Icma.az
close
up
RU
Müharibə davam edərkən Ərdoğandan dünyaya Netanyahu XƏBƏRDARLIĞI

Müharibə davam edərkən Ərdoğandan dünyaya Netanyahu XƏBƏRDARLIĞI

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident Rəcəb Tayyib Ərdoğan Lütfi Kırdar Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci Sessiyasında çıxış edib.
Turkustan.az xəbər verir ki, İsrail və Netanyahuya reaksiya verən Ərdoğan sözlərini belə davam etdirib:

"Ədalət zəfər çalacaq və qələbə mütləq möminlərin olacaq. Sülhdən danışacağımız gözəl günlər görəcəyimizə ürəkdən inanıram. Arxasında Qərb güclərinin qeyd-şərtsiz gücü olan İsrail bölgəmizi qeyri-sabitliyə sürükləməyə davam edir. Netanyahu hökuməti regional sülhə ən böyük maneə olduğunu sübut etdi. İsrailin İrana hücumlarını ən sərt şəkildə qınayıram. İsrailin Qəzzaya, Livana, Yəmənə, Suriyaya və ən son İrana hücumlarının tərifi və təsviri banditizmdir. Təbii ki, hücumların İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir dövrdə baş verməsi əlamətdardır. İran xalqının çətinliklər qarşısında göstərdiyi həmrəylik və güclü dövlət təcrübəsi ilə bu günlərin öhdəsindən gələcəyinə heç bir şübhəmiz yoxdur. İranın İsrailin bu dövlət terrorundan öz xalqını müdafiə etmək üçün gördüyü tədbirlər tamamilə təbii və qanunidir.

İsrail paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövləti ilə dinc yanaşı yaşamaq əvəzinə, müharibəni bütün bölgəyə yaymağa çalışır.
Hitlerin 90 il əvvəl yandırdığı qığılcım dünyanı yandırdığı kimi, Netanyahunun sionist ambisiyalarının da dünyanı fəlakətə sürükləməkdən başqa məqsədi yoxdur. Burada vurğulamaq istərdim ki, Türkiyə olaraq bölgəmizdə sərhədləri qanla çəkiləcək yeni bir Sayks-Pikot nizamının qurulmasına icazə verməyəcəyik.
Netanyahunun münaqişələri dərinləşdirmək məqsədi daşıyan zəhərli sözlərinə heç kim inanmamalıdır. Bölgəmiz yeni müharibəyə tab gətirə bilməz. Bizə lazım olan şey sağlam düşüncədir.
Yollar da, üsullar da fərqli ola bilər, amma qardaş olmaq həm də tale yoldaşı olmaq deməkdir. Müsəlmanların ortaq taleyi var. Fərqlərimizi bir kənara qoyub birləşmək bizim borcumuzdur. Bu gün biz bir-birimizi daha sıx qucaqlayıb, bir-birimizə qarşı tolerantlıq sərhədlərini genişləndirməliyik. Biz bu görüşdə İsrailə qarşı mövqeyimizi dünyaya bəyan etməliyik. İsrailin quldurluğunu dayandırmaq üçün daha çox əməkdaşlıq göstərməyimiz vacibdir. Əgər öz ağlımızla öz məsələlərimizə sahib çıxmasaq, başqalarının mənafeyinə alət olacağıq".

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 İyun 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri