“Hüquqşünas diplomu olanlar çoxdur, amma onların xeyli hissəsi əsl hüquqşünas deyillər” HÜQUQŞÜNAS
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Bildirilib ki, şura tərəfindən ölkəmizin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.
Belə ki, müvafiq vəzifə təlimatının “Təhsilə dair tələblər” bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.
Mövzu ilə bağlı Gununsesi.info-ya tanınmış hüquqşünas Əkrəm Həsənov açıqlmasında bunu məntiqli qərar oldugunu deyib:
“Məhkəmədə işləmək üçün iclas katibi vəzifəsinə mütləq hüquqşünas olmaq lazım deyil. Problem ölkədə hüquqşünas çatışmazlığından deyil. Hüquqşünas diplomu olanlar çoxdur, amma onların xeyli hissəsi əsl hüquqşünas deyillər – sadəcə diplom alıblar. Dərsə gedib-getməmələrinə baxmayaraq, diplomları var, amma mahiyyət etibarilə hüquqşünas sayılmırlar. Bir çoxu ixtisası üzrə də işləmirlər”.
Vəkil qeyd edib ki, Azərbaycanda hüquqşünas vəzifələrində işləyənlər var, amma onlar da əslində hüquq sahəsində bilik və savada malik deyillər:
“Məhkəmənin iclas katibi vəzifəsinə isə hüquqi təhsili olan, əsl hüquqşünaslar getmək istəmir. Çünki orada əsasən məntiq, ümumi savad və yaxşı yazı-pozu qabiliyyəti vacibdir. Bu baxımdan, iclas katibi üçün hüquqi təhsil bir tələb deyil, amma uyğun bacarıqlar vacibdir”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Noyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















