Müğənni Sevda: 12 ev dəyişmişəm
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müğənni Sevda Əliqızı ailə həyatı ilə bağlı maraqlı məqamları bölüşüb.
Milli.Az xəbər verir ki, sənətçi 7 yaşlı nəvəsi Sevda ilə birlikdə "Qonaqcanlı" verilişinin qonağı olub.
Proqramda oğlu ilə münasibətindən danışan ifaçı onunla eyni evdə yaşamadığını bildirib. Sevda Əliqızı indiyədək 12 dəfə ev dəyişdiyini, bunun bir vaxtlar onun üçün adi haldan çox, marağa çevrildiyini söyləyib.
Müğənninin sözlərinə görə, əvvəllər ev alır, təmir etdirir, zövqünə uyğun şəkildə döşəyir, daha sonra isə sataraq başqa evə köçürdü. Hazırda isə oğlunun məsləhəti ilə aldığı evdə yaşadığını və daha köçmək fikrində olmadığını qeyd edib.
Sevda Əliqızı ailəsinin ona göstərdiyi qayğıdan da razılıqla danışıb. O, oğlunun və gəlininin onunla daim maraqlandığını vurğulayıb:
"Oğlum mənə çox yaxşı baxır. Gəlinim səhər oyanan kimi birinci gəlib halımı soruşur".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















