Starmer: “İranla müharibə bizim müharibə deyil”
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Yalnız Britaniyanın maraqları əsasdır”
Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkəsinin Yaxın Şərqdəki hərbi münaqişələrə cəlb olunma ehtimalı ilə bağlı son nöqtəni qoyub. AzPost xəbər verir ki, Baş nazir Britaniyanın milli maraqlarının hər şeydən üstün olduğunu və kənar təzyiqlərin Londonun qərarlarına təsir edə bilməyəcəyini vurğulayıb.
Hökumət başçısı bəyan edib ki, Britaniya ordusunun xarici münaqişələrdə iştirakı yalnız ölkənin təhlükəsizliyi birbaşa təhdid altında olduqda mümkündür. O, İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı mövqeyini belə ifadə edib: “Mənə və hökumətimə qarşı hansı təzyiqlərin olmasından, kütləvi informasiya vasitələrində hansı səs-küyün qaldırılmasından asılı olmayaraq, mən yalnız Britaniyanın milli maraqlarına uyğun hərəkət edəcəyəm. Heç bir təzyiq bizi yolumuzdan döndərə bilməz. Bura Britaniyadır və burada yalnız Britaniyanın maraqları qərarların əsasını təşkil edir.”
Starmer son günlər bölgədə artan “müharibə anonsları” fonunda əhali arasında yaranan narahatlığa da toxunub. O, Britaniyanın İranla hər hansı hərbi qarşıdurmada iştirak etmək niyyətinin olmadığını qətiyyətlə bildirib: “Bizim İranla bağlı heç bir marağımız yoxdur və bu müharibədə iştirak etmək üçün heç bir hüquqi və ya strateji əsas görmürük. Panikaya ehtiyac yoxdur. İranla müharibə bizim müharibə deyil və orada iştirak etməyəcəyik. Bu müharibə kimindirsə, onu da onlar həll etməlidir.”
Baxış sayı:148
Bu xəbər 01 Aprel 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















