Icma.az
close
up
RU
Müəyyən nəticə çıxarmışıq Millinin üzvü

Müəyyən nəticə çıxarmışıq Millinin üzvü

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AÇ-2026-nın əsas mərhələsində mübarizə aparacaq futzal üzrə Azərbaycan millisi dekabrın 17-də İsveçlə qarşılaşacaq. Komandamız dekabrın 9-dan təlim-məşq toplanışına yığışıb və hazırlığını davam etdirir. 

Faat.Az xəbər verir ki, millinin üzvü Nihad İsmayılov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında həm toplanışı dəyərləndirib, həm də rəqiblə bağlı fikirni bildirib:

“Hazırlığım yüksək səviyyədə davam edir. Məşq prosesi elə qurulub ki, həm taktiki, həm də fiziki hazırlığı yaxşılaşdırmaq baxımından tapşırıqlar verilir. Bilirik ki, bizi vacib oyunlar gözləyir. Çalışırıq ki, məşqdə daha çox tər tökək ki, oyunda bunun bəhrəsini görək. Hər kəs məsuliyyətini anlayır”.

Komandada əhval-ruhiyyənin yaxşı olduğunu deyən futzalçı İsveçin Yunanıstana qarşı keçirdiyi oyunu da izlədiklərini, rəqiblər haqda artıq müəyyən informasiyaya malik olduqlarını vurğulayıb: “Yer aldğımız qrupda mübarizəyə start verilib. İsveç doğma meydanda Yunanıstanı qəbul edib. Komanda şəklində izlədiyimiz bu görüşün favoriti skandinavlar hesab edilsə də, yekun bir qədər gözlənilməz olub. Meydan sahibləri oyunun əksər hissəsini hücumda keçirsə də, yunanların əks-hücumlarının qarşısını ala bilməyib.

İsveçin imkan tapdıqca uzaqdan qapı istiqamətinə zərbələr endirdiyinin şahidi olduq. Ümumiyyətlə, rəqibimizi məşqçilərimiz analiz edib, oyun zamanı nələrə diqqət edəcəyimizi də deyəcək. Özümüz də müəyyən nəticə çıxarmışıq. Doğma meydanda oynayacağıq. İstəyimiz həm azarkeşlərimizi sevindirmək, həm də rəsmi oyunlara uğurlu nəticə ilə start verməkdir. Azarkeşlərimizə səslənirəm, gəlin oyunu canlı izləyin, uğura doğru birgə addımlayaq”.

Qeyd edək ki, oyun dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da start götürəcək görüş "CBC Sport"la canlı yayımlanacaq. Azarkeşlər üçün zala giriş biletsiz olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://fanat.az
archiveBu xəbər 15 Dekabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri