Icma.az
close
up
RU
Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb? QİYMƏTLƏR

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb? QİYMƏTLƏR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Pedaqoji yönümlü ixtisaslar da hər il ən çox müraciət edilən və ildən-ilə populyarlığı artan ixtisaslardandır.

Modern.az xəbər verir ki, "Azərbaycan müəllimi" "Abituriyent 4" jurnalının ötənilki və builki nəşrlərini təhlil edərək müxtəlif ali təhsil müəssisələrində pedaqoji ixtisasların təhsil haqlarının necə dəyişdiyini öyrənib.

Bakı Dövlət Universiteti

I ixtisas qrupu üzrə:

“Fizika müəllimliyi” – 2100 manat (100 manat artıb) 
“İnformatika müəllimliyi” – 2100 manat (dəyişməyib)
“Riyaziyyat müəllimliyi” – 2300 manat (200 manat artıb)
“Fizika müəllimliyi” (tədris ingilis dilində) – 2200 manat (100 manat artıb)
"Riyaziyyat müəllimliyi" (tədris ingilis dilində) – 2300 manat (200 manat artıb)
Bakı Dövlət Universitetinin Qazax filialında “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar)” ixtisasları üzrə illik təhsil haqları da olduğu kimi (1500 manat) qalıb.

II ixtisas qrupu üzrə:

“Coğrafiya müəllimliyi” – 2200 manat (100 manat artıb)
"Tarix və coğrafiya müəllimliyi" (Qazax filialı) – qiymət dəyişməyib və illik təhsil haqqı 1500 manat təşkil edir.

III ixtisas qrupu üzrə:

“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” – 2200 manat (100 manat artıb)
“Xüsusi pedaqogika” – 2400 manat (Korreksiyaedici təlim ixtisası ləğv edilib, onun əvəzinə bu ixtisas yaradılıb)
“Tarix müəllimliyi” – 2100 manat (dəyişməyib)
“Təhsildə sosial-psixoloji xidmət” – 2200 manat (100 manat artıb)
“Tarix müəllimliyi” (tədris ingilis dilində) – 2100 manat (yeni ixtisas)
“Məktəbəqədər təhsil” (Qazax filialı) – 1600 (dəyişməyib)

IV ixtisas qrupu üzrə:

“Biologiya müəllimliyi” – 2300 manat (200 manat artıb)
“Kimya müəllimliyi” – 2300 manat (200 manat artıb)
“Kimya və biologiya müəllimliyi” (Qazax filialı) – 1500 manat (dəyişməyib)

Bakı Dövlət Universitetinin Qazax filialında ötən il mövcud olan “İbtidai sinif müəllimliyi” və “Tarix müəllimliyi” ixtisasları builki siyahıda yer almayıb.

V ixtisas qrupu üzrə:

“Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” (Qazax filialı) – 1500 manat (dəyişməyib)

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Bütün ixtisasların illik təhsil haqqı 100 manat artırılıb.

III ixtisas qrupu üzrə “Korreksiyaedici təlim” ixtisasının adı dəyişdirilərək “Xüsusi pedaqogika” edilib, iki yeni ixtisas – “Xüsusi pedaqogika” (tədris ingilis dilində) və “Məktəbəqədər təhsil” (tədris ingilis dilində) açılıb. Universitetin Şamaxı, Ağcabədi və Quba filiallarında “İbtidai sinif müəllimliyi”, Şəki filialında isə “Xarici dil müəllimliyi (fransız dili üzrə)” ixtisasları ləğv edilib.

Naxçıvan Dövlət Universiteti 

NDU-da ötən illə müqayisədə heç bir ixtisasın illik təhsil haqqı artırılmayıb.

I ixtisas qrupu üzrə:

“Fizika müəllimliyi” – 1500 manat (dəyişməyib)
“Riyaziyyat müəllimliyi” – 1700 manat (dəyişməyib)
“Riyaziyyat və informatika müəllimliyi” – 1700 manat (dəyişməyib)
“Texnologiya müəllimliy” – 1600 manat (dəyişməyib)

II ixtisas qrupu üzrə:

“Coğrafiya müəllimliyi” – 1500 manat (dəyişməyib)

III ixtisas qrupu üzrə:

“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” – 1600 manat (dəyişməyib)
“Tarix müəllimliyi” – 1600 manat (dəyişməyib)
“Xarici dil müəllimliyi” (ingilis dili üzrə) – 1700 manat (dəyişməyib)
“Xarici dil müəllimliyi” (rus dili üzrə) – 1000 manat (dəyişməyib)
“Xarici dil müəllimliyi” (alman dili üzrə) – 1000 manat (dəyişməyib)
“Xarici dil müəllimliyi” (fransız dili üzrə) – 1000 manat (dəyişməyib)

IV ixtisas qrupu üzrə:

Biologiya müəllimliyi – 1500 manat (dəyişməyib)
Kimya müəllimliyi – 1500 manat (dəyişməyib)

V ixtisas qrupu üzrə:

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi – 1600 manat (dəyişməyib)
Musiqi müəllimliyi – 1400 manat (dəyişməyib)
Təsviri incəsənət müəllimliyi – 1600 manat (dəyişməyib)

Naxçıvan Müəllimlər İnstitutu

I ixtisas qrupu üzrə:

Riyaziyyat və İnformatika müəllimliyi – 1800 manat (100 manat bahalaşıb)
Texnologiya müəllimliyi – 1800 manat (100 manat bahalaşıb)

Riyaziyyat müəllimliyi ixtisası ləğv edilib.

III ixtisas qrupu üzrə:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 1800 manat (100 manat artıb)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 1800 manat (100 manat artıb)
Tarix müəllimliyi – 1800 manat (100 manat artıb)
Məktəbəqədər təhsil – 1800 manat (100 manat artıb)
Təhsildə sosial-psixoloji xidmət – 1800 manat (100 manat artıb)

İbtidai sinif müəllimliyi ixtisası ləğv edilib. “Korreksiyaedici təlim” ixtisasının yerində “Xüsusi pedaqogika” ixtisası yaradılıb.

V ixtisas qrupu üzrə:

Təsviri incəsənət müəllimliyi – 1800 manat (100 manat artıb)

Gəncə Dövlət Universiteti

I ixtisas qrupu üzrə:

Fizika müəllimliyi – 1700 manat (dəyişməyib)
İnformatika müəllimliyi – 1800 manat (dəyişməyib)
Riyaziyyat müəllimliyi – 1800 manat (dəyişməyib)
Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi – 2000 manat (200 manat artıb) Texnologiya müəllimliyi – 1700 manat (200 manat artıb)

II ixtisas qrupu üzrə:

Coğrafiya müəllimliyi – 1800 manat (dəyişməyib)
Tarix və coğrafiya müəllimliyi – 2000 manat (dəyişməyib)

III ixtisas qrupu üzrə:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 2000 manat (dəyişməyib)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 2000 manat (dəyişməyib)
Xarici dil müəllimliyi (rus dili üzrə) – 1600 manat (dəyişməyib)
Xarici dil müəllimliyi (alman dili üzrə) – 1600 manat (dəyişməyib)
Xarici dil müəllimliyi (fransız dili üzrə) – 1300 manat (dəyişməyib)
Məktəbəqədər təhsil – 1800 manat (dəyişməyib)
Təhsildə sosial-psixoloji xidmət – 1800 manat (dəyişməyib)
Tarix müəllimliyi – 2000 manat (dəyişməyib)

İbtidai sinif müəllimliyi ixtisası ləğv olunub. 
IV ixtisas qrupu üzrə:

Biologiya müəllimliyi – 1500 manat (dəyişməyib)
Kimya müəllimliyi – 1000 manat (dəyişməyib)
Kimya və biologiya müəllimliyi – 1800 manat (dəyişməyib)

V ixtisas qrupu üzrə:

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi – 2000 manat (300 manat bahalaşıb)
Musiqi müəllimliyi – 2000 manat (200 manat bahalaşıb)
Təsviri incəsənət müəllimliyi – 2000 manat (200 manat bahalaşıb)

Sumqayıt Dövlət Universiteti

I ixtisas qrupu üzrə:

Fizika müəllimliyi – 1800 manat (300 manat artıb)
İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi – 1800 manat (300 manat artıb)
Riyaziyyat müəllimliyi – 1800 manat (300 manat artıb)
Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) – 1800 manat (300 manat artıb)

II ixtisas qrupu üzrə:

Tarix və coğrafiya müəllimliyi – 1800 manat (100 manat artıb)

III ixtisas qrupu üzrə:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 1800 manat (dəyişməyib)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 2000 manat (200 manat artıb)
Tarix müəllimliyi – 1800 manat (100 manat artıb)
Məktəbəqədər təhsil – 1800 manat (300 manat artıb)
Təhsildə sosial-psixoloji xidmət – 1800 manat (300 manat artıb)
İbtidai sinif müəllimliyi – 1800 manat (100 manat artıb)

“Korreksiyaedici təlim” ixtisası “Xüsusi pedaqogika” ixztisası ilə əvəz edilib.

IV ixtisas qrupu üzrə:

Biologiya müəllimliyi – 1800 manat (300 manat bahalaşıb)
Kimya müəllimliyi – 1800 manat (300 manat bahalaşıb)
Kimya və biologiya müəllimliyi – 1800 manat (dəyişməyib)
Kimya müəllimliyi (tədris ingilis dilində) – 1800 manat (300 manat bahalaşıb)

V ixtisas qrupu üzrə:

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi – 1800 manat (300 manat bahalaşıb)

Mingəçevir Dövlət Universiteti

I ixtisas qrupu üzrə:

Fizika müəllimliyi – 1600 manat (100 manat bahalaşıb)
İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi – 1600 manat (100 manat bahalaşıb)
Riyaziyyat müəllimliyi – 1600 manat (100 manat bahalaşıb)
Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi – 1600 manat (100 manat bahalaşıb)

III ixtisas qrupu üzrə:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 1600 manat (100 manat artıb)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 1600 manat (100 manat artıb)
Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı üzrə) – 1600 manat (100 manat artıb)
Tarix müəllimliyi – 1600 manat (100 manat artıb)
Məktəbəqədər təhsil – 1600 manat (100 manat artıb)
Təhsildə sosial-psixoloji xidmət – 1600 manat (100 manat artıb)
İbtidai sinif müəllimliyi – 1600 manat (100 manat artıb)

IV ixtisas qrupu üzrə:

Kimya və biologiya müəllimliyi – 1600 manat (100 manat artıb)

Kimya müəllimliyi ixtisası ləğv edilib.

Lənkəran Dövlət Universiteti

I ixtisas qrupu üzrə:

Fizika müəllimliyi – 1800 manat (200 manat bahalaşıb)
Riyaziyyat müəllimliyi – 1800 manat (200 manat bahalaşıb)
Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi – 1700 manat (100 manat bahalaşıb)
Texnologiya müəllimliyi – 1700 manat (100 manat bahalaşıb)

II ixtisas qrupu üzrə:

Coğrafiya müəllimliyi – 1800 manat (200 manat artıb)
Tarix və coğrafiya müəllimliyi – 1700 manat (100 manat artıb)

III ixtisas qrupu üzrə:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 1900 manat (200 manat artıb)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 2000 manat (200 manat artıb)
Tarix müəllimliyi – 2000 manat (200 manat artıb)
Məktəbəqədər təhsil – 1800 manat (100 manat artıb)
Təhsildə sosial-psixoloji xidmət – 1800 manat (200 manat artıb)

İbtidai sinif müəllimliyi ixtisası ləğv edilib.

IV ixtisas qrupu üzrə:

Kimya və biologiya müəllimliyi – 1700 manat (100 manat artıb)

V ixtisas qrupu üzrə:

Musiqi müəllimliyi – 1800 manat (200 manat bahalaşıb)
Təsviri incəsənət müəllimliyi – 1800 manat (200 manat bahalaşıb)

“Kimya müəllimliyi” və “Biologiya müəllimliyi” ixtisasları ləğv olunub.

Xəzər Universiteti

I ixtisas qrupu üzrə:

Fizika müəllimliyi – 4000 manat (dəyişməyib)
Riyaziyyat və informatika müəllimliyi – 4000 manat (dəyişməyib)

II ixtisas qrupu üzrə:

Coğrafiya müəllimliyi – 4000 manat (dəyişməyib)
Tarix və coğrafiya müəllimliyi – 4000 manat (dəyişməyib)

III ixtisas qrupu üzrə:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 4000 manat (dəyişməyib)
İbtidai sinif müəllimliyi – 4000 manat (dəyişməyib)
Tarix müəllimliyi – 4000 manat (dəyişməyib)
İbtidai sinif müəllimliyi (tədris ingilis dilində) – 4000 manat (dəyişməyib)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 4000 manat (dəyişməyib)

IV ixtisas qrupu üzrə:

Biologiya müəllimliyi – 4000 manat (dəyişməyib)
Kimya və biologiya müəllimliyi – 4000 manat (dəyişməyib)

V ixtisas qrupu üzrə:

Təsviri incəsənət müəllimliyi – 4000 manat (dəyişməyib)

Kimya müəllimliyi ixtisası ləğv edilib.

Bakı Qızlar Universiteti

I ixtisas qrupu üzrə:

Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi – 2200 manat (dəyişməyib)

II ixtisas qrupu üzrə:

Coğrafiya müəllimliyi – 2400 manat (200 manat artıb)

III ixtisas qrupu üzrə:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 2400 manat (dəyişməyib)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 2500 manat (dəyişməyib)
Məktəbəqədər təhsil – 2000 manat (dəyişməyib)
Tarix müəllimliyi – 2400 manat (dəyişməyib)
Təhsildə sosial-psixoloji xidmət – 2000 manat (dəyişməyib)

Odlar Yurdu Universiteti

III ixtisas qrupu üzrə:

Məktəbəqədər təhsil – 3000 manat (dəyişməyib)
Təhsildə sosial-psixoloji xidmət – 3000 manat (dəyişməyib)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 3500 manat (dəyişməyib)

İbtidai sinif müəllimliyi ixtisası ləğv olunub.

Azərbaycan Dillər Universiteti

III ixtisas qrupu üzrə:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 2000 manat (dəyişməyib)
Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı üzrə) – 2700 manat (dəyişməyib)
Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı üzrə) – 1700 manat (dəyişməyib)
Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı üzrə) – 1700 manat (dəyişməyib)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 2700 manat
Xarici dil müəllimliyi (alman dili üzrə) – 1700 manat
Xarici dil müəllimliyi (fransız dili üzrə) – 1700 manat
Xüsusi pedaqogika – 2000 manat (Korreksiyaedici təlim ixtisasının yerində yaradılıb. Bu ixtisasın ötən il təhsi haqqı 1700 manat olmuşdu)
Təhsildə sosial-psixoloji xidmət – 2000 manat (300 manat bahalaşıb)
Məktəbəqədər təhsil (tədris ingilis dilində) – 2000 manat (300 manat bahalaşıb)

Azərbaycan Dillər Universitetində “İbtidai sinif müəllimliyi (tədris ingilis dilində)” ixtisası ləğv edilib.

Bakı Slavyan Universiteti

III ixtisas qrupu üzrə:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 2000 manat (100 manat artıb)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 2000 manat (dəyişməyib)
Xarici dil müəllimliyi (rus dili üzrə) – 2000 manat (200 manat artıb)
Xarici dil müəllimliyi (alman dili üzrə) – 1700 manat (dəyişməyib)
Xarici dil müəllimliyi (fransız dili üzrə) – 1700 manat (dəyişməyib)
İbtidai sinif müəllimliyi – 2000 manat (dəyişməyib)
Məktəbəqədər təhsil – 2000 manat (dəyişməyib)
Təhsildə sosial-psioxoloji xidmət – 1800 manat (dəyişməyib)

“Korreksiyaedici təlim” ixtisasının yerində "Xüsusi pedaqogika” ixtisası yaradılıb.

Azərbaycan Kooperasiya Universiteti

III ixtisas qrupu üzrə:

Təhsildə sosial-psixoloji xidmət – 2500 manat (200 manat artıb)

Azərbaycan Universiteti

III ixtisas qrupu üzrə: 

Təhsildə sosial-psixoloji xidmət – 2700 (dəyişməyib)

“Korreksiyaedici təlim” ixtisasının əvəzinə “Xüsusi pedaqogika” ixtisası yaradılıb.

Qərbi Kaspi Universiteti

III ixtisas qrupu üzrə:

Təhsildə sosial-psixoloji xidmət – 3000 (dəyişməyib)

Bakı Musiqi Akademiyası

V ixtisas qrupu üzrə:

Musiqi müəllimliyi – 2500 manat (dəyişməyib)

Azərbaycan Milli Konservatoriyası

V ixtisas qrupu üzrə:

Musiqi müəllimliyi – 2000 manat (dəyişməyib)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

V ixtisas qrupu üzrə:

Musiqi müəllimliyi – 2000 manat (dəyişməyib)
Təsviri incəsənət müəllimliyi – 2000 manat (dəyişməyib)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

V ixtisas qrupu üzrə:

Təsviri incəsənət müəllimliyi – 2300 manat (dəyişməyib)

Azərbaycan İdman Akademiyası

V ixtisas qrupu üzrə:

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi – 2500 manat (300 manat bahalaşıb)

Təhlil onu deməyə əsas verir ki, 2024–2025-ci tədris ili üzrə pedaqoji ixtisasların illik təhsil haqlarında əksər ali təhsil müəssisələrində artım müşahidə olunur. Ən çox qiymət artımı 100–300 manat intervalında dəyişir və xüsusilə Sumqayıt, Lənkəran, Mingəçevir, Gəncə və Bakı Dövlət Universitetlərindədir. Bakı Dövlət Universitetinin Qazax, ADPU-nun Şamaxı, Ağcabədi, Quba və Şəki kimi region filiallarında isə qiymətlər əsasən sabit qalıb. Ödənişlər baxımından ən yüksək məbləğlər Xəzər Universitetində (4000 manat), ən aşağısı isə bəzi regional filiallarda (1000–1500 manat) qeydə alınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Avqust 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see201

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see185

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see178

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see161

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see145

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see142

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see131

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see130

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see129

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see129

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see129

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see127

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see126

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see124

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see124

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri