Icma.az
close
up
RU
Müharibə Putinin istədiyi kimi başa çatmayacaq ŞƏRH

Müharibə Putinin istədiyi kimi başa çatmayacaq ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqı bundan sonra məcburi şəkildə də olsa Kiyevin arxasında duracaq

Azər Qasımov: “Müharibənin dayanması Putinə sərf etmir, məqsəd Ukrayna hakimiyyətinə qəti zəfər çalmaqdır”

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna ilə bağlı yenilənmiş sülh planını açıqlayıb. Məlumata görə, plan 4 sənəddən ibarətdir. Ukrayna, Rusiya, ABŞ və AB arasında sazişi 20 bənd, Ukrayna üçün çərçivə təhlükəsizlik təminatları 3 bənd, ABŞ-nin NATO qarşısında öhdəliyi 4 bənd, Rusiya və ABŞ arasında saziş isə 12 bənddən ibarətdir. "Voll Strit Jurnal" məlumat yayıb ki, ABŞ Avropaya Rusiyanın qlobal iqtisadiyyata qayıtması üçün gizli bir plan təqdim edib. Məlumata görə, planda Ukraynadakı layihələr üçün Rusiya aktivlərinin 200 milyard dollarının ayrılması nəzərdə tutulur. Qeyd olunub ki, Avropa bu təklifə soyuqqanlılıqla reaksiya verib. "Müharibə Təhqiqatları İnstitutu"nun yeni hesabatında deyilib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə könüllülərin “tükənməsini” kompensasiya etmək üçün ehtiyatda olanların gizli səfərbərliyinə hazırlaşır. Analitiklər Rusiya liderinin 8 dekabr fərmanından dolayı bu nəticəyə gəliblər. Sənədə görə, 2026-cı ildə müəyyən sayda ehtiyatda olanların məcburi xidmət və hərbi təlim üçün çağırılmasına icazə verilir. Lakin hesabat müəllifləri Putinin genişmiqyaslı səfərbərliyə əl atacağını istisna edirlər. Hesabata görə, bu ilin əvvəlindən Rusiyanın işğal etdiyi torpaqlar Ukraynanın ümumi ərazisinin bir faizindən azını təşkil edir: "Bu templə Rusiya təkcə Donetsk bölgəsini ələ keçirmək üçün daha bir neçə il sərf edəcək". 

Siyasi şərhçi Azər Qasımov Sherg.az-a deyib ki, Rusiyada strateji düşünmə qabiliyyəti olsaydı, müharibəni indi D.Trampın təklif etdiyi şərtlərlə müəyyən düzəlişlərlə qəbul edərdi. Ekspert bildirib ki, Avropa və ABŞ işğal olunmuş torpaqların legitimliyini qəbul etməyəcək və sanksiyaları götürməyəcək: "Qərb və Ukraynanın yenidən danışıqlara gedəcəyi bəlli deyil. Amma təklif olunan şərtlərlə Ukrayna torpaqları Rusiyanın nəzarətinə verilir, ya da neytral sahə kimi qalırdı. Yəni gec-tez bu torpaqlar da Rusiyanın əlinə keçəcəkdi. Eyni zamanda, ABŞ bu əraziləri Rusiyanın ərazisi kimi tanıyırdı. Avropa da öz təhlükəsizlikləri barəsində bəndləri müqaviləyə əlavə etməklə bunu qəbul edirdi. Dondurulmuş aktivlərin də müəyyən hissəsi geri verilirdi. Ukrayna da bununla razılaşırdı. Ancaq Putinin bunu qəbul etməməsi onu göstərir ki, müharibənin dayanması ona sərf etmir. Putinin planları ya daha böyükdür, ya da qəti şəkildə Ukrayna hakimiyyəti üzərində qələbə çalmaq istəyir. Bunu faşizm üzərində qələbə səviyyəsinə qaldırmaq, qələbə hekayəsi yaratmaq, verdiyi itkilərə haqq qazandırmaq üçün edir. Amma müharibənin Putinin istədiyi kimi başa çatması da mümkün deyil. Çünki Ukraynanın döyüşmək üçün iradəsi, gücü var. Həm də Avropa İttifaqı bundan sonra məcburi şəkildə də olsa Kiyevin arxasında duracaq. Kənar təzyiqlərlə xalqları məğlubiyyətə sövq etmək olmur. Azərbaycanı da onillərlə güclü dövlətlər işğalla barışmağa məcbur edirdilər. Nəticə hamıya bəllidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2025 06:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri