Icma.az
close
up
RU
Müharibə gələn il Putinin istədiyi nəticələrlə bitəcək “Politico”

Müharibə gələn il Putinin istədiyi nəticələrlə bitəcək “Politico”

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Görünən budur ki, Rusiya-Ukrayna müharibəsi gələn il Kiyev üçün son dərəcə əlverişsiz şərtlərlə başa çatacaq.

Teleqraf xəbər verir ki, bunu “Politico”nun analitiki Ceymi Dettmer deyib.

Ekspertin fikrincə, bu bədbin proqnozun əsas səbəblərindən biri Avropa İttifaqının (Aİ) Ukraynanın maliyyə dayanıqlığını təmin etmək və hərbi əməliyyatların maliyyələşdirilməsini mümkün etmək üçün Rusiyanın dondurulmuş 210 milyard avroluq aktivindən istifadə barədə razılığa gələ bilməməsidir:

“Belçika banklarında dondurulmuş Rusiya aktivlərindən istifadəyə əsaslanan “reparasiya krediti” təklifinin iflası Ukraynanı növbəti iki il üçün təminatlı maliyyələşmədən məhrum edir.

Şübhəsiz ki, Aİ yenə də Ukraynaya öz büdcəsindən 90 milyard avro məbləğində iri maliyyə paketi ayıracaq. Amma bu, gələn ilin əvvəlində vəsait çatışmazlığının qarşısını alsa da, paket iki il üçün nəzərdə tutulub və Ukraynanın mübarizəni davam etdirməsi üçün kifayət etməyəcək”.

Buna baxmayaraq, ötən həftə maliyyələşdirmə ilə bağlı razılaşmadan sonra bir çox Avropa liderləri kifayət qədər nikbin idilər. Həmçinin Rusiya aktivləri ilə bağlı dolayı yolla əlavə kreditin də verilə biləcəyi ehtimal olunur. Ancaq Dettmerə görə, sevinmək hələ tezdir, çünki hər şey müharibəni dayandırmaq üçün hansı razılaşmanın əldə olunacağından asılıdır.

Üstəlik, daha bir kreditin alınması da asan olmayacaq. Artıq üç ölkə - Macarıstan, Slovakiya və Çexiya ötən həftə birgə proqramda iştirakdan imtina edib. Digər ölkələrin də onlara qoşulacağını təsəvvür etmək çətin deyil. Bundan başqa, Donald Tramp hələ də Ağ Evdə olacaq, buna görə Vaşinqtonda əlavə vəsait axtarmağın mənası yoxdur.

Belçika Baş naziri Bart De Vever razılaşmanı “Ukrayna, Aİ və maliyyə sabitliyi üçün qələbə” adlandırsa da, Dettmer vurğulayır ki, Rusiya lideri Vladimir Putin bunu tamam başqa cür dəyərləndirəcək:

“Ötən həftə baş verən və Avropa liderləri arasındakı parçalanmanı üzə çıxaran fiaskodan sonra Putin vaxtın onun xeyrinə işlədiyini bir daha təsdiqləyəcək. Putin bir az da gözləsə, köməkçilərinin Trampın xüsusi elçisi Stiven Uitkoffla birgə hazırladıqları 28 bəndlik sülh planı yenidən gündəmə gələ bilər, bu, Ukrayna ilə Avropanı çətin vəziyyətdə qoyacaq. Kremlin istədiyi ideal nəticə budur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri