Icma.az
close
up
RU
Muğam müsabiqəsində qalmaqal: Narazılıqlar nədən qaynaqlanır?

Muğam müsabiqəsində qalmaqal: Narazılıqlar nədən qaynaqlanır?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, 25 avqustda Laçında keçirilən IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin nəticələri müzakirələrə səbəb olub.

Belə ki, bəzi iştirakçılar sosial media hesablarında münsiflərin qiymətləndirməsində ədalətsizlik olduğunu bildirərək narazılıqlarını ifadə ediblər.

Qalmaqallı şəkildə müsabiqəni tərk edən Kənan Novruzovdan sonra, müsabiqənin əvvəlki buraxılışlarında iştirak edən müğənni Nişanə Baxışova da onun yerinin satıldığını iddia edib.

Bəs münsiflərin lazımi şəxslərə qiymət verməməsi qeyri-peşəkarlıq hesab oluna bilərmi? Ümumiyyətlə, narazılığa səbəb olan amillər nələrdir?

“Cebheinfo.az”-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova müsabiqə ilə bağlı şərh vermək istəmədiyini qeyd edib:

“Mən o barədə danışmaq istəmirəm. Heydər Əliyev Fondu 3 yer ayırmışdı və müəyyən ifaçılara verildi, bu qədər”.

Sosial şəbəkələrdə yayılan iddialara görə, münsiflər yalnız öz tələbələrinə üstünlük verirlər və seçimlərdə bəzi bölgələrdən olan ifaçılara (ağdamlı ifaçılara) daha çox şans tanındığı deyilir.

Nəzakət Teymurova bu iddialara belə münasibət bildirib:

“Deyirlər də… Orada biri bakılı, biri şamaxılı, biri zəngilanlıdır. Orada ağdamlı var? Ağdamlı ikinci həftə çıxdı getdi. Kimsə uğursuzluğunu onun-bunun üstünə atmasın. İştirakçılar güclü oxuyurdular, keçərdilər”.

Qeyd edək ki, 8-16 yaşında yeniyetmələr arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq görülüb.

16-30 yaşında gənclər arasında müsabiqədə birinci yerə Aytac Bəybalayeva, ikinci yerə Nərmin Mirzəyeva, üçüncü yerə isə Rəis Niftəliyev seçilibdir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri