Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya vətəndaşlarına qarşı müharibə başa çatdıqdan sonra da Ukraynaya giriş üçün məhdudlaşdırıcı prosedurlar tətbiq ediləcək.
Milli.Az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
"Bizim üçün Rusiya düşmən dövlətdir, təcavüzkar ölkədir. Rusiya vətəndaşının xüsusi icazə, viza, həmçinin aidiyyəti qurumlarımız tərəfindən yoxlama olmadan Ukraynaya daxil olması mümkün deyil. Buna görə də hazırda belə bir təhlükə görmürəm", - o qeyd edib.
Nazir əlavə edib ki, Rusiya vətəndaşlarının Ukraynaya səfəri ilə bağlı hazırda tətbiq olunan xüsusi məhdudiyyətlər gələcəkdə də qüvvədə olacaq:
"Şübhəsiz ki, Rusiya vətəndaşlarına qarşı xüsusi məhdudlaşdırıcı prosedurlar tətbiq ediləcək və bu prosedurlar hazırda da Ukraynaya səfərlərlə bağlı qüvvədədir".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 06 İyun 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















