Icma.az
close
up
RU
Müəyyən bir nöqtədə texnikaları qoyurlar, şəkil çəkdirirlər bununla da işlərini bitmiş hesab edirlər AÇIQLAMA

Müəyyən bir nöqtədə texnikaları qoyurlar, şəkil çəkdirirlər bununla da işlərini bitmiş hesab edirlər AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu qarlı havalarda, yollarda yaranan vəziyyət hamımızı narahat edir. Həqiqətən də qurumların yenə də qara hazırlıqsız olduğunu biz gördük”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert  Elməddin Muradov bildirib.
Ekspert qeyd edib ki, bəzi yollarda təmizlik işləri vaxtında aparıldığı halda, bu il yəqin ki, qar ciddi olaraq nəzərə alınmayıb:
“Ümumiyyətlə, həmin küçələrə köməkçi texnika göndərilməyib ki, vaxtında bu prosesə müdaxilə edilsin. Ona görə fikirləşirəm ki, bu qurumlar qarı ciddi olaraq, nəzərə almayıblar və yaxud da edilən xəbərdarlıqları anlamayıblar. Bu vəziyyət belə bir formada üzə çıxdı”.
Ekspert onu da vurğulayıb ki, təəssüf doğuran hal odur ki, hər il eyni vəziyyət təkrarlanır:
“Payız mövsümünün sonlarında texnikalarını nümayiş etdirirlər ki, hazırıq. Qarla mübarizə bu səviyyədə aparılacaq. Amma Bakıya hələ güclü qar yağmayıb. Bakının bir çox nöqtələri var ki, hazırda yolda  qar yoxdur. Amma müəyyən bir hissələrində yağıb, onu da qarşısına ala bilmirlər. Nə qədər hadisə oldu. Kənar dairəvi yolda bir-iki saat ərzində yollar buz bağladı və nə qədər qəzanın şahidi olduq. Dəhşətli hal budur ki, hazırlıqsız görünürlər. Niyə hər il eyni vəziyyət təkrar olunur? Bunlar bilmir ki, hansı nöqtələr buz bağlayır və hansı nöqtələrə qüvvə, kömək lazımdır?  Bunu çox yaxşı bilirlər. Sadəcə, məsuliyyətsizdirlər. Müəyyən bir nöqtədə texnikaları qoyurlar, şəkil çəkdirirlər, paylaşırlar və bununla da işlərini bitmiş hesab edirlər. Məsuliyyətsizlik hər il davam edir. İnsanlar bununla əziyyət çəkir, ziyan çəkir. Amma hamısı bir ağızdan deyir ki, bütün texnikalarımız, bütün avadanlıqlarımız, bütün işçilərimiz küçələrdədir, xidmət aparırlar. Onda belə çıxır ki, ya vətəndaş, ya da qurum yalançıdır. Amma təcrübə sübut edir ki, qurumlar yalan danışmaqla məşğuldur”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Fevral 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri