Mühafizəçi polislə dava edib
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın dövlət katibi Marko Rubionun mühafizəçisi Belçikanın paytaxtı Brüsseldə polis əməkdaşları ilə insidentə qarışıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Washington Examiner" nəşri mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidmətinin (DSS) əməkdaşları 31 mart tarixində NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü üçün rəhbərliyin yerləşəcəyi "Amigo" otelində hazırlıq işləri aparıblar. Lakin bu zaman mühafizəçilərdən biri otelin barının bağlanmasından narazı qalaraq, əvvəlcə bar işçilərinə, daha sonra isə hadisə yerinə gələn polis əməkdaşlarına hücum edib. Qəzetin məlumatına görə, mühafizəçi saxlanılıb, lakin ABŞ səfirliyinin müdaxiləsindən sonra sərbəst buraxılıb. ABŞ Dövlət Departamenti jurnalistlərə insident barədə məlumatlı olduqlarını təsdiqləyərək, hazırda məsələni araşdırdıqlarını bildirib (“Qaynarinfo”).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 08 Aprel 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















