Icma.az
close
up
RU
Pullu imtahan müəllimlərin sayını azaldacaq?

Pullu imtahan müəllimlərin sayını azaldacaq?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllimlərin işə qəbulu imtahanı ödənişli olacaq. 

Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq. 

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Layihədə bildirilib ki, "Ümumi təhsil haqqında" Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən tənzimlənir. 

Həmin qaydalara uyğun olaraq, müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir. Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Qeyd edək ki, bir müddət öncə elm və təhsil naziri Emin Əmrullayev də MİQ imtahanlarının ödənişli olması ilə bağlı fikir bildirmişdi: 

“MİQ imtahanı ilk dəfə iştirak edənlər, şəhid ailələrinin üzvləri və digər xüsusi şəxslər üçün ödənişsiz olacaq. MİQ imtahanı üçün 60 min adam müraciət edir, 48 min nəfər gəlir, bu da bizim üçün əlavə xərcdir. 12 min şəxsin gəlməməsi onlara ayrılmış texniki resursun istifadə olunmaması deməkdir. MİQ imtahanının qiyməti çox yüksək olmayacaq. Burada məqsəd pul yığmaq deyil, məsuliyyət yaratmaqdır”. 

MİQ imtahanında ikinci dəfə iştirakın ödənişli olması bu peşəyə üz tutanların sayının azalmasına gətirib çıxaracaqmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, Müəllimlərin İşə Qəbulu imtahanında müraciət sayının həddindən artıq, hətta bəzən 70 min nəfərdən artıq olması müşahidə edilib və burada təkrar sənəd verənlər, özünü yenidən yoxlayanlar var: 

“Hərçənd ki, bəziləri faktiki olaraq hələ də müəllim işləyirlər. Bəzi müəllimlər isə artıq bir neçə dəfə bu imtahanda özlərini sınayıblar. MİQ imtahanına gələnlərin bir qrupu isə imtahana qeydiyyatdan keçirdilər, onlar üçün xüsusi avadanlıqlar, yerlər ayrılır, digər zəruri xərclər çəkilirdi, ancaq özləri imtahana gəlmirdi. 

Bu isə təxminən 3-5 min nəfərə yaxın şəxsi əhatə edirdi ki, bununla bağlı büdcədən xeyli vəsait sərf edilirdi. Belə olduğu təqdirdə Elm və Təhsil Nazirliyinin belə bir təşəbbüsü oldu ki, MİQ imtahanında ikinci dəfə iştirak ödənişli olsun. Ödənişin miqdarı DİM-in təkrar imtahanlar üçün müəyyən etdiyi məbləğdən artıq olmayacaq. 

Digər bir məsələ odur ki, müəllim olmaq üçün müraciət edənlər arasında aztəminatlı ailələr var və onlara güzəştlər olsun. Yəni ilk dəfə imtahana gələnlər, şəhid, qazi ailələri, əlilliyi olan şəxslər üçün ödənişsiz olacaq. Bəziləri var ki, müraciət edəirlər, ancaq sonra  imtahanda iştirak etmirlər və bu, çoxluq təşkil edir, həmin məsələ onlara şamil olunacaq. 

Əgər bir şəxs qarşısına müəllim olmağı hədəf qoyubsa, inanmıram ki, bir kiçik məbləğə görə peşəsindən əl çəksin. Bunun həm də peşə yararlılığı üçün faydası olacaq, demək o öz niyyətindən dönməyib, növbəti dəfə də imtahanda iştirak edir”.
Ekspert bildirib ki, dəyişiklik əsasən imtahanla bağlı qeydiyyatdan keçib gəlməyənlərin qarşısını alacaq bir addım kimi nəzərdə tutulub:

“Əgər ilk imtahanda uğur qazanmayıb, ikinciyə də gəlmirsə, bu, o deməkdir ki, həmin şəxs heç müəllim olmaq üçün həvəsli deyil”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Pullu imtahan müəllimlər Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri