Icma.az
close
up
RU
Müharibə mövzusunda çəkilmiş ən maraqlı filmlər

Müharibə mövzusunda çəkilmiş ən maraqlı filmlər

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az müharibə mövzusunda çəkilmiş ən maraqlı filmləri təqdim edir.

1. Saving Private Ryan (Əsgər Rayanı xilas etmək) (1998)

Stiven Spilberqin çəkdiyi bu film İkinci Dünya Müharibəsində Normandiya əməliyyatı zamanı bir əsgəri xilas etməyə çalışan kiçik bir dəstənin hekayəsini təsvir edir. Döyüş səhnələri inanılmaz dərəcədə həqiqidir. Cəbhəyə dörd oğlunu yollayan ana onlardan üçünün ölüm xəbərini alır. Bundan xəbər tutan general sağ qalan oğlunun xilas edilməsi əmrini verir və hadisələr zəncirvari davam edir. Filmdə baş rolda məşhur aktyor Tom Henks çəkilib.

2. Schindler’s List (Şindlerin siyahısı) (1993)

Bu filmdə Spilberqin şah əsərlərindən biridir. Almaniyaya iş üçün gələn Oskar Şindlerin nasistlərdən yüzlərlə yəhudini xilas etməsindən bəhs edən təsirli bir filmdir. Şindler bacarığı sayəsində alman zabitləri ilə dost olur. Həmin vaxt ölkədə yəhudilərə qarşı soyqırım başlayır. O, köməkçisi İtzhak Ştern ilə birlikdə sənədlərdə dəyişiklik edərək döyüşdə yəhudilərin köməyə ehtiyac olacağını bildirir və onları islah düşərgələrinə göndərilməkdən xilas edir. Oskar Şindler rolunu aktyor Liam Nison oynayıb.

3. Apocalypse Now (Qiyamət indi) (1979)

Vyetnam müharibəsi haqqında ən yaxşı filmlərdən biridir. Frensis Ford Koppolanın çəkdiyi bu film bir zabitin üsyan etmiş polkovniki öldürmək üçün gizli bir əməliyyata göndərilməsini əks etdirir. Müharibənin qızğın vaxtında ABŞ ordusunun kapitanı Vilard polkovnik Lukas və bir general tərəfindən "mövcud olmayan və heç vaxt olmayacaq" bir missiyanı yerinə yetirmək üçün göndərilir. Ssenari Con Miliusa aiddir. Filmdə baş rolda Martin Şin çəkilib.

4. The Thin Red Line (Nazik qırmızı xətt) (1998)

Terrens Malikin rejissorluğu və Ceyms Consun əsəri əsasında çəkilmiş filmdir. Filmdə əsasən Sakit Okean cəbhəsində baş verən döyüşlərdə iştirak edən bir qrup əsgərin müharibədən öncə və sonra yaşadıqları gərgin anları izah edən dramatik səhnələr öz əksini tapıb.

5. Full Metal Jacket (Tam metal geyim) (1987)

Stenli Kubrikin bu filmi Vyetnam müharibəsinə hazırlıq prosesini və döyüşlərin dəhşətini göstərir. Əsas diqqət insan psixologiyasına və müharibənin insanları necə dəyişməsinə yönəlib. Filmdə əsasən Vyetnam müharibəsindən əvvəl Amerika ordusunun təlimi və müharibə zamanı əsgərlərin yaşadığı hallar təsvir olunub.

6. 1917 (2019)

Filmdə Birinci Dünya Müharibəsi zamanı iki ingilis əsgərinin düşmən torpaqlarından keçərək mühüm bir mesajı çatdırmağa çalışması təsvir olunub. Film unikal olaraq tək kadr effekti ilə çəkilib. Əsas rollarda Corc Makkey, Din Çarlz Çapman və Mark Stronq çəkilib.

7. Black Hawk Down (Qara Şahin yerə düşdü) (2001)

Somalidə ABŞ xüsusi təyinatlılarının düşdüyü ölümcül vəziyyəti təsvir edir. Real hadisələrə əsaslanan filmdə müharibənin xaotik və qəddar tərəfləri açıq-aşkar göstərilir. Film Ridli Skottun rejissorluğu ilə çəkilib.

8. Hacksaw Ridge (Haksou silsiləsi) (2016)

Mel Gibsonun rejissorluq etdiyi bu film silahsız döyüşən və bir çox əsgəri xilas edən vicdanlı bir tibb işçisinin hekayəsindən bəhs edir. Bioqrafik müharibə filmidir. Real hadisələr əsasında çəkilib. 2016-cı ildə Amerika Film İnstitutu tərəfindən ilin ən yaxşı 10 filmindən biri seçilib.

9. Dunkirk (Dünkirk) (2017)

Kristofer Nolanın çəkdiyi bu film İkinci Dünya Müharibəsində Dünkirkdə İngiltərə və Fransa ordularının almanlar tərəfindən mühasirəyə alınmasını və qurtuluş əməliyyatını təsvir edir. Burada üç fərqli perspektivdən danışılır. Böyük Britaniya, ABŞ, Fransa və Hollandiyanın birgə istehsalı olan filmdə əsas rolları Fionn Uaythhed, Tom Qlinn-Karni və Cek Louden ifa edib.

10. Come and See (Gəl və gör) (1985)


Sovet istehsalı olan bu film İkinci Dünya Müharibəsi zamanı Belarusda baş verən alman işğalının dəhşətlərini təsvir edir. Çox təsirli və psixoloji baxımdan ağır bir filmdir.

“Belə demişdi Vaqif Səmədoğlu…” - Yeni kitab Hüseynbala Mirələmovun səhhəti pisləşdi "Həkimlər deyir ki..." - Faytonçu Nazimin vəziyyəti necədir?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:909
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri