Icma.az
close
up
RU
Müharibə bitib, hüquqi mübarizə davam edir Hüquqşünas

Müharibə bitib, hüquqi mübarizə davam edir Hüquqşünas

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "V.T. və digərləri Azərbaycana qarşı" işi üzrə 18 iyun 2026-cı il tarixli qərarı 2016-cı ilin Aprel döyüşləri zamanı həlak olmuş erməni hərbçisinin ailəsinin şikayətinin qismən təmin edilməsini nəzərdə tutur. Məhkəmə, eyni zamanda, həmin dövrdə Ermənistanın işğal rejiminin nəzarəti altında olan ərazilərdə baş vermiş hadisələrə görə Azərbaycan dövlətini məsul sayaraq cərimələyib. Bu qərar həm İnsan Hüquqları Konvensiyasına, həm də Avropa Məhkəməsinin formalaşmış presedent hüququna zidd olan ədalətsiz və qərəzli qərardır".

Bunu Qaynarinfo-ya açıqlamsında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan dövləti həmin qərarın ləğvi üçün Konvensiyanın nəzərdə tutduğu bütün hüquqi və prosessual imkanlardan istifadə etməli, o cümlədən işin Strasburq Məhkəməsinin Böyük Palatasında yenidən baxılması üçün müraciət imkanını nəzərdən keçirməlidir. Qulamhüseyn Əlibəyli bildirib ki, bu qərar ölkə ictimaiyyətində, hüquq və ekspert dairələrində beynəlxalq qurumların, xüsusilə də Avropa Məhkəməsinin Azərbaycana münasibətdə obyektivliyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. 

Onun fikrincə, qərar eyni zamanda Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmə instansiyalarında iddialarını daha fəal şəkildə davam etdirib-etdirməməsi məsələsini də yenidən gündəmə gətirib. Hüquqşünas xatırladıb ki, Azərbaycan işğal olunmuş ərazilərini azad etdikdən sonra Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın uzun illər davam etdirdiyi işğal siyasəti, etnik təmizləmə, insan hüquqlarının pozulması və maddi-mədəni irsin məhv edilməsi ilə bağlı iddialar irəli sürüb:

"Eyni zamanda, Ermənistan da Azərbaycana qarşı iddialarla çıxış edib. Lakin sülh danışıqları çərçivəsində hər iki dövlət beynəlxalq instansiyalarda qarşılıqlı iddialar üzrə prosessual hərəkətlərin dayandırılması barədə ümumi razılığa gəlib".

Onun sözlərinə görə, Avropa Məhkəməsinin son qərarı həmin razılaşmanın gələcəyi ilə bağlı suallar yaradıb və Ermənistana dövlət kimi etimad məsələsini yenidən gündəmə gətirib. Qulamhüseyn Əlibəyli hesab edir ki, mövcud  şəraitdə Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmə iddialarını yenidən və daha fəal şəkildə davam etdirməsi məqsədəuyğundur:

"Bu məsələyə yalnız son qərara verilən emosional reaksiya kimi yanaşmaq düzgün olmaz. Bu, Azərbaycanın uzunmüddətli milli maraqlarına xidmət edən strateji siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir".


Hüquqşünas vurğulayıb ki, Azərbaycan müharibənin hərbi mərhələsini qalibiyyətlə başa vursa da, münaqişənin hüquqi müstəvidə nəticələri hələ tam aradan qalxmayıb:

"Ölkənin əldə etdiyi hərbi-siyasi qələbə ərazi  bütövlüyünün bərpasını təmin etsə də, təcavüzkar dövlətin beynəlxalq-hüquqi məsuliyyəti məsələsi hələ də öz həllini tapmayıb. Başqa sözlə, müharibələr təkcə döyüş meydanında deyil, sonrakı  illərdə məhkəmə zallarında, diplomatik platformalarda və beynəlxalq təşkilatlarda da davam edir. Postmüharibə dövrü mahiyyət etibarilə geosiyasi, diplomatik və hüquqi mübarizə   mərhələsidir. Bu mərhələdə beynəlxalq təşkilatlarda  və məhkəmə instansiyalarında fəallığın artırılması həm tarixi həqiqətlərin təsdiqi, həm Ermənistanın beynəlxalq məsuliyyətinin tanınması, həm də gələcək sülh prosesinin daha möhkəm hüquqi təməl üzərində qurulması baxımından mühüm əhəmiyyət daşıyır".

Qulamhüseyn Əlibəyli əlavə edib ki, işğal dövründə Ermənistanın  törətdiyi əməllərin beynəlxalq hüquqi müstəvidə sənədləşdirilməsi və hüquqi məsuliyyət məsələsinin daim gündəmdə saxlanılması postmüharibə dövründə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq məhkəmələrdə və digər platformalarda öz hüquqi arqumentlərini sistemli şəkildə müdafiə etməsə, zaman keçdikcə beynəlxalq ictimai rəydə hadisələrin erməni interpretasiyasına uyğun təhrif olunmuş təsəvvürü formalaşa bilər:

"Bu isə gələcək nəsillər üçün tarixi və hüquqi həqiqətlərin zəifləməsi, problemin isə gələcək nəsillərin üzərinə ötürülməsi riskini yaradır".

Hüquqşünas bildirib ki, Azərbaycanın əlində kifayət qədər ciddi və əsaslı hüquqi arqumentlər mövcuddur:

"Ən güclü hüquqi arqument BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistanın Azərbaycan ərazilərini təxminən 30 il işğal altında saxlaması və bununla beynəlxalq hüququn fundamental prinsiplərini kobud şəkildə pozmasıdır. Həmin müddətdə yüz minlərlə insan öz doğma yurdlarından didərgin salınıb, yaşayış məntəqələri dağıdılıb, tarixi və dini abidələr məhv edilib, təbii sərvətlər qanunsuz istismar olunub, çoxsaylı beynəlxalq cinayətlər, o cümlədən ekoloji cinayətlər törədilib. Bütün bunları nəzərə alaraq Azərbaycan beynəlxalq məhkəmə platformalarında Ermənistana qarşı məcburi köçkünlərin hüquqlarının pozulması, etnik təmizləmə, mədəni irsin məhv edilməsi, ekoloji zərərlər, təbii sərvətlərdən qanunsuz istifadə, işğal olunmuş ərazilərdə milyonlarla minanın basdırılması nəticəsində insan hüquqlarının pozulması, iqtisadi itkilər və kompensasiya tələbləri ilə bağlı iddialar irəli sürə bilər".

Qulamhüseyn Əlibəyli sonda vurğulayıb ki, bu məsələlərin əksəriyyəti artıq müxtəlif beynəlxalq hüquqi platformalarda, o cümlədən məhkəmə instansiyalarında müəyyən dərəcədə müzakirə olunub və Azərbaycanın mövqeyini dəstəkləyən kifayət qədər geniş sübut bazası formalaşıb.  Onun fikrincə, Avropa Məhkəməsinin son qərarı fonunda Azərbaycanın hüquqi mübarizəni daha sistemli və ardıcıl şəkildə davam etdirməsi həm milli maraqların qorunması, həm də tarixi ədalətin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Siyasət şöbəsi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyun 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri