Mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkib Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda mühafizəçinin stomatoloq adı ilə xəstənin 11 dişini çəkdiyi iddia edilir.
Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakini Elnarə Məhərrəmova iddia edir ki, dişlərini müalicə etdirmək üçün sosial şəbəkə vasitəsilə tapdığı həkimə müraciət edib. Dediyinə görə, o, əvvəlcə həmin həkim tərəfindən dişlərinin rentgen olunması üçün başqa klinikaya yönləndirilib. Daha sonra "Dent House" klinikasında özünü həkim olaraq təqdim edən, əslində isə Bakıda zavodların birində mühafizəçi olaraq çalışan və Fərid Əşrəfli adı ilə fəaliyyət göstərən Fərahim Quliyev xəstənin dişlərinə implant qoymaq üçün ilk olaraq sağlam 5 dişini çəkib və ümumilikdə 11 dişin hər biri üçün əvvəlcədən 1500 manat implant pulu tələb edib.
Zərərçəkən Elnarə Məhərrəmova onu da iddia edir ki, Fərid Əşrəfli daha sonra "Dental Klinika"da fəliyyətə başladığını bildirib və onu ora dəvət edib. Şikayətçinin dediyinə görə, həkim ondan ümumilikdə 3 min manat pul alıb.
Zərərçəkən məsələ ilə bağlı əvvəlcə Nərimanov Rayon Prokurorluğuna, daha sonra isə Bakı Şəhər Prokurorluğuna müraciət edib, araşdırma aparılır.
Səsləndirilən iddialarla bağlı "Dent House" klinikası ilə əlaqə saxlamağa çalışsaq da, açıqlama verməkdən imtina edildi.
Baxış sayı:132
Bu xəbər 13 Dekabr 2024 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















