Icma.az
close
up
RU
Müəllimlərin imtahan narazılığı:”Elə bil olimpiadadır” FOTOLAR

Müəllimlərin imtahan narazılığı:”Elə bil olimpiadadır” FOTOLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin dördüncü günü başa çatdı.

24 iyun tarixində keçirilən imtahanda biologiya və kimya fənnini tədris edən müəllimlər iştirak ediblər. Qeyd edək ki, həmin test imtahanına ümumilikdə 6142 nəfər müəllim dəvət olunub. Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 5945 nəfər müəllim iştirak edib, 97% davamiyyət qeydə alınıb.

Qeyd edək ki, kimya fənni ilə bağlı imtahanda iştirak edən bəzi müəllimlər sosial şəbəkələrdə öz etirazlarını bildiriblər. Onlar əsasən sualların çətin olduğunu, kimya fənninə uyğun olmadığını bildiriblər. Sertifikasiya imtahanında iştirak edən Minayə Aydın adlı müəllimə yazıb:

“Dünən kimya müəllimlərinin sertifikasiya imtahanının adını kimya müəllimlərinin olimpiadası adı ilə əvəz etmək lazımdır. Bu imtahandan uğur əldə edən müəllim isə kimya müəllimi yox, riyazi - kimya müəllimi hesab olunsun”. 

Afaq Cəbrayılova adlı müəllim isə qeyd edib ki, kimya müəllimlərinin sertifikatlaşdırma imtahanında suallar heç də kimya elminə uyğun olmayıb: 

“Mən kimya müəllimi olaraq bilmədim ki, kimyadan yoxsa, riyaziyyatdan imtahan verdim. 48 bal toplasam və imtahanın test mərhələsindən keçsəm də, mən bu sualların təhlil olunmasını tələb edirəm. Yəni kimya müəllimləri bu qədərmi aciz və savadsız oldular ki, bu sualların öhdəsindən çoxluq olaraq gələ bilmədilər? Xeyr, sadəcə suallar hədsiz çox vaxt apardı və 120 dəqiqə ərzində həll olunmayacaq səviyyədə idi”. 

Müəllim Lalə Yusifova qeyd edib:

“Kimyaçılara, filoloqlara sertifikasiya təkrar keçirilsin”. 

Günel Səttarova adlı müəllim isə qeyd edib ki, haqqı, nüfuzu yerə vuruldu:

“O vaxt ərzində o sualları işləmək üçün kimyanı bir kənara atıb riyaziyyatla məşğul olmalı idik. Kimyadan əsas mövzuları bir qırağa atıb bütün ağırlığı riyazi hesablamalara vermək nə dərəcədə düzgündür? Hər bir maddə üçün Mr-i hesablamağı belə bizim üstümüzə atdılar ki, otur ancaq riyaziyyatla məşğul ol. Kimyaçının biliyini bununla yoxladınız? Ayıb olsun”. 

Müəllim Nailə Məmmədova isə belə qeyd edib:

“Kimya müəllimlərinə qarşı çox ədalətsizlik oldu. Təəssüflər olsun”. 

İmtahanla bağlı səslənən iddialarla cavab almaq üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərmişik. Cavabı təqdim edəcəyik. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri