Icma.az
close
up
RU
Muğan torpağı bol taxıl yetişdirib

Muğan torpağı bol taxıl yetişdirib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkəmizdə tarixən məhsuldarlığı ilə seçilən Sabirabad rayonunda 2025-ci ilin 9 ayı ərzində əvvəlki illərlə müqayisədə bol məhsul toplanıb. Ümumilikdə rayonda 10 min 904 hektar sahədə buğda, ümumi əkinin 46,36 faizə qədər arpa əkinləri aparılmışdır.

Sabirabad DAİM-in bitkiçilik sektorunun müdiri Məhəmməd Məmmədov bildirdi ki, buğda sahəsinin hər hektarından 47,2 sentner olmaqla 51,3 min ton məhsul götürülüb. Bu da orta respublika göstəricisindən xeyli çoxdur. 9 min 385 arpa sahəsinin hər hektarından isə orta hesabla 39,4 sentner olmaqla 36 min 984,9 ton məhsul toplanıb.

Aqrar sahədə son 20 ildə aparılmış islahatlar pambıq istehsalında da müsbət dəyişiklərə səbəb olmuşdur. Əməli işlərin praktikası göstərir ki, kənd təsərrüfatı bitkilərinin istehsalı prosesinin bütün mərhələlərində təchizatdan tutmuş hazır məhsulun tədarükünə və satışına qədər heç bir ciddi problem qalmamışdır.

Qeyd olundu ki, «Aqrolizinq» ASC-nin Sabirabad Regional Nümayəndəliyinin və özəl sahədə fəaliyyət göstərən sahibkarların istifadələrində olan 220 ədəd traktor, 45 ədəd səpin texnikası, 75 ədəd ağır mala, 550 ədəd yüngül mala vasitələrindən istifadə edilmişdir.

Uzun illər əkinçiliklə məşğul olan “Miri” fermer təsərrüfatı yüksək məhsuldarlığı ilə rayonda böyük nüfuz qazanıb.

Təsərrüfatın rəhbəri Anar Balaseyid oğlu Əhmədov ilə həmsöhmət olduq. O, kollektivin qazandığı uğurların ilbəil yüksəldiyinə toxunaraq dedi:

– Təsərrüfatı böyük əkinçilik təcrübəsi olan atam 1999-cu ildə yaradıb. Pambıqçılıq, taxılçılıq, sonradan isə maldarlıqla məşğuluq. Bir müddət atam işlədikdən sonra 20 ilə yaxındır təsərrüfata mən rəhbərlik edirəm. Maldarlığı da əlavə etməklə işimizi xeyli genişləndirmişəm. Hər il 50 sentnerdən çox pambıq toplayaraq təhvil verirəm. 50 hektar sahədə pambıq əkirəm və təcrübəm artdığından bol məhsul toplaya bilirəm. Bu il əvvəlki illərə nisbətən məhsuldarlıq yaxşı oldu, hər hektardan 53 sentner toplamışam.

30 hektar ərazidə taxıl əkən fermer iri və xırdabuynuzlu heyvanların sayını da durmadan artırır. Zəhmətkeşliyi və işgüzarlığı ilə seçilən Anar Əhmədov “Tərəqqi” medalı ilə təltif olunmasını əməyinə dövlətin yüksək qiyməti kimi dəyərləndirir. Fermer təsərrüfatını genişləndirmək və bol məhsul toplamaq üçün əzmlə çalışır.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri