Icma.az
close
up
RU
“Ölkəmizdə qadın hüquqları yüksək səviyyədə qorunur” MÜNASİBƏT BİLDİRİLDİ

“Ölkəmizdə qadın hüquqları yüksək səviyyədə qorunur” MÜNASİBƏT BİLDİRİLDİ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanda dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider həmişə ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə qorunmasına, qadınlarımızın rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət yetirirdi". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib: "Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar sözügedən dövlət siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman imzalayıb. Həm dövlət komitəsinin yaradılması, həm də Fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açıb".

Deputat bildirib ki, bu siyasət hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir: "Dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik də dövlətimizin başçısının zərif cinsin nümayəndələrinə diqqətinin göstəricisidir. Həyata keçirilən uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə qadın hüquqları yüksək səviyyədə qorunur, qadınlarımızın bütün strukturlarda ön sıralarda fəaliyyət göstərirlər. Azərbaycanda yaradılan əlverişli şəraitin nəticəsidir ki, bu gün qadınlarımız parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatı sektorunda, hüquq-mühafizə orqanlarında təmsil olunurlar".

S.Salmanova söyləyib ki, Azərbaycan qadını hər zaman mərhəməti, sədaqəti, şəxsiyyəti, əxlaqı və cəsarəti ilə digərlərinə nümunə olub: "Bu gün Azərbaycan ın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər hər birimizi qürurlandırır. Eyni zamanda ölkəmizdə qadın siyasəti ilə bağlı qanunların qəbul olunmasında Birinci vitse-prezidentimizin xüsusi oynayıb. Bundan başqa, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza söykənən və ənənələrimizi yaşadan böyük layihələrin uğurla həyata keçirilməsi, Azərbaycan qadınının mərhəmətinin, xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərinin bariz nümunəsidir".

Parlamentari deyib ki, Azərbaycan qadını dövlət idarəçiliyindəki fəaliyyəti ilə yanaşı Vətənin müdafiəsində və döyüş meydanlarında böyük fədakarlıq, şücaət nümayiş etdirib: "İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində Azərbaycan qadınının göstərdiyi şücaət və qəhrəmanlıq hər bir azərbaycanlının şərəf və qürur mənbəyinə çevrilib. Azərbaycan qadınının vətənpərvərlik ruhunda tərbiyə etdiyi, böyüdüb boya başa çatdırdığı qəhrəman oğullarımız torpaqlarımızı düşmən işğalından azad etdi".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Mart 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri