Icma.az
close
up
RU
Müəllimlərlə bağlı yeni təklif: “Təhsildə uçururm yarada bilər”

Müəllimlərlə bağlı yeni təklif: “Təhsildə uçururm yarada bilər”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər ölkədə repetitorluq geniş vüsət alıb. 

Hamıya məlumdur ki, bu gün hətta I sinif şagirdləri belə, repetitor fəliyyətindən yararlanırlar. Repetitorluqla məşğul olanların əksəriyyəti məktəbdə çalışan müəllimlərdir, digər qrup isə müstəqil olaraq bu istiqamətdə fəaliyyət göstərirlər. Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov belə bir təkliflə çıxış edib ki, məktəblərdə pedaqoqlar fəaliyyət göstərir, repetitor isə müəllim deyil, təlimçidir: 

“Buna görə də bu fəaliyyət qanunsuz sahibkarlıq sayılır. Təklif edirəm ki, repetitorlar rəsmi olaraq Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiyadan keçsinlər. Necə ki, bütün həkimlər fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyindən akkreditasiya almalıdır, eləcə də bütün repetitorlar mütləq sertifikatlaşdırılmalıdır. Biz bilməliyik ki, bu şəxslər kimdir və hansı səviyyədə təhsil xidməti göstərirlər. Ona görə də repetitor nazirlik tərəfindən sertifikat aldığını təsdiq etməli və təlimçi kimi fəaliyyət göstərməlidir. Bundan əlavə, bu sahədə əldə edilən gəlirlər də rəsmi şəkildə vergiyə cəlb olunmalıdır”. 

Sertifikasiya repetitorluğu qanuniləşdirməklə yanaşı, bahalaşdıracaqmı və vergidən yayınma hallarının qarşısını ala bilərmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”a bildirib ki, professor Zahid Məmmədovun təklifi – yəni repetitorluğun rəsmi şəkildə qanuniləşdirilməsi və repetitorların Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən sertifikasiyadan keçirilməsii təşəbbüsü təhsil sektorunda köklü dəyişikliklərə yol aça bilər. İlk baxışdan müsbət görünməsinə baxmayaraq, bir sıra çətinlikləri və riskləri də özündə ehtiva edir: 

“İlk növbədə qeyd etmək lazımdır ki, repetitorluq bu gün Azərbaycanda paralel təhsil bazarının əsas komponentidir. Rəsmi statistikaya əsasən, 11-ci sinif şagirdlərinin təxminən 80 faizi ali məktəbə hazırlaşmaq üçün fərdi müəllimlərin xidmətindən istifadə edir. Bu rəqəm faktiki olaraq repetitorluğun sistem xarakteri daşıdığını və artıq təhsil sisteminin ayrılmaz bir hissəsinə çevrildiyini göstərir. Lakin bu fəaliyyət hazırda tamamilə tənzimlənməmiş və əsasən qeyri-rəsmi formada həyata keçirilir. 

Bu isə öz növbəsində vergidən yayınma hallarının artmasına, qeyri-bərabər rəqabətə və tədris keyfiyyətində standartlaşmanın olmamasına səbəb olur. Zahid Məmmədovun təklif etdiyi kimi repetitorların sertifikatlaşdırılması tədris keyfiyyətinin artırılmasına müsbət təsir göstərə bilər. Belə ki, sertifikatlaşdırılmış repetitor nazirliyin müəyyən etdiyi metodik göstərişlərə və etik prinsiplərə əməl etməlidir. Bu həm tədrisin peşəkar səviyyədə qurulmasına, həm də valideynlərin daha etibarlı müəllim seçiminə imkan yaradar. 

Tədrisin keyfiyyəti artar, müəllimlər arasında sağlam rəqabət formalaşar və təhsildə təsadüfi şəxslərin fəaliyyəti məhdudlaşdırılar. Bundan başqa, dövlət tərəfindən nəzarət olunan repetitor fəaliyyəti, distant və ya fiziki formada keçirilən ödənişli dərslərin vergiyə cəlb edilməsinə hüquqi əsas yaradacaq”. 

Vergidən yayınma məsələsinə gəlincə, ekspert deyir ki, bu sahənin leqallaşdırılması müəyyən mənada bu halların qarşısını ala bilər: 

“Çünki rəsmi fəaliyyət göstərən repetitorun gəlirləri şəffaf uçotda olacaq və müvafiq olaraq sadələşdirilmiş vergi (məsələn, mikro sahibkarlıq subyekti kimi 2-5% arası) ödəmək məcburiyyətində qalacaq. Dövlət Vergi Xidmətinin məlumatlarına görə, hazırda repetitorluqla məşğul olan şəxslərin çox az bir hissəsi vergi ödəyicisi kimi qeydiyyatdan keçib. Bu isə on milyonlarla manatlıq bir dövriyyənin dövlət büdcəsinə heç bir töhfə vermədən fırlanmasına səbəb olur. Qanuni əsas yaradılarsa və fəaliyyət lisenziyalaşdırılarsa, bu, həm dövlət, həm də vətəndaş üçün faydalı ola bilər. Lakin məsələnin digər tərəfi də var. Repetitorluğun sertifikatlaşdırılması onun qanuniləşməsi ilə yanaşı, bahalaşmasına səbəb olacaq. 

Çünki rəsmi qeydiyyat, vergi öhdəliyi, sertifikat alma xərcləri və təlimlərdə iştirak – bütün bunlar əlavə xərclərdir və bu xərclər son nəticədə valideynlərin ödədiyi məbləğlərə yansıyacaq. Hazırda 1 saatlıq fərdi dərs 15-40 manat arasında dəyişirsə, bu məbləğ yeni sistemdə daha da arta bilər. Nəticədə repetitorluq imkanlı ailələrin övladları üçün daha əlçatan olacaq, imkanları məhdud olanlar isə bu xidmətdən istifadə edə bilməyəcək. 

Bu isə təhsildə sosial ədalətsizliyi dərinləşdirə bilər. Bundan əlavə, bu sistemin tətbiqi üçün genişmiqyaslı mexanizm və nəzarət strukturu tələb olunur. Kimlər sertifikat verəcək və hansı meyarlarla müəllimlərin peşəkarlığı qiymətləndiriləcək? Pedaqoji kadrların əksəriyyəti bu prosesə necə yanaşacaq? Bu suallar cavabsız qaldıqca, prosesin uğurla icrası sual altına düşür”. 

Eksperin sözlərinə görə, dünya təcrübəsində isə bu məsələyə fərqli yanaşmalar mövcuddur: “Məsələn, Sinqapur, Cənubi Koreya və Yaponiya kimi ölkələrdə repetitorluq rəsmi fəaliyyət sahəsi kimi tanınır və bu sahədə çalışan şəxslər lisenziyaya malik olmalıdırlar. Eyni zamanda, dövlət öz təhsil sistemini elə təşkil edir ki, repetitorluğa ehtiyac minimuma endirilir. Finlandiya modelində isə repetitorluq, ümumiyyətlə, arzuolunmaz hesab olunur, çünki məktəb təhsili tam və əhatəlidir. 

Zahid Məmmədovun təklifi müsbət niyyət daşıyır və təhsildə peşəkarlığın artırılmasına, vergidən yayınmanın qarşısının alınmasına kömək edə bilər. Lakin bu proses mərhələli şəkildə, sosial balans və tədris keyfiyyəti nəzərə alınaraq həyata keçirilməlidir. Əks təqdirdə, repetitorluğun qanuniləşdirilməsi onu yalnız əlçatmaz və formal bir sistemə çevirər, sosial ədalətsizliyi dərinləşdirər və təhsildə uçurum yarada bilər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Müəllimlər təhsil ekspert repetitor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri