Icma.az
close
up
RU
Müəllimlərimizin bir qismi kompüterdən belə istifadə edə bilmir AÇIQLAMA

Müəllimlərimizin bir qismi kompüterdən belə istifadə edə bilmir AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

“Süni intellektin təhsilverənlərə təlimi nəticədə böyük bir nəslin süni intellektlə yaxından tanış olmasına səbəb ola bilər. Çünki müəllimlər süni intellekti bildikləri zaman onu öz dərslərinə inteqrasiya edəcəklər və dərslərdə istifadə olunan süni intellekt artıq şagirdlər üçün bir vərdişə çevriləcək. Amma müəllimlərimizin bir qismi kompüter texnologiyalarından istifadə bacarıqlarına malik deyil”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil müəssisələrində süni intellektdən istifadədən danışan təhsil eksperti Qoşqar Məhərrəmov dedi.

O vurğuladı ki, bəzi müəllimlər fundamental səviyyədə kompüterdən istifadə etmək, axtarış sistemlərindən yararlanmaq bacarığına və səriştəsinə malik deyillər:

“Ona görə də onlara süni intellekti də təlim edə bilməyəcəyik. Mənim təklifim odur ki, universitet səviyyəsində, pedaqoji fakültələrdə təhsil alan tələbələr üçün "Təhsildə süni intellektin istifadə olunması" fənni tədris edilsin, bunun proqramı hazırlansın və universitetlərin bütün pedaqoji fakültələrində səriştəli professor-müəllim heyəti gələcəyin müəllimlərinə belə bir fənni tədris etsin.

Yəni söhbət təhsildə İKT və təhsildə texnologiyalardan gedir. Bu fənn universitetlərin bir qismində mövcuddur. Amma həmin fənnin tədrisində yenə də daha çox kompüterdən istifadə və buna bənzər məsələlər öyrədilir. Mənim təklifim isə sırf süni intellektin, eyni zamanda onunla yanaşı müxtəlif digər texnologiyaların da öyrədildiyi bir fənnin tədris olunmasıdır.

Əgər biz bu fənni pedaqoji fakültələrin tələbələrinə yaxşı öyrədə bilsək, o zaman həqiqətən də görəcəyik ki, onlar gələcəkdə öz şagirdlərinə süni intellekti öz fənləri çərçivəsində istifadə etməyi öyrədə bilərlər. Süni intellekt elə bir sahə deyil ki, şagirdlərə ayrıca bir fənn kimi tədris olunsun. Şagirdlərə bəlkə də kompüter dərslərində həmin süni intellekt alətləri öyrədilə bilər. Deməli, gələcəyin kompüter müəllimləri süni intellekti yaxşı bilməlidirlər ki, onu öz kompüter və informatika dərslərində orta məktəb şagirdlərinə öyrədə bilsinlər".

Lakin onun fikrincə, digər müəllimlər də öz fənlərində süni intellektdən istifadə etməlidirlər.

"Bunu etsələr, çox yaxşı olar. Bu, böyük bir üstünlükdür. Ona görə də gələcəyin müəllimlərinə biz bu alətləri öyrətməliyik.

Bəs bu fənni universitetlərdə kimlər tədris edə bilər? Mən hesab edirəm ki, bu fənni universitetlərdə xaricdə təhsil texnologiyaları sahəsində magistratura təhsili almış, ən azı magistr dərəcəsinə malik şəxslər tədris edə bilərlər. Hazırkı universitetlərimizin pedaqoji fakültələrində çalışan professor-müəllim heyətinin belə bir fənni tədris etmək qabiliyyətinə malik olduğunu düşünmürəm. Əksəriyyəti, ehtimal ki, bunu tədris edə bilməyəcək.

Amma hazırda dünyada xaricdə təhsil proqramları vasitəsilə magistratura təhsili alan insanlar var ki, onların bir qismi məhz təhsil texnologiyaları sahəsində təhsil alır. Həmin insanlar ölkəyə qayıdıb universitetlərdə işlədikləri zaman bu fənni bakalavr tələbələrinə rahatlıqla tədris edə bilərlər”, - deyə Q.Məhərrəmov əlavə etdi.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri