Müharibə dövründə İranda 27 hava limanına ziyan dəyib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Qahirə, 8 sentyabr, AZƏRTAC
Müharibə zamanı İranda 27 hava limanı müxtəlif dərəcədə zərər görüb.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu İranın Hava Limanları və Hava Naviqasiyası Şirkətinin baş direktoru Mürtəza Dehqan bu gün keçirilən mətbuat konfransında deyib.
O vurğulayıb ki, zərər hava limanlarının uçuş-enmə zolaqları, təhlükəsizlik binaları, hava naviqasiyasına və yoxlamalara yardımçı avadanlıqlara, eləcə də sərnişin terminallarına dəyib.
M.Dehqanın sözlərinə görə, zərərçəkmiş infrastrukturların bərpası çətin proses olsa da, təmir işləri başa çatdırılıb. O, dəymiş ziyanın ümumi maliyyə həcmi və bərpa işlərinə çəkilən xərclərlə bağlı məlumat verməyib.
Qeyd olunur ki, müharibə nəticəsində İranın hava limanları ilə yanaşı, bir sıra təyyarələri də zərər görüb.
Bundan əvvəl İran hökumətinin sözçüsü Fatimə Mohacərani Buşehr hava limanının tamamilə dağıldığını və onun fəaliyyətinin bərpası üçün yenidən tikilməsinə ehtiyac olduğunu açıqlamışdı.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 08 Sentyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















