Icma.az
close
up
RU
Yeni mexanizm gəlir: İş saatına görə əməkhaqqı artacaq...

Yeni mexanizm gəlir: İş saatına görə əməkhaqqı artacaq...

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Vüqar Bayramov: “Saatlıq əməkhaqqı işçilərin gəlirlərini artıracaq, beynəlxalq təcrübəyə uyğundur”

Xalid Kərimli: “Saatlıq əməkhaqqı minimum maaşın yüksəlməsinə deyil, hesablama üsuluna təsir edəcək”

Saatlıq əməkhaqqı sisteminin tətbiqi, eyni dəyərli əməyə görə bərabər maaşın ödənilməsi sistemlərinə keçid üçün “Əmək Məcəlləsinə” ediləcək dəyişiklik hökumətdə razılaşdırılmaq məqsədilə Nazirlər Kabinetinə təqdim olunub.

Saatlıq əməkhaqqı mexanizminin tətbiqi vətəndaşlara nə vəd edir?


Millət vəkili Vüqar Bayramovun açıqlamasına görə, yeni mexanizmin tətbiq olunması, əməkhaqqı aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq: 


“Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu, qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər. Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin. Bu baxımdan yeni mexanizmin tətbiq edilməsi əməkhaqlarının artırılmasına gətirib çıxara bilər.

Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir”.


İqtisadçı-ekspert Xalid Kərimli isə Sherg.az-a açıqlamasında deyib ki, hazırda ölkədə aylıq minimum əməkhaqqı standartı tətbiq edilir. Yəni 1 ay ərzində işçiyə 400 manatdan aşağı maaş vermək olmaz: 


“İndi isə aylıq minimum əməkhaqqını saatlıq minimum əməkhaqqı ilə əvəz etmək istəyirlər. Məqsəd bu sahədə çevikliyi artırmaq, nəzarət imkanlarını yaxşılaşdırmaqdır. Ola bilər ki, işçi ilə məsələn, 1-22 saatlıq müqavilə bağlansın və bunun üçün də saatlıq minimum əməkhaqqı müəyyən edilsin: "Bu əvəzetmənin minimum maaş alanlar üçün heç bir üstünlüyü yoxdur. Çünki bu, texniki hesablama qaydasıdır. Əvəzetmə minimum əməkhaqqının artırılmasına yox, hesablama qaydasının dəyişdirilməsinə yönəlib. Əsas iş yerlərində çalışanlar üçün bunun heç bir fərqi yoxdur. Bəzi işçilər isə aylıq deyil, saat üzrə çalışır. Bu halda minimum saatlıq əməkhaqqının müəyyənləşdirilməsi həmin şəxslərin hüquqlarının qorunması baxımından müsbət hadisə ola bilər. Bu, həm işəgötürən, həm də işçi üçün rahatlıq yaradır. Azərbaycanda minimum aylıq əməkhaqqı çox kiçik olduğundan, bu kimi tədbirlərin ciddi təsirinin olacağını düşünmürəm. Gələcəkdə minimum əməkhaqqı artırılarsa, bu, işçi bazarında münasibətlərin təkmilləşdirilməsinə kömək edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 İyun 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri