Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Müəllimlərin hörməti və hüquqları təcili bərpa olunmalıdır AKTUAL

Müəllimlərin hörməti və hüquqları təcili bərpa olunmalıdır AKTUAL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya təcrübəsindəki kimi yalnız cərimə mexanizminə güvənmək düzgün olmaz

Müəllimlər cəmiyyətin mənəvi rəhbəridir - onların sosial statusu yüksəlməlidir


“Ədalətli Rusiya – Həqiqət naminə” Partiyasının sədri Sergey Mironov müəllimlərin müdafiəsi üçün sərt tədbirlər təklif edib. Onun sözlərinə görə, müəllimləri təhqir edən şəxslər 20 min rubla (təxminən 400 manat), sosial şəbəkələrdə onlara qarşı kampaniya aparanlar isə 700 min rubla (təxminən 14 min manat) qədər cərimələnməlidir.

Maraqlıdır, müəllimlərin nüfuzunun qorunması üçün Azərbaycanda da oxşar cərimə mexanizminə ehtiyac varmı?


Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, ölkədə müəllim nüfuzunun artırılması üçün kompleks tədbirlər görülməlidir: 


“Təhsilin inkişafı üzrə dövlət strategiyasında müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi əsas hədəflərdən biridir. Müəllimin nüfuzunu həm məktəbdə, həm də cəmiyyətdə qorumaq lazımdır. Əgər bir ölkənin təhsil naziri çıxıb deyirsə ki, "məktəblərdə pul yığılır və bunun günahkarı cəmiyyətdir, biz ancaq tənzimləyici qurumuq", nə etmək olar? Bir tərəfdən məktəblərdə pul yığılmasını etiraf edir, digər tərəfdən günahı cəmiyyətin üstünə atırsa, bu o deməkdir ki, müəllimlə cəmiyyəti üz-üzə qoyur. Belə olan halda təbii ki, müəllimin nüfuzu olmayacaq. Müəllimləri təhqir edən insanlara qarşı cərimələrin tətbiq edilməsi nəyi dəyişəcək? Biz ilk növbədə təhsil verənlərin fəaliyyətinin sağlamlaşdırılması yolunda addım atmalı idik. Məktəblərin nüfuzunu bərpa etmək, orada müəllim nüfuzunu qorumaq, müəllimlərin sosial müdafiəsini təmin etmək lazımdır. Bütün bunlar baş verdikdən sonra müəllimin nüfuzunun qorunması və ona qarşı qeyri-adekvat addımlar barədə belə bir təklif irəli sürmək olar”.(baku.post)


ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında bildirib ki, müəllimlər cəmiyyətin təhsil və mənəvi inkişafında əhəmiyyətli rol oynayan əsas sütunlardır. Onlar gələcək nəsilləri formalaşdıran və onlara biliklər, bacarıqlar və əxlaqi dəyərlər ötürən şəxslərdir: 


“Müəllimlərin cəmiyyətdə nüfuzunun qorunması olduqca vacibdir. Rusiya təcrübəsində təklif edilən kimi təhqir və böhtan hallarına qarşı sərt cərimələrin tətbiqi müəyyən qədər çəkindirici ola bilər. Amma Azərbaycanda yalnız cərimə mexanizminə güvənmək düzgün olmaz. Əslində, müəllimin nüfuzu yalnız qanunla deyil, cəmiyyətin yanaşması ilə formalaşır. Çox təəssüf ki, son dövrlərdə müəllimlərin cəmiyyət tərəfindən layiqincə qiymətləndirilməməsi və onların hüquqlarının yetərincə müdafiə olunmaması ciddi bir məsələdir. Müasir texnologiyaların geniş yayılması ilə müəllimlərin üzləşdiyi yeni problemlərdən biri onların fəaliyyətinin şagirdlər və valideynlər tərəfindən tez-tez müzakirə və tənqid edilməsidir. Şagirdlərin müəllimləri telefona çəkməsi, onları sosial şəbəkələrdə paylaşması və bəzi hallarda valideynlərin bu görüntülər əsasında müəllimləri cəzalandırmaq üçün addım atmaları böyük problemlərə səbəb ola bilər. Hətta bəzi hallarda müəllimlər şagirdləri tənbeh edərkən və ya dərs zamanı qeyri-etik davranışa qarşı çıxarkən, valideynlərin təzyiqi altında hüquqlarının pozulduğunu müşahidə edirik. Müəllimin işinə müdaxilə etmək, onun peşəkar nüfuzuna xələl gətirmək təhsil prosesinə zərər verir və cəmiyyətdə müəllimin rolunu zəiflədir”.


K.Əsədov hesab edir ki, müəllimlərin hüquqlarının müdafiəsi ilk növbədə onların iş mühitində təhlükəsiz və hörmətli bir şəraitdə çalışmasını təmin etməkdən ibarətdir: 

“Müəllimlərin peşəkar müstəqilliyi və nüfuzunun qorunması onların işə olan marağını və motivasiyasını artırır. Valideynlər və şagirdlər müəllimin işinə hörmətlə yanaşmalı, onların təlim və tərbiyə metodlarına etimad göstərməlidirlər. Müəllimlər cəmiyyətin mənəvi rəhbərləri kimi, dəstək və hörmət görməli, sosial hüquqları qorunmalıdır. Hüquqi müdafiə mexanizmləri vasitəsilə müəllimlər hər hansı bir qərəzli hücumdan qorunmalıdırlar, çünki onların fəaliyyəti təkcə akademik tədris deyil, həm də nəsillərin mənəvi tərbiyəsidir. Bir sözlə, müəllimləri qorumaq üçün inzibati cəzalar müəyyən rol oynasa da, əsas məsələ onların sosial statusunun real yüksəldilməsi və ictimai hörmətin bərpa olunmasıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Oktyabr 2025 03:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see13505

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see794

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see270

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see241

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see203

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see173

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see155

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see134

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see134

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see131

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see129

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see127

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri