Icma.az
close
up
RU
Mühafizəçi rəssam direktorun evindən 21 minlik gödəkcə oğurlayıbmış Hökm oxundu

Mühafizəçi rəssam direktorun evindən 21 minlik gödəkcə oğurlayıbmış Hökm oxundu

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Əməkdar mədəniyyət işçisi, Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru, əntiq və qədimi əşyaların satışı ilə məşğul olan məşhur kolleksioner Elçin Orucovun evindən oğurluq edən mühafizəçiyə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1988-ci ildə Cəlilabad rayonu Əççələr kəndində anadan olmuş Üzeyir Kərimov Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələri ilə təqsirləndirilib və 8 il müddətə azadlıqdan məhrum edilib.

Məhkəmədə məlum olub ki, Üzeyir Kərimov Əməkdar mədəniyyət işçisinin yaşadığı binada mühafizəçi vəzifəsində işləyib. Təqsirləndirilən  şəxs işlədiyi dönəmdə Elçin Orucovun etimadını qazanaraq, onun evinin qarajından 200 min manatdan artıq əşyaları oğurlayıb.

Üzeyir Kərimov ilk oğurluqda zərərçəkmişin mülkiyyətində olan ümumi dəyəri 5800 manat dəyərində ayaqqabıları, 4 fotoaparatı, kişi üçün nəzərdə tutulmuş qış kürkünü və 400 manat dəyərində qab-qacaq dəstini, xəz şubanı aparıb. Bundan sonra təqsirləndirilən şəxs yay ayında Elçin Orucovun bağ evinə köçməsindən istifadə edərək, ümumi dəyəri 196.000 manatlıq əşyaları oğurlayıb. Onun oğurladığı əşyalar arasında bir ədədi 2000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XIX əsrə aid olan "Molniya” markalı cib saatı, bir ədəd qızılı rəngli üzərində qədimi naxışlar olan 750 manat dəyərində qab, üzərində "Azerbaijan Carpet” yazısı olan göy rəngli bir ədəd çantanın içərisində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən Cənubi Azərbaycan Təbriz xalçaçılıq məktəbinə aid 165x110 ölçüsündə və XX əsrin sonlarına (1990-2000-ci illərə) aid olan qarışıq ipək saplarla toxunmuş bir ədəd böyük və iki ədəd kiçik ölçülü ümumilikdə 5000 manat dəyərində xalçaları, 2 ədəd hər biri 2000 manat dəyərində olmaqla cəmi 4000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid olan şamdanlar, 2 ədəd hər biri 3000 manat dəyərində cəmi 6000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid şüşə materialından tutacaqlı və qapaqlı qrafinlər, 2 ədəd 1000 manat dəyərində gümüş çaxır badələri, bir ədəd 500 manat dəyərində suvenir xəncər, habelə zərərçəkmişin mənzilindən bir ədəd qara rəngli 21000 manat dəyərində xəz gödəkcə, bir ədəd qara rəngli 13000 manat dəyərində "Roberto Cavalli” markalı xəz gödəkcə, bir ədəd qara rəngli 7000 manat dəyərində "Francesco Scognaniglio” markalı xəz gödəkcə, 8 ədəd brend markalı ümumi dəyəri 10000 manat təşkil edən qadın ətirləri, bir ədəd içərisindəki sənədin üzərində "Orucova” soyadı qeyd olunmuş original "Rolex” saatı, 3 ədəd brend markalı ümumi dəyəri 10000 manat olan qadın ziyafət donları və digər qiymətləri əşyaları oğurlayıb. 

Məhkəmədə Üzeyir Kərimov ona elan olunmuş ittiham üzrə ifadəsində Elçin Orucovun evinə girməyini və oradan bəzi əşyaları oğurladığını təsdiq edib. Məhkəmədə verilən suallara cavab olaraq bildirib ki, Elçin Orucovun evinə 3-4 dəfə girib. Evin açarını qarajdan açar qabından götürüb. Qarajın pultu isə daima onda olub. Oğurlanan xalçanın və bakalın tarixi əhəmiyyətli olmasını bilməyib. 

Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri