Icma.az
close
up
RU
Müəllimlərlə bağlı vacib TƏKLİF

Müəllimlərlə bağlı vacib TƏKLİF

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Sertifikasiya imtahanında aşağı nəticə göstərən müəllimlərin birdən-birə sistemdən uzaqlaşdırılması əvəzinə, onların təhsilin daha çox ehtiyac duyulan rayonlarına yönləndirilməsi daha funksional bir model ola bilərdi.

Tribunainfo.az xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki, bu sahədə ciddi çatışmazlıqlar mövcuddur:

“Hazırda sertifikasiyada zəif nəticə göstərən müəllimlərin dərhal sistemdən çıxarılması təhsilin keyfiyyətini yüksəltmək məqsədi daşısa da, bu yanaşmanın sosial və praktiki baxımdan ciddi çatışmazlıqları mövcuddur. Bu müəllimlər uzun illər ərzində sistemdə fəaliyyət göstəriblər, bir çox hallarda dağ kəndlərində, resursları məhdud olan məktəblərdə çalışıblar. Belə müəllimlərin tədris imkanları ilə şəhər məktəblərində işləyən müəllimlərin imkanlarını müqayisə etmək doğru deyil. Ədalətli yanaşma tələb edir ki, onların biliklərini artırmaq üçün dəstək proqramları, təlimlər və alternativ yerləşdirmə yolları təklif olunsun.

MİQ imtahanında aşağı bal toplayan namizədlərin rayonlara göndərilməsi praktikası bəlli qədər məntiqəuyğun görünsə də, sertifikasiya imtahanında bu yanaşma tətbiq edilmir. Halbuki bu imtahandan da aşağı nəticə göstərən müəllimlərin birdən-birə sistemdən uzaqlaşdırılması əvəzinə, onların təhsilin daha çox ehtiyac duyulan rayonlarına yönləndirilməsi daha funksional bir model ola bilərdi. Belə yanaşma həm regionlarda müəllim çatışmazlığını azaldar, həm də zəif nəticə göstərən müəllimlərə öz üzərində işləmək və təcrübə qazanmaq fürsəti verərdi”.

K. Əsədov əlavə edib ki, bu modelin mənfi cəhətləri də var:

“Əgər bu proses məcburi şəkildə həyata keçirilərsə, bu zaman müəllimlərin motivasiyası kəskin şəkildə azala bilər. Həmçinin ailəli, uzun illər bir bölgədə çalışan müəllimlərin başqa rayona göndərilməsi ciddi sosial narazılıq doğura bilər. Bu baxımdan, prosesin könüllülük əsasında həyata keçirilməsi, müəllimlərə alternativ təkliflərin verilməsi, maddi dəstəyin göstərilməsi zəruridir.

Müsbət tərəfdən baxdıqda, bu model regionlar üçün bir fürsət ola bilər. Çünki hazırda Azərbaycanın bir çox kənd məktəblərində kadr çatışmazlığı mövcuddur və bəzən bu boşluqları heç kim doldurmur.

Əgər sertifikasiyadan zəif nəticə göstərmiş müəllimlər həmin yerlərə yönləndirilsə və onların ixtisasartırma prosesləri paralel aparılsa, həm onların özlərini inkişaf etdirməsi təmin olunar, həm də region şagirdləri təhsildən məhrum qalmaz.

Sonda qeyd etmək lazımdır ki, müəllimlərin qiymətləndirilməsi və yerləşdirilməsi məsələsi yalnız rəqəmlərlə həll olunmamalıdır. Bu, sosial, pedaqoji və etik məsələdir. Əgər məqsədimiz təhsildə keyfiyyəti artırmaqdırsa, müəllimlərin bacarıqlarını artırmaq, onları dəstəkləmək və daha ədalətli bölgü mexanizmləri yaratmaqla bu məqsədə çatmaq mümkündür”.

Nigar İxtiyarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri