Icma.az
close
up
RU
Taxıl bol olarsa...

Taxıl bol olarsa...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan həm buğda idxalının coğrafiyasını dəyişir, həm də yerli istehsalı stimullaşdırır

Ərzaq təhlükəsizliyi üçün yeni strategiya

Son aylarda dünya ərzaq bazarında buğdanın qiymət tariflərində dəyişikliklər müşahidə edilməkdədir. Qlobal iqlim dəyişiklikləri, regional münaqişələr, logistik xərclərin artması və ixrac siyasətlərindəki dalğalanmalar taxıl bazarına da öz təsirlərini göstərir. Ukrayna və Rusiya arasında davam edən müharibə taxılın daşınma-logistika xərclərinin artmasına daha çox təsir edir. Həmçinin, dünya taxıl bazarında əsas tədarükçü ölkələrdən biri olan Ukraynanın taxıl əkini sahələrində problemlərin yaranması, daşınma infrastrukturlarında çətinliklər, ələlxüsus da, dəniz nəqliyyatının məhdudlaşması səbəbindən daşınmaların quru yolları ilə aparılması əlavə xərclər yaradır.

Rusiyanın taxıl bazarında payı azalır

Dünya taxıl tədarükündə əsas təchizatçılardan biri olan Rusiya hökumətinin sərt qiymət siyasəti də bazarda dalğalanmaları şiddətləndirir. Moskva son illərdə partyorlarına qarşı rüsumlar tətbiq etməklə idxalın xərc dəyərini artrırır. 2021-ci il iyunun 2-dən etibarən bu ölkənin buğda, qarğıdalı və arpa üçün “taxıl dempferi” (üzən rüsum) adlı mexanizmini tətbiq etməsi buğdanın satış qiymətlərində artımlara səbəb olub. Bu rüsumlar dünya bazar qiymətlərini son 4 ildə 40 faizdən çox bahalaşdırıb. Rusiya hökuməti taxıl ixracına rüsumu növbəti ildə də ləğv etmək niyyətində deyil və üstəlik, dövlət büdcəsində rüsumlardan əlavə gəlirlərin əldə olunması gözlənilir. Xatırladaq ki, Rusiya ildə təxminən 85 milyon ton buğda istehsal edir ki, onun da 35 milyon tonunu ixraca yönəldir. Qiymətlərin bahalaşması isə bu ölkənin ixrac göstəricilərinə mənfi təsir göstərir. Cari ilin avqust ayının ilk yarısında Rusiyadan xarici ölkələrə cəmi 1,3 milyon ton buğda ixrac olunub. Ötən ilin eyni dövründə isə bu rəqəm 5,6 milyon ton olub. Bu, bazar payının əldən verilməsi riskinin artdığını göstərir.

Bu tendensiya MDB bazarlarında idxalın coğrafiyasında dəyişkənliklərin baş verməsini də şərtləndirməkdədir. Bir neçə il əvvələ qədər idxal zənbilində əsas yeri Rusiya tuturdusa, hazırda balans tədricən digər ölkələrlə əvəzlənməkdədir. Rus taxılını əvəz edəcək əsas mənbə Ukraynadır. Ukraynanın üzləşdiyi müharibə ölkənin taxılçılıq təsərüfatına ciddi itkilər verdiyindən qlobal bazara çıxarılan taxıl məhsullarının həcmi kəskin aşağı düşüb. Ancaq bazar konyukturasında digər ölkələrin payında artım hiss olunur. Bu, Azərbaycanın idxal portfelində də açıq-aşkar hiss olunur.

Ölkəmizin buğda ilə özünütəminetmə səviyyəsi 59 faiz təşkil edir

Xatırlatma üçün qeyd edək ki, Azərbaycanın öz tələbatını ödəyəcək həcmdə buğda yetişdirmək üçün kifayət qədər ərazisi yoxdur. Məsələn, hazırda ölkədə orta hesabla 650 min ha sahədə 31,4 sent./ha məhsuldarlıqla təqribən 2 milyon ton həcmində buğda istehsal olunur, məhsulun təxminən 1,5 milyon tonu ərzaqlıq təminata yararlıdır. Ona görə də hər il orta hesabla 1,4 milyon həcmində buğda idxal olunur. Bununla da, ölkənin buğda ilə özünütəminetmə səviyyəsi orta hesabla 59 faiz təşkil edir.Tələbatın 40 faizi isə idxal hesabına ödənilir.

Azərbaycan üçün ənənəvi tədarükçü son bir ilə qədər Rusiya idi, ölkəmizə idxal olunan buğdanın təxminən 80 faizi Rusiyanın payına düşürdü. Son bir ildə isə Azərbaycanın buğda idxalında əsas diqqəti cəlb edən ölkə kimi Qazaxıstanın payı yüksəlməkdədir. Belə ki, 2025-ci ilin ilk yarısında Azərbaycana 602 min ton buğda gətirilib ki, məhsulun 541 tonu Qazaxıstanın payına düşür. Rusiyadan cəmi  61 min ton buğda idxal olunub. Eləcə də qardaş Türkiyədən 8,55 ton məhsul gətirilib.

İdxaldakı bu dəyişiklik həm qiymət amili və Qazaxıstan hökumətinin ixracatçıları üçün tətbiq etdiyi subsidiyaların nəticəsi kimi meydana çıxmaqla daha aktuallıq kəsb etməkdədir.

Qazaxıstan fəal qlobal taxıl ixracatçısına çevrilir

Qeyd edək ki, Qazaxıstan artıq bazarda dayanıqlı tədarükçü kimi mövqeyini xeyli yaxşılaşdırmaqla, Rusiya ilə ixrac rəqabətində ayaqlaşmağı bacarır. 2024-cü ilin sentyabrından 2025-ci ilin iyul ayına qədər Qazaxıstan xarici bazarlara ümumilikdə 12,4 milyon ton taxıl və un ixrac edib. Bu göstərici 2023-cü və 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur. Beynəlxalq Taxıl Şurasının (IGC) qiymətləndirmələrinə görə, cari mövsümdə Qazaxıstanda ümumi taxıl istehsalı 19,6 milyon ton, o cümlədən buğda istehsalı isə 15 milyon ton səviyyəsində gözlənilir. Avqustun 1-nə ölkədə 5,7 milyon ton taxıl ehtiyatı olub ki, bunun 4,8 milyon tonunu buğda, o cümlədən 4,4 milyon tonunu ərzaqlıq buğda təşkil edib. Bu ehtiyatlar qiymət dinamikasına birbaşa təsir göstərərək mövsümün əvvəlində bazarın sabit qalmasına imkan yaradır. Nəticədə, Azərbaycanın dayanıqlı tədarükçüsünə çevrilən bu ölkənin cari ilin payız-qış aylarında tələb olunna həcmlərdə məhsul ixracını yerinə yetirməsi mümkün olacaq.

Beləliklə, Rusiya buğdasının bahalaşması və ixrac həcmlərinin azalması fonunda Qazaxıstan daha çevik, rəqabətqabiliyyətli və yeni bazarlara açılan tərəfdaş kimi önə çıxır. Azərbaycanın idxal strukturundakı bu transformasiya ölkənin ərzaq təhlükəsizliyi və bazar sabitliyi baxımından mühüm strateji üstünlüklər qazandırır.

2035-ci ilə qədər özünütəminetmə səviyyəsi 100 faizə çatdırıla bilər

Hesablamalara əsasən, ölkəmizdə buğda əkini sahəsi 2030-cu ildə təqribən 700 min hektardan çox olacaq, eyni zamanda məhsuldarlığın müvafiq olaraq 33,2 sent./ha və 35 sent./ha çatacağı gözlənilir. Bu halda ölkədə buğda istehsalının həcmi 2030-cu ildə isə təqribən 2,5 milyon, idxalın həcmi isə təqribən 1 milyon ton olmaqla, özünütəminetmə səviyyəsi müvafiq olaraq 70 faizə çatmasına səbəb olacaq. Perspektiv dövr (2035-c? il) üzrə məhsuldarlıq səviyyəsi nəzərə alınmaqla ölkənin buğda ilə özünütəminetmə səviyyəsinin 100 faizə çatdırılması üçün təqribən 400 min hektar əkin sahəsi lazımdır. Bu mənbələr sırasında işğaldan azad edilmiş ərazilərdəki münbit əkin sahələri xüsusi önəm daşıyır. Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti buğda istehsalının stimullaşdırılması üçün məhsuldar sortlardan, gübrələrdən və pestisidlərdən istifadəni təşviq etmək, texnika ilə təminatı gücləndirmək niyyətindədir.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Sentyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see257

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see245

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see232

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see229

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see227

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see188

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see174

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see174

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see168

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see165

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see162

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see161

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see160

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see159

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see158

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see148

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see147

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see146

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see144

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri