilə uzlaşdırılmalıdır. Əks halda, bu mexanizm formal xarakter daşıyacaq. Müəllim əməyinin iş saatına görə qiymətləndirilməsi sadəcə texniki yenilik deyil, təhsil sistemində dəyərlərin transformasiyasıdır. Bu dəyişiklik müəllimə yalnız "dərs keçən" şəxs kimi deyil, mədəniyyət daşıyıcısı, sosial lider və intellektual kapitalın formalaşdırıcısı kimi yanaşmanı möhkəmləndirəcək. Əgər bu model beynəlxalq təcrübədən öyrənilən əsas prinsiplərlə tətbiq edilərsə, Azərbaycan təhsilində peşəkar müəllim mədəniyyətinin formalaşması istiqamətində mühüm addım atılmış olacaq".

Təhsil ekspert Kamran Əsədovun fikkrincə, yeni qərar həm iqtisadi, həm sosial, həm də pedaqoji baxımdan ciddi dönüş yarada biləcək bir addımdır: "Təhsil sistemində ən mühüm islahatlardan biri müəllim əməyinin düzgün qiymətləndirilməsidir. Azərbaycanda müəllimlərin əməkhaqqının dərs saatına deyil, iş saatına əsasən müəyyənləşdirilməsi qərarı həm iqtisadi, həm sosial, həm də pedaqoji baxımdan ciddi dönüş yarada biləcək bir addımdır.

Bu dəyişiklik müəllim fəaliyyətinin yalnız sinifdə keçilən dərs deyil, onun ümumi iş yükü - hazırlıq, qiymətləndirmə, metodik fəaliyyət, valideynlərlə ünsiyyət və pedaqoji inkişaf kimi çoxşaxəli proseslərdən ibarət olduğunu nəzərə alır. Uzun illərdir müəllim əməyinin dəyərləndirilməsi sistemində "dərs saatı" anlayışı əsas ölçü vahidi kimi götürülüb. Bu isə real vəziyyəti tam əks etdirmirdi. "Təhsil haqqında" Qanunun 32.1-ci maddəsində açıq şəkildə göstərilir ki, pedaqoji işçilərin əməkhaqqı onların peşəkarlıq səviyyəsi, yerinə yetirdikləri funksiyalar və fəaliyyətin nəticələrinə əsasən müəyyənləşdirilməlidir. Bu maddə faktiki olaraq "yalnız dərs keçməklə" məhdudlaşan qiymətləndirmə sisteminin dəyişdirilməsini tələb edir. Müəllim təkcə 45 dəqiqəlik dərsi deyil, onun öncəsi və sonrakı hazırlıq mərhələsini də həyata keçirir. Dərsə hazırlıq, testlərin tərtibi, ev tapşırıqlarının yoxlanması, şagirdlərin fərdi müşahidəsi və valideynlərlə görüşlər müəllimin vaxtının təxminən 50 faizini təşkil edir. Finlandiyada, Estoniyada və Almaniyada müəllimlərin əməkhaqqı məhz bu ümumi iş yükü əsasında hesablanır. Məsələn, Finlandiyada müəllim illik əməkhaqqı müqaviləsində həm dərs, həm də hazırlıq və metodik fəaliyyətin ümumi vaxt norması göstərilir. ABŞ-da "teacher workload model" çərçivəsində müəllimlərin dərsdənkənar fəaliyyətlərinə - məktəb tədbirləri, şagird məsləhətləri və metodik işlərə görə əlavə ödəniş tətbiq olunur. Beləliklə, Azərbaycan bu qərarla beynəlxalq təcrübə ilə eyni istiqamətdə hərəkət edir".

Ekspert bildirib ki, əməkhaqqının iş saatına görə müəyyənləşdirilməsinin əsas əhəmiyyəti müəllimin əməyinin daha ədalətli qiymətləndirilməsindədir: "Hazırkı dərs saatı sistemi bəzən keyfiyyətli dərs deyən, amma az dərs yükü olan müəllimi aşağı maaşlı vəziyyətdə saxlayırdı. Eyni zamanda çox saatla çalışan, lakin keyfiyyətsiz nəticə verən müəllim daha çox qazanırdı. Yeni model bu disbalansı aradan qaldırır, çünki maaş artıq sadəcə "saat sayı" ilə deyil, ümumi "fəaliyyət dəyəri" ilə ölçüləcək. Bu, həm sosial ədaləti təmin edir, həm də müəllimi motivasiya edir ki, dərs keyfiyyətinə, tədris metodlarına və innovativ fəaliyyətə daha çox diqqət yetirsin. Statistika göstərir ki, Azərbaycan müəllimlərinin orta aylıq maaşı 2024-cü ildə 830 manata yaxın olub. Bu, ölkə üzrə orta əməkhaqqının təxminən 70 faizinə bərabərdir. Müqayisə üçün qeyd edək ki, Estoniyada müəllimlərin maaşı ölkə üzrə orta əməkhaqqının 110 faizini, Finlandiyada isə 115 faizini təşkil edir. Yəni orada müəllim təkcə sosial status baxımından deyil, iqtisadi cəhətdən də yüksək təminatlı təbəqəyə daxildir. Azərbaycanda bu fərqi aradan qaldırmağın real yolu maaş sisteminin iş prinsipini dəyişmək, yəni dərs saatına bağlı mexanizmdən imtina edib, iş vaxtına əsaslanan mexanizmə keçməkdir. Müəllimlərin maaş artımı istəyi tam haqlıdır. Lakin maaş artımının davamlı və iqtisadi cəhətdən əsaslandırılmış olması üçün iş və dərs saatlarının optimallaşdırılması vacibdir. Bu optimallaşma iki istiqamətdə həyata keçirilə bilər: birincisi, fənlər üzrə dərs yüklərinin balanslaşdırılması və siniflərin sayına uyğun əmək bölgüsünün aparılması; ikincisi, dərsdənkənar fəaliyyətlərin normativ şəkildə tanınması və ona uyğun ödəniş sisteminin formalaşdırılması. Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi "Müəllim əməyinin stimullaşdırılması" və "Differensial ödəniş" layihələri bu istiqamətdə mühüm addımlardır. Nazirlik müəllim fəaliyyətini artıq yalnız "saat"la deyil, "nəticə" ilə ölçməyə başlayıb".

Kamran Əsədovun sözlərinə əsasən, müsbət nəticə ondan ibarətdir ki, bu model müəllimlik peşəsinin sosial nüfuzunu yüksəldəcək: "Müəllim dərsdən sonra şagirdlərlə fərdi işə, layihə fəaliyyətinə, eləcə də öz peşəkar inkişafına daha çox vaxt sərf edə biləcək və bu fəaliyyət rəsmi şəkildə iş vaxtına daxil olacaq. Bu, tədris keyfiyyətinə, məktəbdaxili psixoloji mühitə və müəllim motivasiyasına birbaşa müsbət təsir göstərəcək. Dünya təcrübəsində sübut olunub ki, müəllimin əməyinin ədalətli dəyərləndirilməsi təhsil keyfiyyətinin artımına birbaşa təsir göstərir. OECD ölkələrində müəllim maaşlarının 10 faiz artımı tədris nəticələrinin orta hesabla 3-4 faiz yaxşılaşmasına gətirib çıxarır. Azərbaycanın da məqsədi eyni olmalıdır - maaş artımı sadəcə sosial yardım deyil, tədris keyfiyyətinə sərmayə kimi görülməlidir. Hesab edirəm ki, əməkhaqqının dərs saatına deyil, iş saatına görə müəyyənləşdirilməsi müəllimin əməyinin bütövlükdə dəyərləndirilməsinə, sosial statusunun yüksəlməsinə və tədris keyfiyyətinin artmasına xidmət edəcək. Bu islahat Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi ən ədalətli və müasir yanaşmalardan biridir. Bu modelin tam tətbiqi müəllim maaşlarının artımını iqtisadi baxımdan əsaslı edəcək, sistemin dayanıqlığını təmin edəcək və müəllim peşəsini cəmiyyətin ən nüfuzlu peşələrindən birinə çevirəcək".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri