Icma.az
close
up
RU
Müharibə olmasaydı, daha çox idxal olunardı və kiloqramı 11 manatdan da ucuz olardı

Müharibə olmasaydı, daha çox idxal olunardı və kiloqramı 11 manatdan da ucuz olardı

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadçı: “Məhsul ucuzdursa, o demək deyil ki, keyfiyyətsizdir, sertifikatı, gömrükdə məhsula, daşınmasına nəzarət olmalıdır”


Son günlər bazarda 11 manata təklif olunan Ukrayna əti insanlar arasında ciddi marağa səbəb olub. Milli.Az xəbər verir ki, bu ətin digər ətlərdən çox ucuz olması bəzi şəxslərdə razılıq doğursa da, əksəriyyət müharibə şəraitində yaşayan olan ölkədən ixrac olunan ət barəsində narahatlıq hissi keçirirlər. Ukraynadan Azərbaycana gətirilən ətlərin keyfiyyətinin bütün standartlara cavab verib-verməməsi əsas müzakirə mövzusuna çevrilib. Mövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür: "Bildiririk ki, xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir. Agentlik tərəfindən həmin ixracatçı ölkədəki epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, yükə müvafiq sənəd verilir və dövriyyəyə buraxılır. Belə məhsulların daşınması, satışı, dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilər. İstehlakçılar, həmçinin qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, Agentliyin "1003 - Çağrı Mərkəzi"nə zəng vuraraq məlumat verə bilərlər".


İqtisadçı Xalid Kərimli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Ukraynadan ölkəmizə ət və ət məhsulları, eləcə də quşçuluq məhsulları bundan əvvəl də ixrac olunurdu: 


- Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl də bu ölkədən ət idxal olunub. Ukraynadan Azərbaycana ət və quşçuluq məhsullarının ixracı yenilik deyil. Bizim daxili bazara Ukraynadan ət və ət məhsulları idxal olunduğundan rəqabət mühiti yaranırdı və bu, qiymət artımının qarşısını alırdı. 2022-ci ildən sonra Ukraynadan ət və quşçuuq məhsullarının idxalı məlum səbəblərdən azaldığı üçün bizim daxili bazarda ətin qiymətində artım müşahidə edildi. Bahalaşmaya səbəb həm də logistika – daşınma xərclərinin artmasıdır. Ukraynadan ət və ət məhsulları əvvəllər birbaşa gətirilirdi və buna görə daşınma xərcləri baha olmurdu. Müharibə şəraitində isə məhsullar Polşa və Türkiyə üzərindən Azərbaycana idxal olunur, ona görə logistika xərcləri artır, bu da qiymətlərə təsir edir. Yenə Ukraynadan ət gətirilir. Əvvəlki miqdarda olmasa da, amma gətirilir yenə. Müharibə olmasaydı, daha çox idxal olunardı və qiymət də baha olmazdı. Ətin kiloqramı 11 manat deyil, bəlkə daha ucuz olardı. Bununla belə, yenə də daxili bazardakı ətin qiymətindən daha ucuz başa gəlir bu idxal məhsulu. 


İqtisadçı bildirdi ki, ətin keyfiyyətinə gəlincə, bunu əlaqədar, cavabdeh qurum yoxlamalıdır: 

- Məhsulun sertifikatı olmalıdır. Gömrükdə nəzarət olmalıdır məhsula, daşınmasına. Məhsul ucuzdursa, o demək deyil ki, keyfiyyətsizdir. Düzdür, aidiyyəti qurumlar sertifikat verir və nəzarət edir, amma ən keyfiyyətli ət də düzgün qaydada saxlanmasa, əlbəttə, xarab olacaq. Ətin keyfiyyətinə satıcı da, dövlət qurumu da məsuliyyət daşıyır. Diri heyvan, ət, ət məhsulları idxal olunursa, saxlanma, daşınma qaydalarına, sanitar-gigiyenik qaydalara ciddi riayət edilməlidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Yanvar 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see250

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see237

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see185

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see175

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see152

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri