Icma.az
close
up
RU
Müharibə İsrailə neçəyə başa gəlir? 1 ay davam etsə, 12 milyard dollar itirilə bilər

Müharibə İsrailə neçəyə başa gəlir? 1 ay davam etsə, 12 milyard dollar itirilə bilər

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin İranın hərbi və nüvə obyektlərinə qarşı həyata keçirdiyi əməliyyat bir həftəni tamamlayarkən, ABŞ-nin nüfuzlu qəzeti “The Wall Street Journal” müharibənin İsrailə olan maliyyətini hesablayıb.

Qəzetə danışan İsrailli ekspertlər Tel-Əviv hökumətinin müharibənin yüksək xərcləri qarşısında uzun müddət tab gətirə bilməyəcəyini vurğulayıb.

Nəşr yazır ki, İsrailin İranı hədəf alan əməliyyatları gündə yüz milyonlarla dollar xərclə başa gəlir və bu, Tel- Əvivin uzunmüddətli müharibəni davam etdirməsinə imkan vermir.

Ekspertlərin fikrincə, İsrailin ən böyük xərci İranın raketlərini dayandırmaq üçün istifadə etdiyi müdafiə sistemləridir. Bu sistemlərin gündəlik xərcləri 10 milyon dollardan başlayaraq 200 milyon dollara qədər çata bilir. Eyni zamanda İsraildə müharibə zamanı zərər görən binaların bərpası üçün ən az 400 milyon dollar tələb olunacağı təxmin edilir.

Qeyd olunur ki, bütün bu xərclər Tel-Əvivi müharibəni tez bir zamanda sona çatdırmaq təzyiqi altında saxlayır.

İsrail Mərkəzi Bankının keçmiş rəhbəri və İsrail Demokratiya İnstitutunun tədqiqatçısı Karnit Fluq deyib:“Müharibənin xərclərini əsas müəyyən edən amil müddət olacaq. İsrail iqtisadiyyatı qısa müddətli əməliyyata tab gətirə bilər, ancaq iki həftə və ya bir ay davam edərsə, vəziyyət fərqli olar”.

Tel- Əvivdən verilən məlumata görə, son həftədə İran İsrailə 400-dən çox raket atıb və bunların böyük hissəsi hava müdafiə sistemləri ilə zərərsizləşdirilib. Hər yeni raket İsrailin yüksək xərcli müdafiə sistemlərinin işə düşməsi deməkdir.

Məsələn, İsrail-ABŞ birgə istehsalı olan “Davud” sistemi orta və uzun mənzilli raketləri, pilotsuz uçuş aparatlarını və təyyarələri vurmaq qabiliyyətinə malikdir. Bu sistemin hər iki önləyicisini işə salması təxminən 700 min dollar xərclə başa gəlir.

“Arrow 3” sistemi isə uzun mənzilli ballistik raketləri vurur və hər raketin dayandırılması 4 milyon dollar xərclə nəticələnir. Arrow 2 sisteminin bir önləyicisi isə təxminən 3 milyon dollardır.

İsraildə uçuşlarını davam etdirən çoxsaylı F-35 döyüş təyyarələrinin hər saatlıq uçuşu isə təxminən 10 min dollara başa gəlir.

İsrailin Reixman Universitetində iqtisadi siyasət üzrə mütəxəssis Zvi Ekstein bildirir ki, İranla müharibənin gündəlik xərci Qəzza və Hizbullah müharibələrindən xeyli yüksəkdir.

O, qeyd edir ki, müharibənin bir ay davam etməsi İsrailə təxminən 12 milyard dollara baş gələ bilər.

İran raketlərinin vurduğu ziyan İsrail şəhərlərində nadir görülən səviyyədədir. Mühəndis Eyal Şalevin sözlərinə görə, yüzlərlə bina dağılıb və ya ağır zərər görüb, bərpa və yenidənqurma üçün yüz milyonlarla dollar tələb olunur.

İranın hədəfə aldığı İsrail infrastrukturu da ciddi ziyan görüb. Məsələn, ölkənin şimalındakı ən böyük neft emalı zavodu iki hücum nəticəsində bağlanıb. Kritik sahələrdə işçilər evdə qalmağa çağırılıb, məktəblər isə bağlıdır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 İyun 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri