Icma.az
close
up
RU
“Müğənnilərin danışması düzgün deyil, çünki sabah diplomatik münasibətlər düzələndə...”

“Müğənnilərin danışması düzgün deyil, çünki sabah diplomatik münasibətlər düzələndə...”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Məni də dəfələrlə Rusiyada hicabımla bağlı gözlədiblər, çantamı yoxlayıblar, yəni çox incidiblər".

Bunu “Yeni Sabah”a Xuraman Şuşalı deyib.

O, AJB sədri Elçin Şıxlının "Müğənnilərimiz ümumiyyətlə Rusiyaya getməsin" təklifinə mənfi rəy bildirib: Pepperoni pizza

“Müğənnilərimiz və şəxsən mən siyasətdən uzağıq. Rusiyada yaşayan azərbaycanlıların toyuna gedirik. Onsuz da ruslar bizi toylarına dəvət etmirlər.

Biz daha çox qazanc üçün gedirik. Qorxan varsa, getməsin. Məni də dəfələrlə Rusiyada hicabımla bağlı gözlədiblər, çantamı yoxlayıblar, yəni çox incidiblər. Amma bunu videoya çəkib paylaşmamışam.

Bəzən Azərbaycana qayıdış zamanı da incidirlər, ona görə çalışmaq lazımdırhava limanına tez gedəsən”.

Aparıcı Tarix Əliyev (Tolik) də qeyd edib ki, müğənnilər siyasi məsələlərə qarışmasa yaxşıdır:

“Əslində, “müğənnilərimiz Rusiyaya getməsin” tövsiyəsi səhvdir. Çünki Rusiyada yaşayan soydaşlarımız var. Onlar, ailə qurur, övlad böyüdürlər. Həmin insanlar da, təbii ki, məclislərində azərbaycanlı müğənniləri görmək, onlardan zövq almaq istəyirlər.

Amma problem ondadır ki, son vaxtlar Rusiyaya gedən azərbaycanlılarla bağlı müəyyən çətinliklər yaranır. Özüm də may ayında Rusiyaya getmişdim və təsəvvür edin, hava limanında 2 saatdan çox saxladılar. Bunun səbəbi o deyildi ki, bizimlə xüsusi problem var. Sadəcə, bəzən təyyarədə olan 100-200 nəfərdən bir neçəsini yoxlayır, çox nadir hallarda isə deportasiya edirlər.

Hətta elə hallar olub ki, müğənnilərimiz 6 saata qədər orada qalıblar, amma sonda buraxılıb toylarına gedib oxuyublar. Məncə, bu məsələnin həlli dövlətin qərarından asılıdır. Müğənnilərin bu barədə açıq şəkildə danışması isə düzgün deyil, çünki sabah diplomatik münasibətlər düzələndə onların sözləri problem yarada bilər.

Ona görə də, müğənnilər siyasətə qarışmasalar, yalnız mahnı oxumaqla məşğul olsalar, daha yaxşı olar. Əsas odur ki, Rusiyada yaşayan soydaşlarımıza heç bir zərər dəyməsin. Onsuz da müğənnilərimiz ora getməsələr belə, buradakı tədbirlərdən pul qazana bilirlər”.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Avqust 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri