Icma.az
close
up
RU
Müəllimlik gəliri o qədər də yüksək olmayan peşələrdən biridir MÜNASİBƏT BİLDİRİLDİ

Müəllimlik gəliri o qədər də yüksək olmayan peşələrdən biridir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Müəllimlik peşəsinə maraq oyatmaq üçün ümumən təhsilə olan yanaşma, təhsilə olan baxış kökündən dəyişməlidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, təhsil bu gün özünün missiyası, konseptual dəyərlərindən qismən də olsa uzaq düşüb: "Biz sosial şəbəkələrdə, cəmiyyət arasında təhsili əsl mahiyyəti üzrə deyil, onun sosioloji tərəfi ilə dəyərləndirir, o cür də qiymət veririk. Amma təhsil istər indiki, istər keçmiş, istərsə də gələcəkdə bir məkan daxilində ən aparıcı istiqamətlərdən biri kimi dəyərləndiriləcək.

Təhsilə olan yanlış münasibət “məktəb”, “müəllim” faktoru özünün əvvəlki cazibə qüvvəsini, etalon olma xüsusiyyətini qaytarmalıdır. Əks halda, biz müəllim peşəsinə marağın nəinki artmasını, hətta getdikcə azalacağını da görəcəyik.

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.

Müəllimlik gəliri o qədər də yüksək olmayan peşələrdən biridir. İnsanları, xüsusən də gəncləri bura gətirən ən önəmli qüvvə “müəllim” adının üzərindəki rəğbət, nüfuz göstəricisidir. Hazırda maaşı aşağı olmasına baxmayaraq bir çox gənclərimizi təhsilə gətirən əsas qüvvə də məhz budur. Biz müəllimlik peşəsinə diqqəti artırmaq üçün əvvəlcə onun cəmiyyət daxilindəki nüfuzunun artırılması yollarını düşünməliyik. Düşünmürüksə, deməli, hər il müəllimlərin sayının getdikcə azalmasına da şahidlik etmiş olacağıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri