Icma.az
close
up
RU
Müharibə düyməsinə basılır?

Müharibə düyməsinə basılır?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülerin 13 noyabrda TV100 kanalında çıxışı Türkiyə ilə İsrail arasında gərginliyin artmasına diqqəti çəkib. 

Gülerin sözlərinə görə, İsrail Türkiyəyə hücum edə bilər və buna görə də ölkə hər zaman müharibəyə hazır olmalıdır. 

Türkiyə və İsrail arasında ənənəvi hərbi və strateji tərəfdaşlıq olub, amma son illər bu münasibətlərdə əhəmiyyətli  soyuqluq özünü göstərir. Bu vəziyyət yalnız regional münaqişələrdən deyil, həm də hər iki ölkənin daxili siyasi vəziyyətinin dəyişməsindən qaynaqlanır. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstində qanunsuz fəaliyyətlərdə,  insan hüquqları pozuntuları və fələstinlilərə qarşı soyqırımı törətməkdə ittiham edir. Digər tərəfdən, İsrail Türkiyəni xüsusən də ölkənin ərəb dünyasında və müsəlman icmalarında artan təsiri səbəbindən regional rəqib kimi görür.

Qəzza zolağındakı gərginlik Türkiyə ilə İsrail arasında münasibətlərin pisləşməsinin əsas səbəbidir. Ərdoğan İsrailin bu əməliyyatlarının "böyük İsrail" layihəsinin bir hissəsi olduğunu deyir. Bunun nəticəsində Türkiyəyə qarşı da təhdidin yaranacağını deyir. 

Türkiyə Qəzza münaqişəsini yalnız Fələstinlə bağlı bir məsələ kimi deyil, daha geniş  beynəlxalq konflikt kimi görür və buna görə də bu məsələdə digər ölkələrin, xüsusilə İsrailin davranışlarını diqqətlə izləyir. Gülərin "Dünya müharibəsi birdən-birə başlaya bilər" fikri bu cür gərginliklərin böyüməsi və nəzarətdən çıxma təhlükəsinə işarə edir. Bu, həm də dünya müharibələrinin kiçik, amma strateji əhəmiyyətli hadisələrlə başladığını göstərən xəbərdarlıqdır.

Türkiyə rəsmiləri bildirirlər ki, ölkə "güclü bir kürəyə" sahib olmalıdır, yəni hər zaman güclü bir orduya və təhlükəsizlik siyasətinə ehtiyacı var.  Türkiyə müharibə istəmədiyini də vurğulayır, lakin ölkə regional təhlükələrə qarşı daim hazır vəziyyətdədir. Bu yanaşma Türkiyənin həm daxili, həm də xarici siyasətində öz gücünü artırmasını,  müharibə riski ilə bağlı hazırlıq işlərini əks etdirir.

Türkiyə İsrailin Suriya və Livanda təsirini artırmasına qarşı çıxır və bu cür fəaliyyətləri təhlükə sayır. Həmçinin, ABŞ-nin regiondakı hərbi və strateji siyasəti, xüsusilə İsraillə  əlaqələr Türkiyənin narahatlığını artırır. Gülerin vurğuladığı kimi, Türkiyə bu təhdidləri diqqətlə qiymətləndirir və müvafiq hərbi hazırlıq planları hazırlayır.

“Nə ordusu, nə fiziki imkanı, nə də cəsarəti və niyyəti var"

Türkiyəli politoloq, Ankara-Moskva ekspert və analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer “Cümhuriyət”-ə bildirib ki, İsrailin Türkiyəyə hücum etmə niyyəti yoxdur və heç vaxt olmayıb. Ekspert hesab edir ki, İsraillə  gərginlik və problem isə danılmazdır: 

 "Bu səbəbdən hökumətin bu məsələyə dair müəyyən narahatlığı var. Türkiyə HƏMAS-ın hərbi- siyasi qanadını birbaşa dəstəkləyir. Bu səbəbdən İsrail ilə Türkiyə arasında ciddi bir gərginlik yaranıb. İsrail isə  Suriyanın şimalındakı kürd quruluşuna birbaşa dəstək verir. Bir neçə gün əvvəl İsrailin bu mövzuda rəsmi açıqlamasında "Kürdlərlə işləməliyik" deyildi. 

Şimali İraqdakı kürd quruluşları ilə də münasibətləri var. Buna görə də belə bir bəyanat verilib. Amma İsrailin Türkiyəyə hücum edəcək nə ordusu, nə fiziki imkanları, nə də cəsarəti və niyyəti var".

Engin Özerin fikrincə, milli müdafiə nazirinin belə açıqlaması tələskənlikdir:

 "Türkiyə 85 milyonluq əhalisi ilə NATO üzvüdür, NATO-nun ikinci ən böyük ordusuna və Avropadakı ən böyük orduya sahibdir. Türk ordusu İsrail qarşısında rəqib deyil, İsrail ordusu da Türkiyəyə rəqib ola bilməz. Belə bir vəziyyət yoxdur. Nəzəri olaraq, əgər İsrail Türkiyəyə hücumu NATO-ya hücum deməkdir. İndi deyəcəklər ki, Qərb bloku müdafiə edər, amma hüquqi baxımdan belə bir vəziyyət mümkündür. Hökumət hazırda ciddi bir böhranın qarşısını almaq və kürdlərlə bağlı bir açıqlama vermək üçün addım atacaq. 

Artıq Türkiyə Suriyanın şimalındakı kürd quruluşları ilə birbaşa əlaqəyə keçəcək. Bu, dolaylı olaraq tanıma deməkdir. Buna görə də daxildə İsrail təhdidi ilə bağlı bir görüntü yaradılır”. 

“Bunlar Türkiyənin xoşuna gəlmir”

"İsraili tək düşünməmək lazımdır. İsraili dostları, siyasi və iqtisadi güc qrupları, lobbisi, ABŞ və Almaniya ilə birgə dəyərləndirmək lazımdır. Əlbəttə, İsrailin birbaşa Türkiyəyə qarşı konvensional, yəni quruda təhdid yaratması mümkün deyil. 

Lakin xüsusilə raket sistemləri, təyyarələri və digər potensial hərbi təhdidləri var". 

Bu sözləri isə Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan briqada generalı, hərbi ekspert Yücel Karauz deyib. Onun sözlərinə görə, siyasi və digər fəaliyyət baxımından  İsrailin Suriyadakı bölgəiçi qruplarla yaxın əməkdaşlıq etdiyi, onlara təlim, təşkilatlanma, silah və sursat təmin etdiyi məlumdur: 

"Həmçinin, ABŞ kimi İsrail də bu bölgəçi terror qruplarını müttəfiq kimi qəbul edir. Bu baxımdan, Suriyadakı bölgəiçi terrorun  hakim olması və İraqla birləşərək bir terror təşkilatı yaratmaq Türkiyə üçün çox ciddi bir təhdid və riskdir. Buna qarşı mütləq tədbir görülməlidir”.

Hərbi ekspert qeyd edib ki, İsrail  Türkiyəyə qarşı heç bir pis niyyəti olmadığını, Türkiyənin onun üçün  təhdid yaratmadığını ifadə edir. Eyni zamanda, rəsmi Ankaranın təsir və maraq dairəsindəki coğrafiyada bölgəiçi terror fəaliyyətini dəstəkləyir, Suriyada və Livanda mövcudluğunu daimi etməyə çalışır:

"İsrailin genişlənməsi Türkiyə üçün uyğun olmayan davranışdır. 

Buna görə də milli müdafiə nazirinin də qeyd etdiyi kimi, İsrailin hava qüvvələri, raketləri və uzunmənzilli olmasa da nüvə silahları Türkiyə üçün təhdid ola bilər. Lakin konvensional müharibə təcrübəsi, Qərbi Şəriyə və Qəzzadakı fəaliyyəti nəzərə alınarsa, dünyada səkkizinci, NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyəyə qarşı İsrailin birbaşa təhdid yaratması mümkün deyil”.

Ekspert deyib ki, digər amillər nəzərə alınarsa, bu, bir ehtimaldır: 

“İsrail Prezidenti "Türkiyəyə qarşı heç bir hədəfimiz yoxdur" desə də, yeni təyin edilmiş müdafiə naziri daxil olmaqla, rəsmilər xüsusilə Suriyadakı bölgəiçi terrorla bağlı fəaliyyətə çox həvəsli görünürlər. Həmçinin, Netanyahunun oğlu da davamlı olaraq Böyük İsrail xəritəsi paylaşır. Bunlar Türkiyənin xoşuna gəlmir”.

Səbinə Uğur
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see566

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see483

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see413

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see317

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see257

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see228

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see224

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see221

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see220

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see219

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see210

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see200

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see196

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see193

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see178

Vahid məktəbli forması: Dünyəvilik, nizam intizam, sosial bərabərlik TƏHLİL

11 Oktyabr 2026 17:00see175

Uşaq bilməlidir ki, məktəbə gedir, forma çox lazımdır Təranə Muradova

11 Oktyabr 2026 17:31see170

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see167

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri