Müharibə niyə noyabrda bitə bilər?
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Vladimir Zelenskinin müharibənin noyabr ayına qədər bitə biləcəyinə dair açıqlamaları payızda keçiriləcək ABŞ Konqres seçkisi ilə əlaqələndirilir.
Axar.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” mənbəyə istinadla məlumat yayıb.
“Amerikalılar payızda keçiriləcək seçkilərdən əvvəl vəziyyəti sakitləşdirməyə çalışmaq niyyətindədirlər. Bu, həm də ABŞ-ın tezliklə İranla müharibəyə son qoyacağı, daha sonra Tramp, Uitkoff və Kuşnerin Ukraynadakı məsələyə qayıtmaq üçün vaxtı və imkanı olacağı faktına əsaslanır. Rusiyaya gəldikdə, Ukrayna hakimiyyəti düşünür ki, Putin onun Donbasda ilişib qaldığını görsə, gələn qış oranı tərk etməyəcək. Kiyevin növbəti 5-6 ay üçün maksimum məqsədi sülh prosesini Ukrayna üçün məqbul bir nəticəyə gətirməyə çalışmaqdır. Məsələn, Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi ilə cəbhə xətti boyunca vəziyyətin dondurulması”, - mənbə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 01 İyun 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















