Icma.az
close
up
RU
Müəllimlərə və tələbələrə ictimai nəqliyyatda güzəşt edilə bilər? Açıqlama

Müəllimlərə və tələbələrə ictimai nəqliyyatda güzəşt edilə bilər? Açıqlama

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Müəllimlər və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi, sosial rifahın yüksəldilməsi və təhsilin inkişafı baxımından strateji bir addım olardı"

Bunu Moderator.az-a açıqlamasında təhsil eksperti Kamran  Əsədov deyib.

O qeyd edib ki,  müəllimlər və tələbələr üçün ictimai nəqliyyat, metro, avtobus və qatar kimi xidmətlərdə gediş haqqı güzəştlərinin tətbiqi həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətli bir təşəbbüs ola bilər:

“Bu cür təşəbbüslər, xüsusilə, müəllimlərin iş şəraitini yaxşılaşdırmaq və tələbələrin təhsilə çıxışını asanlaşdırmaq məqsədilə bir çox ölkədə tətbiq olunur və müsbət nəticələr verir. Azərbaycanın da bu istiqamətdə addımlar atması, həm müəllimlərə, həm də tələbələrə maddi dəstək göstərməklə yanaşı, təhsil sahəsinin inkişafına birbaşa töhfə verərdi.

Müəllimlərə və tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiqi həm iqtisadi, həm də sosial faydalar gətirə bilər. Müəllimlərin aylıq gəlirlərinin məhdud olduğu nəzərə alınarsa, ictimai nəqliyyatda güzəşt tətbiqi onların büdcələrinə müəyyən dərəcədə dəstək ola bilər. Hazırda müəllimlərin orta aylıq maaşı 400-600 manat arasında dəyişir ki, bu da onların gündəlik nəqliyyat xərclərinin ümumi büdcədə ciddi pay tutmasına səbəb olur. Eyni zamanda, tələbələr üçün də güzəştlər təhsil xərclərinin azaldılmasına, daha çox resurslarını tədris və elmi fəaliyyətlərə sərf etmələrinə imkan yarada bilər”.

Bir çox ölkədə müəllimlər və tələbələr üçün ictimai nəqliyyatda xüsusi güzəştlərin olduğunu deyən təhsil eksperti qeyd edir ki, Avstraliyada tələbələr üçün ictimai nəqliyyat xərcləri 50%-ə qədər subsidiyalaşdırılır:

 “Almaniyada tələbələr üçün “Semesterticket” adlı xüsusi kartlar təqdim edilir ki, bu da onlara aylıq nəqliyyat xərclərində əhəmiyyətli qənaət etməyə imkan verir. İsveçdə isə müəllimlər və tələbələr üçün xüsusi kartlarla gediş haqlarında güzəştlər tətbiq olunur. Bu modellər Azərbaycanda da tətbiq edilə bilər və həm müəllimlərin, həm də tələbələrin maliyyə yükünü azaltmaqla onların motivasiyasını artırar.

Statistik göstəricilər də bu cür təşəbbüslərin vacibliyini təsdiq edir. Azərbaycanda hazırda təxminən 185 min tələbə və 160 min müəllim fəaliyyət göstərir. Bu qrupların ictimai nəqliyyatda güzəştlərdən yararlanması ölkə üzrə nəqliyyat sisteminin daha geniş istifadə olunmasına təkan verə bilər. Eyni zamanda, bu cür təşəbbüslər nəqliyyatda fərdi avtomobillərin istifadəsini azalda bilər ki, bu da şəhər yollarında tıxacların qarşısını almaq və karbon emissiyalarını azaltmaq baxımından müsbət nəticə verər”.

K.Əsədovun sözlərinə görə, gələcəkdə müəllimlər və tələbələr üçün digər güzəştlərin tətbiqi də nəzərdən keçirilə bilər:

“Məsələn, müəllimlər üçün xüsusi mənzil proqramları, kommunal xidmətlərdə endirimlər və ya tibbi sığortanın genişləndirilməsi təklif oluna bilər. Tələbələr üçün isə dərs vəsaitlərinin, texnologiya avadanlıqlarının (kompüter və ya planşetlərin) güzəştli şəkildə təmin edilməsi, kitabxana xidmətlərinin pulsuz və ya subsidiyalaşdırılmış olması mühüm addımlar ola bilər. Azərbaycanın təhsil sahəsində bu cür təşəbbüsləri həyata keçirməsi həm də ölkənin insan kapitalının inkişafına xidmət edəcəkdir. Müəllimlərə və tələbələrə göstərilən dəstək onların təhsil fəaliyyətlərinə daha çox diqqət ayırmasına, müəllimlərin iş şəraitinin yaxşılaşmasına və tələbələrin təhsil prosesinə daha çox motivasiya ilə qoşulmasına şərait yaradar. Ümumilikdə, müəllimlər və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi, sosial rifahın yüksəldilməsi və təhsilin inkişafı baxımından strateji bir addım olardı. Bu təşəbbüs, eyni zamanda, Azərbaycanın təhsil sistemini daha da gücləndirərək, beynəlxalq təcrübədən ilham almış bir modelin formalaşdırılmasına töhfə verərdi. Gələcəkdə bu cür güzəştlərin tətbiqi təhsil siyasətinin prioritetlərindən biri olmalıdır”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri