Icma.az
close
up
RU
Mühacirətdə fikir və missiya: seçim, yoxsa zərurət

Mühacirətdə fikir və missiya: seçim, yoxsa zərurət

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 fevral, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli dövlət, siyasi və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Varşava Universitetinin müəllimi, Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri Şəhla Kazımovanın “Mühacirətdə - fikir və missiya: seçim, yoxsa zərurət?” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə 1922-ci ildə aparılan siyasi müzakirələr, həmin illərin siyasi vəziyyəti öz əksini tapıb. Şəhla Kazımova M.Ə.Rəsulzadənin mövcud şəraitlə barışmaq əvəzinə, ondan şüurlu şəkildə imtina etdiyini vurğulayıb, Rəsulzadənin Moskvadan gedişinin təhlükədən qaçış, siyasi sığınacaq axtarışı deyil, həyatının qayəsi olan ideyasını qorumaq üçün şəxsi seçimi olduğunu bildirib: “Ona elmi və ictimai sahələrdə vəzifələr təklif olunsa da, Rəsulzadə sistemin daxilində xüsusi rol oynayacağına dair məlumatlandırılsa da, mövcud şəraitlə barışmır, ondan şüurlu imtina edir”.

Sonra ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin təqdimatında M.Ə.Rəsulzadənin yaşadığı binaya virtual xatirə lövhəsi – barelyefin vurulması layihəsilə tanışlıq olub, Rəsulzadənin “rasulzademuzeyi.org” virtual muzeyinə ziyarət təşkil edilib.

Tədbirin təşkilatçısı və moderatoru AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi M.Ə.Rəsulzadənin ideologiyasından söz açıb. Beynəlxalq Rəsulzadə qiraətlərinin çap edildiyini xatırladan Solmaz Tohidi Məhəmməd Əmin Rəsulzadənin mübarizəsini antikommunizm və antisovetizm istiqamətində apardığını, ömrünü ideyaları, amalları üçün doğma yurddan kənarda keçirən mühacirlərimiz sırasında öz dəyanəti ilə fərqləndiyini diqqətə çatdırıb.

İldönümündə M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə, professor Qulu Məhərrəmli, dosent Firdovsiyyə Əhmədova və digərləri çıxış edərək M.Ə.Rəsulzadənin xidmətləri barədə fikirlərini bölüşüblər.

Tədbirdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva və şöbənin əməkdaşları iştirak ediblər.

Sonda Dilqəm Əhmədin şəxsi kolleksiyasında M.Ə.Rəsulzadəyə aid eksponatlardan ibarət sərgiyə baxış keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri