Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

“Kitabımı oxumayıb mənimlə şəkil çəkdirirlər, belə getsə kitab oğurlayacam” Kitab qiymətləri niyə “od tutub, yanır”? ARAŞDIRMA+ÖZƏL

“Kitabımı oxumayıb mənimlə şəkil çəkdirirlər, belə getsə kitab oğurlayacam” Kitab qiymətləri niyə “od tutub, yanır”? ARAŞDIRMA+ÖZƏL

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycanda kitab qiymətləri heç də ucuz deyil. Elə buna görədir ki, bir insan kitabı oxuyandan sonra digər dostlarına vermək məcburiyyətində qalır. Çünki qiymət bahalığına görə onlar yeni kitablar ala bilmirlər. Moderator.az əməkdaşı mövzunu araşdırmaq üçün bir neçə kitab mağazası ilə əlaqə saxlayıb. Apardığımız sorğudan belə nəticəyə gəlmək olar ki, kitab mağazalarında həqiqətən də qiymətlər “od tutub, yanır”. Böyüklər üçün kitabların qiymət 10-12 manat arasında, uşaqlar üçün isə 4-5 manatdan 7-8 manata qədər dəyişir. Psixologiya və inglis dili öyrənmək üçün satılan kitabların qiyməti isə 20 manatdan yuxarıdır. Qiymət bahalığına görə əksər oxucular dünya ədəbiyyatından əsərləri Türkiyədən sifarişlə gətizdirirlər. Bu zaman isə qiymət nisbətən ucuz başa gəlir.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Moderator.az-a açıqlamasında kitab qiymətlərinin bahalığından və Kitab sərgisi çərçivəsində satılan kitablardan danışıb:

“Mən 11-ci Kitab Sərgisində gedib iştirak etməmişəm. Yalnız yazıçı Elçinə aid bir tədbir oldu, o zaman gedib iştirak etdim. Sərgidən xəbərim yoxdur. Məncə bu kimi festivalların, sərgilərin təsiri çox olur. Olmasa hərhalda bu qədər xərc çəkib sərgi keçirməzlər. O ki, qaldı kitabların qiymətinin baha olmasına... Təki kitab oxusunlar. Diqqətli oxucu azalıb. Həmin pulu o qədər yerlərə xərcləyirlər ki, kitaba versələr daha yaxşı olar. Əgər insanlar kitabların qiymətinin baha olmasından şikayətlənirlərsə, təki qiymətləri onlar üçün ucuzlaşdırsınlar. Mənim bu mövzu haqqında heç bir təklifim yoxdur. Yazıçılar Birliyinin o qədər dərdi var ki, bununla da məşğul olmalıdırlar? Bu ticarətin, nəşriyyatların problemidir. Onlar kitab çap edirlərsə, onun xərcini çıxarmalıdırlar. Sovet illərində havayı kitab buraxırdılar. Satılsa da, satılmasa da. İndi bazar iqtisadiyyatı dövrüdür. Yüz dəfə müraciət edib, bununla bağlı təkliflər versən də heç bir mənası yoxdur. Bizim vaxtımızda hamı kitab oxuyurdu, qiymətinə fikir vermirdilər. İndi oxucuları şəkil çəkdirənlər əvəz ediblər. Mən sərgiyə getdim, hər tərəfdən üstümə töküldülər ki, şəkil çəkdirsinlər. Mənim kitabımı oxumayan adamlar niyə mənimlə şəkil çəkdirirlər bunu anlamıram?! Mənə lazımdır ki, oxucum var. Yoxsa mənimlə şəkil çəkdirib sosial şəbəkəyə qoymağın bir mənası yoxdur” deyə Anar bildirib.

AYB-nin üzvü, yazıçı, Mingəçevir Dövlət Dram Teatrının ədəbi hissə müdiri Elçin Məhərrəm saytımıza açıqlamasında bildirib ki,kitabların qiymətinin baha olması onu da narahat edən əsas məsələlərdən biridir:

“Mən özümü hələ yaxşı yazıçı, dramaturq adlandırmasam da, yaxşı oxucu adlandıra bilərəm. Özümün şəxsi kitabxanam var. Hər ay bu kitabxanaya mütləq və mütləq yeni kitab əlavə edilməlidir. Əvvələr aldığım maaşla ayda 4-5 kitab alırdımsa, indi bu say azalıb. Belə getsə məcbur olub, kitabxanalardan oğurlayacam. Onsuz da kitab oxuyan azdır, bu azlığın əlində olan imkanları da məhdudlaşdırmaq olmaz. Məncə kitablarla bağlı qiymət artımına nəzarət edən ayrıca qurum yaradılsa pis olmaz” deyə o bildirib.

Gənc yazıçı klassik və müasir xarici müəlliflərin əsərlərini öz dilimizdə tapa bilmədiyini bildirib:

“Xarici müəllifləri öz dilimdə oxumaq istəyirəm, çünki bədii mətni təhlil edəcək qədər xaric dil bilgilərinə sahib olmadığım üçün buna məcburam. Yəni istəmək yox, məcburiyyət demək daha doğru olar. Amma dilimizdə istədiyim müəllifin əsərini tapmaqda çətinlik çəkirəm. Misal üçün, mən bu yaxınlarda yazıçı, dramaturq M.Bulqakovun "Teatral roman" ( bəzi mənbələrdə "Bir ölünün qeydləri") əsərini öz dilimizdə axtardım, amma tapa bilmədim. Bulqakovun bəhs etdiyi bir dramaturqun teatrda başına gələn absurd hadisələri, məkanın fərdi canından bezdirən distopik ab-havasını, senzuraları, teatrdaxili intriqaları oxumaq üçün əsərin türkçə tərcüməsinə müraciət etdim. Axı niyə sevimli Bulqakovun 1936-ci ildə yazdığı romanını 2025-ci ildə öz dilimizdə tərcüməsini tapmaqda çətinlik çəkirəm? Bəlkə də var, amma mən tapmadım. Məncə tərcüməçilərə yaxşıca qonorar verilsə, konkret bir plana tabe tutulsalar, onda dünyanı narahat edən mövzulardan da xəbərimiz daha tez olar. Bu günlərdə "Ölü xatirələr dükanı" adlı hekayələr və pyeslərdən ibarət kitabım çapdan çıxdı. 11- ci Beynəlxalq Kitab Sərgisində imza günü etdim. Bir imza gününü də 24 oktyabrda Mingəçevirdə edəcəm” deyə Elçin Məhərrəm bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see223

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see218

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see215

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see163

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see160

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see158

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see151

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri