Icma.az
close
up
RU
Muğam müsabiqəsində qalmaqal: Onlara yazığım gəlir! Nə baş verir?

Muğam müsabiqəsində qalmaqal: Onlara yazığım gəlir! Nə baş verir?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Laçında keçirilən IX “Muğam” müsabiqəsinin finalında yaşanan qalmaqal müzakirə obyektinə çevrilib. Belə ki, bəzi iştirakçılar yekun nəticələrdə haqsızlıq olduğunu bildirib. Hətta müsabiqənin final mərhələsinə vəsiqə qazanan Kənan Novruzov ona təqdim olunan diplomu qəbul etməyib.

Sitat: “Bütün xalq görsün ki, necə böyük haqsızlıq var muğam sənətində. Susmayaq”.

Qeyd edək ki, müsabiqədə 3 azyaşlılardan, 3 finalçılardan qalib seçilib. Digər ifaçılara isə diplomlar verilib.

Əsas haqsızlıq nədən ibarətdir? Müsabiqədə nə baş verib?

Globalinfo.az-a danışan iştirakçı Kənan Novruzov deyib ki, diplomat kimi təqdim olunduğuna görə mükafatı qəbul etməyib:

“7 nəfər finalda idik. Lakin bizi müsabiqənin finalında ilk həftədən çıxan iştirakçıların sırasında – diplomat kimi təqdim etdilər. Ona görə də verilən diplomu qəbul etmədim. Finalçı olaraq mənə layiqli yer verilməyib. İştirak edən hər kəs mənim üçün dəyərlidir, kiminsə adını çəkə bilmirəm ki, bu layiq idi, bu yox. Etirazım odur ki, biz diplomat səviyyəsində deyildik, 3 ay əziyyət çəkmişdik. Bizi xalq bəyənirdi, ifalarımız da göz önündədir”.

Digər narazı iştirakçı Aycan Şükürlü də haqsızlıq olunduğunu hesab edir:

“Münsiflər bütün müsabiqə boyu mənə yüksək bal verir və heç bir irad bildirmirdilər. Aşağı bal almadan məni yüksək göstərici ilə finala qədər gətirib diplomatlar sırasında gördülər. Bu, haqsızlıqdır. Mən həqiqətən üç yerdən birinə layiq idim. Yaşananlarla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışam”.

Müsabiqədə birinci yeri qazanan Aytac Bəybalayeva isə bildirib ki, münsiflərin qərarına hörmətlə yanaşır:

“Münsiflərin qərarı barədə bir söz deməyə haqqım yoxdur. Sadəcə müsabiqədə yer qazana bilməyib qaliblərin əleyhinə rəy yaradan insanlara yazığım gəlir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri