Alla Puqaçova və Maksim Qalkin mühacirətdə kimin hesabına yaşayırlar?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı sahibkar Andrey Matus məşhur müğənni Alla Puqaçova və əri, şoumen Maksim Qalkinə Moskva yaxınlığında yerləşən Qryaz kəndindəki qəsrdən qalan əşyaları çıxarmağa kömək edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə sahibkar "Yeni rus sensasiyaları" verilişində bəhs edib.
"Məndə Qalkin tərəfindən imzalanan müqavilə, həmçinin onun pasportu var", - deyə o əmin edib.
Matus eyni zamanda bildirib ki, Puqaçova və Qalkin xaricdə məşhur rusiyalı oliqarxın hesabına yaşayırlar.
"Onların İsraildə, Hersliya şəhərində yaşadıqları ev kirayədir. Üstəlik, bu evin kirayəsini də tanınmış oliqarx ödəyir. Yəni oliqarx onlara yaşayış yeri kirayələyib və xoş niyyət əlaməti olaraq onlara sığınacaq verib", - deyə sahibkar qeyd edib.
Matusun sözlərinə görə, o, İsraildə ulduz cütlüyə verilən mənzili görüb. Bu, kiçik, lakin çox bahalı bir ərazidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Mart 2025 06:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















