Icma.az
close
up
RU
Özəl məktəblərin təhsil haqları nə qədərdir? Yeni qiymətlər 2025

Özəl məktəblərin təhsil haqları nə qədərdir? Yeni qiymətlər 2025

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Təhsil gələcək həyatımızın təməlidir, desək doğru olar. Keyfiyyətli təhsil üçün isə yaxşı bir məktəb seçmək lazımdır.

Azərbaycanda təhsil almaq üçün kifayət qədər dövlət və özəl məktəblər var. Dövlət məktəblərində təhsil pulsuzdur. Ödənişli təhsil verən lisey və məktəblərdə isə qiymətlər məktəbdəki tədris dilinə, məktəbin yerləşdiyi ünvana, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma, məşğələlər, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə fərqlənir.

Azərbaycanda özəl məktəblərə müraciət edən valideynlər dərsin keyfiyyətinin daha yüksək olduğunu qeyd edirlər. Bu səbəblə də özəl məktəbləri seçdiklərini bildirirlər. Ölkədə fəaliyyət göstərən bəzi özəl məktəblərdə tədris yalnız ingilis dilində keçirilir. Həmin məktəblərin illik təhsil haqqı daha yüksəkdir. Ümumiyyətlə, təhsil haqqı ibtidai siniflərdə və Azərbaycan bölməsində daha aşağıdır. Yuxarı siniflərdə və xarici bölmələrdə isə təhsil haqqı yüksəkdir. Təhsil haqqına təsir edən faktorlardan biri də məktəbin yerləşdiyi ünvandır. Mərkəzə yaxın olan yerlərdə qiymət məktəbin digər filiallarına nisbətən bahalıdır. 

Bəzi məktəblərdən 1 evdən 1 uşaqdan daha çox şagird gələrsə, hər iki uşağa endirim edilir.

Azərbaycandakı özəl məktəblərdə illik təhsil haqqı 2 500-55 000 manat arasında dəyişir. Qiymət təshilin ibtidai, orta və ya tam olmasından asılı olaraq fərqlənir. Bir neçə məktəbdə isə illik təhsil haqqı standartdır. Yəni, həmin məktəblərdə 1-ci sinifdən 11-ci sinifə qədər qiymət eynidir.

Artıq məktəblərdə 2025-26-ci tədris ilinə qeydiyyat başlayıb. Bu il qiymətlər necədir? Hansı özəl məktəblərin qiymətləri daha münasibdir?

Banco.az hər il olduğu kimi bu dəfə də məktəblərdə qiymətləri araşdırıb. Məktəblərin qiymətində 300-500, hətta bir neçəsində 1 000 manata kimi artım var. Bəzi məktəblərin qiyməti isə ötən il olduğu kimi qalıb. Qiymət cədvəli ilə infoqrafikdən tanış ola bilərsiniz (Ötən ilki qiymətlər). 

Araşdırdığımız məktəblər bunlardır: Bakı Atatürk Liseyi, Simurq Liseyi, Hədəf Liseyi, Western School, Müasir İnnovasiyalar Liseyi, Landau School, Yaşam Beynəlxalq Məktəbi, Bakı Beynəlxalq Təhsil Kompleksi, Kaspi Liseyi, Ada School, Bakı İstanbul Liseyi, Evrika Liseyi, Erudit Liseyi, Maarif Məktəbləri, İdrak Liseyi, Dünya Məktəbi, Avropa Azərbaycan Məktəbi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Britaniya Məktəbi , Sabis Sun International School, Sabah School, Oxbridge Academy Baku, Bakı Oxford Məktəbi, Müasir Təhsil Kompleksi, Azərbaycan Britaniya Kolleci, Azərbaycan Beynəlxalq Məktəbi və Bakı Modern Təhsil Kompleksi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:457
embedMənbə:https://banco.az
archiveBu xəbər 04 İyun 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri