Icma.az
close
up
RU
Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər

Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

BMT-nin İnsan hüquqları üzrə Şurasının 58-ci sessiyasındakı çıxışında təşkilatın İnsan hüquqları üzrə ali komissarı, avstriyalı hüquqşünas Volker Türk qeyd etmişdir ki, "Azərbaycanda "özbaşına" saxlanılan şəxslərin hamısı, o cümlədən etnik ermənilər, dərhal azad edilməli və ədalətli məhkəmə hüququna tam riayət olunmalıdır".

Selektiv yanaşmaları və ikili standartları əks etdirən açıqlamaları  yuxarıda qeyd etdiyim şəxs həmçinin 26 sentyabr 2023-cü ildə Qarabağda lokal anti-terror əməliyyatı keçiriləndən sonra səsləndirərək göstərmişdir ki, "yerlərdə baş verənlərdən, xüsusilə də hərbi gücün mülki əhaliyə qarşı yenidən tətbiqinin nəticələrindən çox narahatam". 

Sual olunur ki, nə vaxtdan bir qrup separatçı və terrorçu "dinc, mülki əhali" olub? İkinci Qarabağ müharibəsi zamanı münaqişə zonasından əhəmiyyətli dərəcədə aralıda yerləşən Gəncə şəhərinə, Bərdə rayonuna, Azərbaycanın digər yaşayış məntəqələrinə çoxsaylı insan təlafatı və mülki infrastrukturun məhv edilməsi ilə nəticələnən, qadağan olunmuş kasset sursatları və ballistik raketlərlə zərbə endirilən zaman bu "hüquq müdafiəçisi" haradaydı?

Əgər BMT sistemində yüksək vəziyə tutan şəxs beynəlxalq humanitar hüquq barəsində məlumatlı deyilsə, xatırlada bilərəm ki, Erməmistanın 6 iyun 1993-cü idə qoşulduğu Dördüncü Cenevrə Konvensiyası silahlı münaqişə dövründə "terror tədbirlərini" gəti qadağan edır. Bundan əlavə Cenevrə Konvensiyalarına I saylı Əlavə Protokolun 51-ci maddəsində nəzərdə tutulur ki, "əsas məqsədi mülki əhali arasında qorxu yaratmaq olan zorakılıq xarakterli terror hərəkətləri  və ya zorakılıqla hədələmə qadağandır". Beynəlxalq humanitar hüququn başlıca prinsiplərini kobud formada pozan Ermənistan cinayətkar əməllərinə görə məsuliyyət daşıyır.  
Bu gün məhkəmə kürsüsündə əyləşən və ən ağır beynəlxalq cinayətlər - soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri törədən canilərin müdafiəsinə qalxan BMT-nin İnsan hüquqları üzrə ali komissarı Volker

Türk kimə xidmət edir?

Əyər biz bu gün tarixi anlogiyalara müraciət etsək, absurd  mənzərənin şahidi oluruq. Ali Komissarın məntiqindən çıxış etsək belə çıxır ki, İkinci dünya müharibəsi zamanı yaxud keçən əsrin ikinci yarısında müharibə cinayətləri və insanlıq əlehinə cinayətlər törətmiş, Nüremberq Beynəlxalq hərbi tribunalı yaxud Haaqada yerləşən və artıq fəaliyyətini bitirmiş Yuqoslavia üzrə ad hoc Beynəlxalq tribunalı tərəfindən mühakimə edilən şəxslər azad edilməlidir? 

Beynəlxalq miqyasda hüququn aliliyinin təmin olunması bütün hərbi canilərin cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılmasını tələb edir və Azərbaycan bu fundamental missiyanı həyata keçirərək, bütöv bəşəriyyəti təmsil edir. Heç kəs unutmamalıdır ki, soyqırım, müharibə cinayətləri və insanlıq əlehinə cinayətlərin təqibində beynəlxalq birliyin bütövlükdə hüquqi maraqları mövcuddur. 

Nizami Səfərov, Milli Məclisin deputatı
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Mart 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri