Müharibə cinayətləri: Azərbaycan məkirli oyunların üzərindən xətt çəkdi
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Azərbaycan torpaqları uzun işğal edilərkən, eyni zamanda Azərbaycan xalqına qarşı ağır cinayətlər törədilib. Təbii ki, hər bir Azərbaycan vətəndaşının arzusu torpaqlarımızın işğaldan azad olunması və xalqımıza qarşı törədilən müharibə cinayətlərinin iştirakçılarının öz layiqli cəzalarını almaları idi. Və bu artıq reallığa çevrilib.
“Xalq Cəbhəsi” mövzunu ekspertlərlə müzakirə edib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova vurğulayıb ki, “Azərbaycanın qələbəsi tarixi qələbədir!” deyərkən biz bunu hər bir amillə, atılan hər bir addımla, göstərdiyimiz hər bir fakt və dəlillə sübut etməyi bacarmışıq: “Bu gün Azərbaycan dünyada elə bir təcrübə ortaya qoyur ki, bu təcrübə həm öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməyə əsaslanırsa, həm də Azərbaycan xalqına qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxarmaqla, ədaləti bərpa etməklə xaotik dünya nizamında nizam yaratmağı bacarır, nümunəvi təcrübə formalaşdırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev illərlə qəti iradə, prinsipiallıq göstərdi”.
“Gücümüz və qətiyyətimiz sayəsində ədaləti təmin etmiş ölkəyik”
Ş.Həsənovanın sözlərinə görə, dövlət başçımız söz vermişdi ki, biz həm torpaqlarımızı işğaldan azad edəcəyik, həm də xalqımıza qarşı cinayət törədən cinayətkərləri Azərbaycan məhkəmələri qarşısında sorğulayıb, ədalətin bərpasına nail olacağıq: “Dövlət başçımız çıxışlarında bildirirdi ki, biz o zaman təhlükəli tendensiyanı duymaya başladıq ki, ədalət məfhumu böyük güclər tərəfindən Azərbaycan cəmiyyətinə fərqli şəkildə təlqin etdirilməyə çalışılırdı. Zənnimcə, bax, bu məqam qırılma nöqtəsi idi. Azərbaycanda gedən məhkəmə prosesi ilə bağlı xaricdən bizə qarşı arxasında böyük güclərin dayandığı əsassız siyasi təzyiqlər var idi. Lakin bunların heç biri Cənab Prezidentin mövqeyinə təsir etmədi. Məhz öz gücümüz və qətiyyətimiz sayəsində azərbaycanlılara münasibətdə ədaləti təmin etmiş ölkəyik. Bu, məhz ədalətin təntənəsidir. Azərbaycan münaqişə və müharibələrin ədalətli həlli üçün model ortaya qoyub. Dünyada belə təcrübələr var, lakin bu təcrübələrin bəziləri beynəlxalq birliyin ümumi səylərinin nəticəsi olur”.
“Azərbaycan bütün məkirli oyunların üzərindən xətt çəkdi”
Politoloq əlavə edib ki, lakin Azərbaycan buna öz gücünə nail olunmuş ölkədir: “Ermənistan hakimiyyəti Azərbaycan xalqına qarşı cinayətlər törədib, bu işlərin birbaşa iştirakçısı olub və məhkəmələr də Ermənistan dövlətinin məsuliyyət daşıdığını təsdiq edib. Arutyunyan, Saakyan Şuşanın işğalında iştirak edib. Məhkəmə proseslərində faktiki aydın oldu ki, Ermənistan işğal siyasətini ört-basdır etməkdən ötrü qondarma bir rejim yaradıb. Həmin bu rejimin rəhbər şəxsləri Ermənistanın işğal siyasətini Qarabağda icra edən kəslər idi. Azərbaycan bütün məkirli oyunların üzərindən xətt çəkdi və dövlət başçımız söz verdiyi kimi xalqımızın qanını yerdə qoymadı”.
Dövlətin verdiyi mühüm mesaj
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib ki, bu proses Azərbaycanın postmünaqişə mərhələsində yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyini, eyni zamanda ədalət anlayışını real hüquqi müstəviyə daşıdığını göstərir: “Müharibə cinayətlərində ittiham olunan şəxslərin açıq məhkəmə qarşısına çıxarılması dövlətin həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə verdiyi mühüm mesajdır: münaqişə yalnız hərbi qələbə ilə bitmir, ədalət təmin olunmadan sülh tam sayılmır. Bu addım Prezident İlham Əliyevin hələ müharibədən əvvəl verdiyi siyasi və mənəvi vədin ardıcıl icrası kimi də qiymətləndirilə bilər. Xarici təzyiqlərə baxmayaraq məhkəmə prosesinin davam etdirilməsi Azərbaycanın suveren qərarvermə iradəsini və hüquqi məsuliyyəti öz üzərinə götürmək bacarığını ortaya qoyur”.
“Azərbaycan dolğun və prinsipial model ortaya qoyur”
Politoloqun bildirdiyinə görə, məhkəmə prosesində səslənən faktlar və etiraflar isə işğal dövrünün mahiyyətini daha aydın şəkildə üzə çıxarır: “Təqsirləndirilən şəxslərin ifadələri qondarma rejimin müstəqil struktur olmadığını, Ermənistan dövlətinin hərbi-siyasi nəzarəti altında fəaliyyət göstərdiyini təsdiqləyir. Bu, urbisid, ekosid və insanlıq əleyhinə cinayətlərin fərdi yox, sistemli siyasətin nəticəsi olduğunu sübut edən mühüm hüquqi bazadır. Tarixdə İsrail və keçmiş Yuqoslaviya nümunələrində olduğu kimi, müharibədən illər sonra da olsa cinayətkarların mühakiməsi ədalətin geciksə də qaçılmaz olduğunu göstərir. Azərbaycan bu baxımdan münaqişələrin natamam həlli praktikasından fərqli olaraq həm siyasi, həm də hüquqi cəhətdən daha dolğun və prinsipial model ortaya qoymuş olur”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 Fevral 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















