Qarabağ la ilk qarşılaşmadakı səhvlərimizdən nəticə çıxarmışıq
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Tvente" UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk matçında buraxdığı səhvlərdən nəticə çıxarıb. Sport24.az xəbər verir ki, bunu Niderland təmsilçisinin futbolçusu Rud Neysdat Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.
O, beynəlxalq matçlarda qol imkanlarından düzgün istifadə etməyin vacibliyini vurğulayıb:
"Avropa futbolu daxili birincilikdən fərqlənir. Burada yaradılan hər bir qol imkanından maksimum yararlanmaq lazımdır. İlk qarşılaşmada müəyyən təcrübə qazandıq və səhvlərimizdən nəticə çıxardıq. Şəxsi inkişafım üçün də Avropa səviyyəsində oynamaq çox faydalıdır".
Yarımmüdafiəçi ilk oyundakı epizodları da dəyərləndirib:
"Həmin an bir az səbirsiz davrandım və topu tez ötürməyə çalışdım. Oyun bitdikdən sonra baş məşqçi mənə tövsiyələrini verdi və nəyi daha yaxşı edə biləcəyimi izah etdi. Bu cür dəstək mənim üçün çox əhəmiyyətlidir. Cavab matçında komandaya daha çox fayda verməyə çalışacağam".
Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 26 Avqust 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















